Kompüter və internetə görə qadınlara təşəkkür edin

13-04-2015 / 18:23

Kompüterdən istifadə etdiyinizə görə və internetdə keçirdiyiniz hər dəqiqə üçün təşəkkür etməyiniz lazım olan qadınlar var.

Kimisi kabelsiz interneti kəşf edib, kimisi kompüterləri daha estetik və rahat bir quruluşa salıb, kimisi də Bluetooth və Wi-Fi texnologiyalarının yaradılmasında köməklik göstərib.

İlk kompüter proqramını Augusta Ada King yazıb

İlk kompüter proqramını yazan Augusta Ada King 1800-cü illərdə Analitik Motor adıyla bilinən ilk kompüterlər üzərində çalışıb. Şair Byronun qızı olan Augusta Ada King tarixdə ilk kompüter proqramı alqoritmi yazan qadındır.

Bluetooth və Wi-Fi onun sayəsində kəşf olunub

Tortilla və Flats & Dishonored Lady-da oynayan və dövrünün məşhur qadınlarından biri olan aktrisa Hedy Lamarr yoldaşı olan bəstəkar Corc Antheil ilə radio siqnallarının transferi ilə yanaşı, yeni bir texnika kəşf ediblər. Sonralar bu texnika Bluetooth və Wi-Fi texnologiyalarının təməlini qoymağı bacarıb.

 

                                                                                            

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə