Birləşmiş Krallıq 5G ilə bağlı “Huawei” haqqında qəti qərar qəbul edib

29-04-2020 / 19:48

Britaniya hökuməti Çinin “Huawei” şirkətinin ölkənin 5G telefon şəbəkəsinin qurulmasında iştirak etməsinə icazə verilməsi barədə qəti qərar qəbul edib və çərşənbə axşamı Xarici İşlər Nazirliyinin yüksək vəzifəli nümayəndəsi bu məsələnin yenidən müzakirə edilməyəcəyini bildirib.

Xeberler.az “Reuters”-ə istinadən bildirir ki, İngiltərə yanvar ayında “Huawei” şirkətinə, hökumətin qeyd etdiyi kimi, 5G şəbəkəsinin həssas olmayan hissələrinə daxil olmaq icazəsi verib və layihədə onun 35% iştirakını təmin edib. 

Xarici İşlər nazirinə hökumətin “Huawei” şirkəti ilə bağlı mövqeyini dəyişdirə bilməsi ehtimalı barədə sual verilən zaman Xarici İşlər Nazirliyindəki diplomatik xidmətin rəhbəri və nazir müavini Saymon Makdonald hüquqşünaslara deyib: “Bildiyiniz kimi, hökumət investisiya proqramını davam etdirmək qərarına gəlib, lakin çox ciddi şərtlərlə... Bildiyim qədər... qəti qərardır və yenidən baxılmayacaq”.

“Çin Birləşmiş Krallığın çox mühüm tərəfdaşıdır və düşünürəm ki, “Huawei” ilə əlaqədar qərar qüvvədə qalmalı və strateji müstəqil münasibətlər davam etdirilməlidir”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə