Previous Next
Bağla

BMU-da növbəti “BoostCamp” layihəsinə başlanılıb

03-02-2025 15:30
BMU-da növbəti “BoostCamp” layihəsinə başlanılıb

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr tərəfindən təşkil edilən “BoostCamp 8.0” tədris layihəsinin açılış mərasimi keçirilib.

Xeberler.az məlumat verir ki, tədbirdə çıxış edənlər artıq ənənə şəklini alan və hər il uğurla icra olunan “BoostCamp” layihəsi haqqında, eləcə də nəzərdə tutulan yeniliklərlə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, layihə tələbələrin qış tətili vaxtının səmərəli keçirilməsi ilə yanaşı, onların qazandığı biliklərin möhkəmləndirilməsi, inkişaf etdirilməsi və əmək bazarının tələblərinə yönələn bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır.

Layihəyə əsasən, informasiya texnologiyaları (IT) və elektronika ilə əlaqəli ixtisaslarda təhsil alan I və II kurs tələbələri üçün fevralın 14-nə kimi sürətləndirilmiş təlim dərsləri təşkil ediləcək. Müraciət edənlər arasından seçilən tələbələr 5 fərqli qrupda müxtəlif sahələr üzrə təcrübəli mentorların təlimlərində, eləcə də nüfuzlu şirkətlərdə çalışan peşəkarların seminarlarında iştirak edəcəklər.

Layihənin özəl cəhətlərindən biri ondan ibarətdir ki, universitetin son kursunda təhsil alan və ya məzun olan, habelə texniki və sosial bacarıqları üstünlük təşkil edən gənclər seçim əsasında mentor kimi layihəyə cəlb edilirlər. Adi dərslərdən fərqli olaraq “BoostCamp” əyləncəli və praktik formada baş tutur. Dərslərdə praktik tapşırıqlar işlənilir və layihə sonunda iştirakçılar mini-proyektləri təhvil verirlər. Dərslər və nahar fasiləsindən sonra iştirakçılar üçün sosial bacarıqları artırmaq və zehni yorğunluğu aradan qaldırmaq məqsədilə kiçik oyunlar təşkil olunur. Axşamlar və hər həftənin sonu isə sənayedə təcrübə toplamış IT mütəxəssisləri dəvət edilərək öz sahələri haqda məlumat verir, həmçinin birgə müzakirələr aparılır.

Sonda layihənin məzunlarına fəallıqlarına əsasən dərəcəli sertifikatlar veriləcək. Yeni məzunlar indiyə qədər layihədə uğurla iştirak etmiş və İKT laboratoriyasında fərqli fəaliyyətlər göstərmiş şəbəkənin qrupunda yer almaqla kiçik IT cəmiyyətinin bir parçası olacaq, habelə yeni layihələrin təşkilatçı və ya iştirakçısı kimi fəaliyyətlərə qatıla biləcəklər.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

14-02-2025

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024

“BMU-AzSmart mütəxəssis hazırlığında mütərəqqi yenilik” layihəsi növbəti mərhələdə

13-06-2022

“TechWinter Camp - 2026”ya qeydiyyat başlayıb

26-01-2026

Vebsayt necə yaratmaq olar? -mütəxəssislər danışıb

04-12-2015

Təhsil Nazirliyi və Microsoft İT tələbələri iş mühitinə hazırlayır

10-06-2016

Azercell-in dəstəyi ilə peşə təhsili sahəsində yeni layihəyə start verilir

13-10-2015

Azercell əməkdaşları bilik və təcrübələrini tələbələr ilə bölüşdülər

14-02-2019

“IT SkillSprint”in qeydiyyatına son 3 gün qalıb

18-12-2025

AKM Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb

04-02-2025

Rəqəmsal bacarıqlar üzrə beynəlxalq təhsil proqramına start verilir

04-12-2025

Onlayn laboratoriya təqdim olunacaq

21-02-2012

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024

“İnternetdən təhlükəsiz istifadə bacarıqları” layihəsinə başlanılır

16-10-2025

Məktəblərdə STEAM layihəsinin tətbiqinə başlanıb

21-10-2019

“ASAN Akademiya 2019” başa çatıb

28-06-2019

Azercell təcrübəsini SABAH qrupları ilə bölüşüb

15-02-2020

Mühəndis tələbələr Qış Məktəbində -Fotolar

05-02-2016

Azercell tələbələr üçün yeni imkanlar açır

17-03-2022

Azercell gənclər üçün “DataMinds” bootcamp layihəsinə start verir

14-06-2025

Tələbələrə “Technest” təqaüd proqramı barədə məlumat verilib

23-11-2023

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

“AzInTelecom”dan Azərbaycanda bir ilk

16-02-2023

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə