BilBacar müsabiqəsinin “Yarış” mərhələsi keçirilir

05-12-2025 / 13:36

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “BilBacar” müsabiqəsinin dekabr ayı üzrə yarış mərhələsi keçirilir. “Yarış” mərhələsində III və IV sinif şagirdləri oxu üzrə bilik və bacarıqlarını nümayiş etdirirlər.

Xeberler.az bildirir ki, “Yarış” mərhələsinin hər bir seansı məktəbdə BilBacar koordinatorunun müşayiəti ilə keçirilir. “Yarış” mərhələsi dekabrın 11-dək davam edəcək.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsinin “Yarış” mərhələsi cari tədris ili üzrə ümumilikdə 4 dəfə təşkil olunacaq. Proses tamamlandıqdan sonra nəticələr respublika, regional təhsil idarəsi və məktəb üzrə elan ediləcək. Müsabiqədə ən çox bal toplamış şagirdlər 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcək.

Onu da qeyd edək ki, müsabiqənin məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdan ibarətdir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə