Previous Next
Bağla

Ədliyyə naziri: İnteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq

03-04-2024 12:02
Ədliyyə naziri: İnteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq

Rəqəmsallaşma öz-özlüyündə məqsəd ola bilməz. Rəqəmsallaşma daha üst məqsədə - bu halda əsas insan hüquq və azadlıqlarının effektiv şəkildə qorunmasını təmin etmək məqsədinə xidmət etməlidir. Rəqəmsal sahədə islahatlar apardıqda buna bir proses kimi yanaşmalıyıq. Çünki burada prosesin iştirakçılarının da hazırlığı çox önəmlidir. Bəzən rəqəmsal alətlər istifadəyə verildikdə onun potensial istifadəçilərinin hazırlıq səviyyəsi nəzərə alınmaya bilər.

Xeberler.az xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov aprelin 2-də “Rəqəmsal cinayət prosesi: Müasir çağırışlar və hədəflər” mövzusunda keçirilən konfransda deyib.

Nazir bildirib ki, ayrı-ayrı informasiya sistemlərinin yaradılması öz-özlüyündə çox önəmli olsa da, burada əsas məsələ onların sadəcə daxili sənəd dövriyyəsinə çevrilməməsidir: “Ədliyyə Nazirliyinin elektron icraat, elektron notariat sistemləri vahid sistemə inteqrasiya olunduqda elektron ədalət mühakiməsi sisteminə əlavə dəyər qatmış olur. Nəticədə elektron ədalət mühakiməsinin vahid pəncərəsini formalaşdırmış olacağıq. Həmin vahid pəncərənin formalaşdırılması təbii ki, yeni mövhum deyil. Bu, sadəcə ədalət mühakiməsinə bütün proses iştirakçıları və vətəndaşlar üçün vahid pəncərədən çıxışı təmin etmək aləti qismində çıxış edir.

Vahid sistemin əhəmiyyəti həm də ondan ibarətdir ki, dövlət orqanları arasında daha rəvan və çevik məlumat mübadiləsi həyata keçirmiş olacaq. Vahid məlumat bazasının formalaşdırılması və mübadilənin həyata keçirilməsi süni intellekt alətlərinin tətbiqi üçün də əlverişli imkan yaradacaq. Ona görə də biz bu prosesdə hədəf olaraq inteqrasiyası təmin olunmuş vahid rəqəmsal ədalət mühakiməsi sisteminə istiqamətlənmiş addımlar atmalıyıq. Həmin prosesi qısa müddətdə həyata keçirə bilməsək də, bu yolu qət etmək üçün kifayət qədər möhkəm təməl qurulub və bunun sayəsində biz hədəfə doğru uğurla addım atacağıq”.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“E-justice” platforması yaradılır

02-04-2024

Rəqəmsal prokurorluq nə vəd edir ?

03-04-2024

Bu nazirliklər elektron məhkəmə sisteminə inteqrasiya olunacaq

30-09-2019

“Elektron prokurorluq” informasiya sisteminin iki yeni modulu istifadəyə verilib

02-04-2024

Kərəm Mansurov: "Elektron məhkəmə" vahid ekosistem kimi qurulmalıdır

20-02-2026

Nazir müavini: Rəqəmsallaşma icra prosesində əsas problemləri həll edir

20-02-2026

Vahid gediş kart sisteminin tətbiqi başlayır

12-05-2015

Rəqəmsal cinayət prosesi özündə müəyyən riskləri gətirə bilər

02-04-2024

BMT QAK-ın Azərbaycandakı Nümayəndəliyi seminar təşkil edib

24-11-2023

Elektron informasiya sistemləri üzrə İşçi Qrupun iclası keçirilib

09-01-2026

Mediatorlar barədə məlumatlar “Vahid Məhkəmə Portalı”na inteqrasiya olunub

25-11-2024

"Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi ilə bağlı görülən işlər açıqlanıb

30-12-2025

Baş Prokurorluqda “Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilir

02-04-2024

“Kağızsız hökumət” hökumətə necə yardım edəcək?

13-06-2023

İnformasiya resurslarının dövlət satınalmalarının vahid internet portalına inteqrasiyası hədləri təsdiq edilib

09-01-2024

“Rəqəmsal cinayət prosesi: müasir çağırışlar və hədəflər” mövzusunda konfrans keçirilib

02-04-2024

“IMEI.az” xidmətləri Vahid Elektron Xidmətlər Portalı üzərindən təqdim ediləcək

24-06-2022

Ədliyyə Nazirliyi yeni elektron qeydiyyat və idarəetmə sistemləri yaradır

21-05-2015

“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

28-11-2023

Məhkəmələrin 61 faizi Elektron məhkəmə sisteminə qoşulub

30-04-2019

İRİA: Vətəndaşlara “mygov”la 400-dən çox elektron xidmət təqdim olunur

02-02-2026

"Vahid elektron arxiv" informasiya sistemi haqqında Əsasnamə" təsdiqlənib

28-04-2026

Dövlət qurumlarının rəqəmsal layihələrinə vahid qiymətləndirmə mexanizmi tətbiq olunacaq

04-07-2025

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə