Previous Next
Bağla

Startap komandaları üçün təlimlər başladı

11-04-2015 11:30
Startap komandaları üçün təlimlər başladı

Bu gün Startap Azərbaycanın təşkilatçılığı ilə  “Startap Azərbaycan  2015“ müsabiqəsində iştirak edən startap komandaları üçün Yüksək  Texnologiyalar parkında təlim keçirilir.

Xəbərlər-in məlumatına görə, təlimi  giriş sözü ilə açan “Startap Azərbaycan”-nın təşkilat komitəsinin üzvü Osman Gündüz müsabiqə çərçivəsində keçirilən təlimlərin əsas məqsədindən danışıb.

O, bildirib ki, müsabiqəyə qatılan startap komandalarının startap sahəsində bilik və bacarıqlarının artırılmasına kömək etmək,  komandaların  biznes planını hazırlamaq, komanda formalaşdırmaq bacarıqlarının artırılması sahəsində təlimlərin böyük əhəmiyyəti var. Osman Gündüz qeyd edib ki, təlimlərdə həmçinin  startap layihələrinə investor axtarışı istiqamətində də  komandalarla təcrübələr bölüşüləcək.  

Təlim prosesində yerli  İT ekspertləri ilə yanaşı, beynəlxalq ekspertlər də iştirak edir.

Belə ki,  beynəlxalq eskpert,  Be Smart-ın sabiq icraçı direktoru Alex Apetrei  “Biznes – ideyalar”, “ Biznes planların tərtib edilməsi “, “İnvestor axtarışı” mövzusunda təlim iştirakçıları ilə təcrübələrini bölüşməsi gözlənilir.

Həmçinin  İT mütəxəssislər, startap sahibləri  Orxan Əhmədov və Rəşid Əliyev də təlimdə startapların inkişafı istiqamətində yerli və beynəlxalq təcrübələrini paylaşacaqlar. 

Əvvəllər ölkəmizdə müxtəlif İT strukturlarda işləyən, artıq uzun müddətdir ki,  ABŞ-da İnternet biznes sahəsində çalışan Qərib Mehdiyev öz təcrübələrini təlim iştirakçıları ilə bölüşəcək.

Onu da qeyd edək ki, təlimlərdən sonra “Startup Azərbaycan 2015” müsabiqəsində 1-ci mərhələ qiymətləndirmənin yekunu olaraq  yarımfinala çıxan startaplar yenidən biznes-planlar hazırlayaraq müsabiqəyə təqdim edəcəklər.  
2-ci mərhələ səsvermədə yarımfinalçılar ekspertlər qarşısında öz layihələri ilə bağlı təqdimatlar edəcəklər.

Ekspertlər startapların təqdimatları və təqdim etdikləri əhatəli biznes –planlar əsasında “Startap Azərbaycan”-ın finalçılarını müəyyən edəcəklər.

Bununla yanaşı, “Startap Azərbaycan “ tədbirlərinin yekununda finalçıların investorlarla qapalı görüşləri təşkil olunacaq. 

Qaliblər qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılacaq. 

Həmçinin qalib startaplar Yüksək Texnologiyalar Parkında iş şəraiti ilə təmin olunacaqlar.

Yeni Nominasiyalar üzrə təqdim edilən və qalib gələn Mobil tətbiqlər isə əlavə olaraq xüsusi mükafatlar da alacaqlar.

Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İT-nin İnkişafı Dövlət Fondu, Elektron Hökumət Portalının operatoru olan MHM və Yüksək Texnologiyalar Parkı dəstək verir. 

Startup Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir. 
İnfiPro, SİNAM , SMART Systems, Cybernet və Happy Baku şirkətləri Startap Azərbaycan-a dəstək verirlər.

 

 

Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Beynəlxalq və yerli ekspertlərin iştirakı ilə startaplar üçün təlimlər keçiriləcək

09-04-2015

Bu gün “Startap Azərbaycan 2015” Müsabiqəsinə qeydiyyat başa çatır

31-03-2015

Startap komandaları üçün təlimlər başa çatdı

11-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsində 13 startap yarımfinala çıxıb

18-04-2015

“Startap Azərbaycan 2015“ müsabiqəsinə 22 startap buraxıldı

06-04-2015

“Startap Azərbaycan 2015” müsabiqəsi davam edir

29-04-2015

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startupçılar üçün Təlimlər keçiriləcək

30-05-2014

“Startap Azərbaycan 2015”-in yekun tədbirlərinə hazırlıq müzakirə olunub

12-05-2015

“Startap Azərbaycan 2015” konfransı və yekun təqdimat mərasimi keçiriləcək

06-05-2015

“Startap Azərbaycan 2015” finalçıları müəyyən olunur

02-05-2015

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

“Startap Azərbaycan 2015” Müsabiqəsinin yarımfinalçıları bu həftə məlum olacaq

15-04-2015

Startap Azərbaycan 2016-nın qalibləri müəyyən ediləcək

18-05-2016

“Startup Azərbaycan 2015” müsabiqəsində 24 layihə qeydiyyatdan keçib

26-03-2015

Startap Azərbaycan bugün Texniki Universitetin tələbələri ilə görüşüb

07-04-2015

Startap Azərbaycan BDU toplantısı keçiriləcək

12-03-2015

“Startap Azərbaycan 2015” müsabiqəsinin qalibləri sabah elan olunacaq

14-05-2015

Startap Azərbaycan 2016 başlayır

25-02-2016

Startup Azərbaycan Müsabiqəsində iştirak edən startup komandaları üçün Təlim keçirilib

09-06-2014

Sabah Startap Azərbaycan 2016-nın finalçıları müəyyən olunacaq

25-05-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

"Startup Azərbaycan 2015" başlayır

31-01-2015

ABŞ-da yaşayan startapçımızla görüş keçirilib -Fotolar

30-03-2016

Sabah Bakıda Startap Günləri başlayacaq

13-11-2014





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə