“BilBacar” müsabiqəsinin III hazırlıq mərhələsinə start verilib

03-02-2026 / 14:17

Bu gündən etibarən “BilBacar” müsabiqəsinin III “Hazırlıq” mərhələsi aktivdir.

Xeberler.az məlumat verir ki, şagirdlər öz hesablarına daxil olaraq “Hazırlıq” bölməsi üzrə təqdim olunan sualları cavablandıra bilərlər.

Şagirdlər iki mətn (bədii və informativ) üzrə müxtəlif tipli sualları cavablandıracaqlar. Hazırlıq mərhələsi şagirdlərin “Yarış”a hazırlaşması məqsədini daşıyır.

“BilBacar” müsabiqəsinin keçirilməsində məqsəd ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlamaq, təhlil və nəticə çıxarmaq bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda, şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə