Previous Next
Bağla

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

02-05-2020 12:10
UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu baş tutub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Distant ali təhsil: Yeni imkanlar və müasir çağırışlar” mövzusunda UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020 keçirilib.

Xeberler.az bildirir ki, onlayn Beynəlxalq Forum xaricdə yaşayan azərbaycanlı alimlərlə birlikdə ölkə Prezidenti cənab İlham Əliyevin “Biz birlikdə güclüyük!” çağırışına qoşulmaq, eyni zamanda distant ali təhsil sahəsində qlobal müzakirələr keçirmək və yeni ali təhsil modelinə müvafiq töhfələr vermək məqsədilə təşkil olunub.

Moderatoru UNEC-in rektoru, professor Ədalət Muradov olan onlayn beynəlxalq forumda, Almaniyanın Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev, Türkiyənin İzmir Universitetinin professoru İsmixan Bayramoğlu, Kanadanın Vaterlo Universitetinin professoru İlham Axundov, Birləşmiş Krallığın Durham Universitetinin professoru Nigar Həşimzadə və ABŞ-ın Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən rektor, professor Ədalət Muradov bildirib ki, koronavirus pandemiyasından sonra dünya təhsil sistemində köklü dəyişikliklər baş verdi və baş verən proseslərin fonunda distant təhsil özünü yeganə və alternativsiz təhsil kimi göstərdi. Rektor koronavirus pandemiyası dövründə distant təhsilin təkcə Azərbaycanda deyil, bütün dünyada təhsil sistemini iflasdan xilas etdiyini xüsusi vurğulayıb. Distant ali təhsilin təşkili haqqında müzakirələrin aparılmasının və vahid yanaşmanın formalaşmasının vacibliyini diqqətə çatdıran professor Ədalət Muradov, beynəlxalq forumda bu istiqamətində azərbaycanlı ziyalılarla ciddi müzakirələrin aparılacağını deyib.

Münhen Texniki Universitetinin professoru Məsud Əfəndiyev çıxışından öncə, Nobel mükafatçısı Əziz Sancarın forum ünvanladığı fikiləri səsləndirib. Distant ali təhsillə bağlı beynəlxalq forumun Azərbaycanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini deyən dünya şöhrətli alim “Fürsət və riskləri ilə distant ali təhsil: mühazirə, seminar və qiymətləndirmə” mövzusunda çıxış edib.

Professor distant ali təhsildə tələbə biliyinin qiymətləndirilməsi ilə də bağlı dünya təcrübəsindən danışıb.

Distant ali təhsil modelində texnoloji infrastrukturun əhəmiyyətindən söz açan İzmir İqtisad Universitetinin professoru İsmixan Bayramoğlu dünyanı bürüyən pandemiyanın texnologiyaların tətbiqinin zəruriliyini önə çıxardığını bildirib. Professor pandemiya dövründə distant tədrisin tətbiqinin alternativsiz olduğunu deyərək, bu istiqamətdə müxtəlif texnoloji yanaşmaların mövcudluğunu qeyd edib və bununla bağlı Türkiyə təcrübəsini bölüşüb.

Vaterlo Universitetinin professoru İlham Axundov distant ali təhsilin üstünlüklərdən danışıb. Azərbaycanlı alim bu istiqamətdə mövcud problemləri və onların həlli yollarını açıqlayaraq, uğurlu distant təhsil modelinin Azərbaycanda tətbiqinin mümkünlüyünü bildirib. Durham Universitetinin professoru Nigar Həşimzadə isə onlayn tədrisin tətbiqində  Birləşmiş Krallıq Açıq Universitetinin təcrübəsini bölüşüb.

Şimali Dakota Dövlət Universitetinin professoru Fariz Hüseynov iqtisadçı kadr hazırlığında distant təhsilin yaratdığı imkanlardan və üstünlüklərdən söz açıb.

Forum müzakirələrlə davam edib. Onlayn forumu izləyənlərin distant təhsilin universitetlərin rəqabətqabiliyyətliliyinə təsiri, bu təhsil modelinin tələbə və müəllimlərin sosiallaşmasındakı rolu, distant imtahanların effektiv təşkili, tələbələrin davamiyyəti, davranışı və digər sualları alimlər tərəfindən cavablandırılıb.

Forumun sonunda rektor, professor Ədalət Muradov yekun nitqi ilə çıxış edib. Bildirib ki, distant ali təhsilin postkoronavirus mərhələsi müzakirə edilərək, beynəlxalq təcrübə əsasında zəruri qaydalar hazırlanmalıdır. Həmin qaydalar distant təhsildə tələbələrin qəbulundan məzun olmasına qədər bütün mərhələləri özündə ehtiva etməlidir. Rektor distant təhsilin ölkə ali təhsilinə verə biləcəyi üstünlüklərdən söz açıb, Azərbaycanda Distant Universitetin yaradılmasının əhəmiyyətini qeyd edib.

Ə.Muradov xaricdə yaşayan azərbaycanlı alimlərin distant tədrisə cəlb olunaraq bu istiqamətdə böyük töhfələr verə biləcəklərini diqqətə çatdırıb, eləcə də dünya təhsil sistemində baş verən müsbət dəyişikliklərin ölkə təhsil sisteminə asanlıqla inteqrasiya olunacağını deyib.

Onlayn Beynəlxalq forum UNEC-in rəsmi Youtube kanalından və rəsmi Facebook səhifəsindən canlı yayımlanıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

UNEC Beynəlxalq Distant Ali Təhsil Forumu 2020-yə start verib

28-04-2020

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020

UNEC-də distant Tyutor hazırlığı üzrə sertifikat proqramı tamamlanıb

06-09-2019

UNEC distant təhsilə hazırlaşır

23-01-2024

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020

UNEC-də imtahanların da distant keçirilməsi mümkündür

17-03-2020

Distant dərslərin evdən təşkili uğurla nəticələnib

11-04-2020

Ekspertlər parlamentə və hökumətə distant təhsillə bağlı çağırış edib

23-09-2019

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013

“EduHack” hakatonu başa çatıb

03-08-2020

UNEC-də bütün dərslər distant keçiriləcək

11-03-2020

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020

UNEC-də gün ərzində 9200 tələbəyə distant dərslər keçilib

12-03-2020

Azərbaycanda ilk dəfə olaraq UNEC-də distant tədrisə başlanılıb

17-02-2020

“Distant təhsildə çağırışlar və nailiyyətlər” adlı konfrans keçiriləcək

19-11-2021

UNEC evlərdən distant təhsilə başlayır

04-04-2020

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019

Distant təhsil forması rəsmiləşəcəkmi ?

23-01-2024

UNEC ölkədə ilk dəfə olaraq adaptiv təhsilə başlayacaq

04-03-2020

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

15-05-2020

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020

UNEC Rusiya Ali İqtisad Məktəbinin onlayn kurslarına qatılacaq

02-04-2020

Dubayda Azərbaycan təhsilində İKT-nin tətbiqi və distant təhsil müzakirə olunub

06-03-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə