Previous Next
Bağla

Startap Azərbaycan 2016 başlayır

25-02-2016 10:38
Startap Azərbaycan 2016 başlayır

Startap Azərbaycan Təşkilat Komitəsi bildirir ki,  martın 1-dən Startap Azərbaycan 2016 layihəsinə başlanır.

TK-dən Xeberler.az-a verilən məlumata görə, Startap Azərbaycan layihəsinin əsas məqsədi milli startupların üzə çıxarılması və inkişafına dəstək vermək, bu istiqamətdə maarifçilik işləri həyata keçirmək, ölkədə internet biznes mühitini yaxşılaşdırmaq, investorların bu sahəyə diqqətini artırmaq və innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir.

Qeyd edilib ki, layihə çərçivəsində milli startapların müsabiqəsinin, startapçılar üçün təlimlərin, universitetlərdə startap görüşlərinin, Startap Günlərinin, investorlarla görüşlərin keçirilməsi nəzərdə tutulur.

Müsabiqədə fərqlənən startaplara yerli və xarici ekspertlərin dəstəyi ilə xüsusi təlimlər keçiriləcək. Layihə çərçivəsində startaplara komanda formalaşdırmağa köməklik göstərilir. 

Qeyd edək ki, startap layihələrinin qeydiyyat müddəti www.startup.az resursunda aprel ayının sonunadək davam edəcək.

Startap Azərbaycan TK-nın qərarına görə bu il yalnız fəaliyyətdə olan, ilkin versiyası hazır olan layihələr ( saytın və ya mobil tətbiqin demo versiyası olan, yalnız ideyadan, prototipdən ibarət olmayan layihələr ) müsabiqədə iştirak edə biləcək.

Məlumatda qeyd edilib ki, layihələrlə bərabər investorlar, mentorlar, developerlər və İT mütəxəssislər də bu resursda qeydiyyatdan keçə bilər.  

Yarışma 2 mərhələdə həyata keçirilir. Startap Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən startapların ekspert qiymətləndirilməsi təşkil olunur. Ekspertlər İT, maliyyə və marketinq sahəsində tanınmış təcrübəli mütəxəssislərdən ibarət olmaqla Startap Azərbaycan tərəfindən formalaşdırılıb. Ekspertlər özlərinə aid olan startapların qiymətləndirilməsində iştirak etmir.

Ekspertlərin dəyərləndirməsi əsasında 1-ci mərhələdə yarımfinalçılar müəyyən olunur və onların təqdim etdikləri biznes-planlar və layihələrinin təqdimatları əsasında yenidən qiymətləndirmə həyata keçirilir və məhdud sayda qaliblər müəyyən olunur.

Startap Azərbaycan komandası layihənin yekununda uğurlu hesab edilən qalibləri yekun təqdimat mərasimində təqdim edir, qiymətli hədiyyələr və diplomlarla mükafatlandırır, onları investorlara və digər fondlara təqdim edir.

Qaliblərin investorlarla görüşlərinin keçirilməsi də nəzərdə tutulur.

Bu il qalib startaplar akseleratorlarda, innovasiya mərkəzlərində və texnoparklarda iş şəraiti ilə təmin olunacaq. Bu ilki yarışmanın qaliblərinin sponsor təşkilatlar tərəfindən xarici səfərlərinin təşkili də nəzərdə tutulur.

Yekun təqdimat mərasiminin isə may ayında keçirilməsi nəzərdə tutulur.

Startap Azərbaycan layihəsi çərçivəsində ənənəvi “Startap Azərbaycan 2016" milli konfransının da may ayında keçirilməsi  planlaşdırlır.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.

Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.

ATL Group, SİNAM, Neuron Technologies, SUP Accelerator, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edir.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Startap Azərbaycan-da layihələrin qeydiyyatı davam edir

06-04-2016

Startap Azərbaycan-da qeydiyyat davam edir

07-03-2016

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

“Startup Azərbaycan 2014” layihəsinə start verildi

18-04-2014

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlanacaq

16-05-2016

Sabah Startap Azərbaycan-da 1-ci səsvermə başa çatır

14-05-2016

Startup Azərbaycan fevralın 1-dən başlayacaq

27-01-2015

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

Startap Azərbaycan 2016-nın yarımfinalçıları açıqlandı

17-05-2016

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Sabah Startap Azərbaycan 2016 başa çatır- Qaliblər açıqlanacaq

31-05-2016

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

Startap Azərbaycan yekun tədbirlərinin vaxtı məlum oldu

23-05-2016

Bakıda Startap Günləri keçiriləcək

21-10-2014

Startap Azərbaycan AzMİU toplantısı keçirilib - Fotolar

02-04-2015

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə