Previous Next
Bağla

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024 15:08
“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

Bu barədə BMU-danXeberler.az -a məlumat verilib.  Bildirilib ki, tədbirdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev qlobal məkanda sürətli texnoloji inkişaf dövrünün tələb və çağırışlarından söz açıb. Rektor gənclərin yeniliklərlə ayaqlaşması, həmçinin onların bu prosesdə fəal iştirakının təmin olunması ilə bağlı təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasətinin uğurlu nəticələrini vurğulayıb. Dövlət tərəfindən istedadlı gənclərə hər zaman hərtərəfli dəstək və qayğının göstərildiyini deyən rektor xüsusən informasiya texnologiyaları (İT) sahəsində müasir gəncliyin potensialından düzgün istifadə edilməsi üçün bir sıra mühüm məsələləri önə çəkib. Eyni zamanda, müasir kompetensiyalar əsasında mütəxəssis hazırlığının təşkili, nəzəri biliklərin mənimsənilməsi ilə yanaşı, tələbələrin bilik və bacarıqlarının yeni meyarlara uyğun olaraq təkmilləşdirilməsi, onların rəqabətli əmək bazarına peşəkar kadr kimi daxil olması üçün ali təhsil müəssisələrinin qarşısında duran vəzifələri dilə gətirib.

 “BoostCamp” anlayışının tarixinə də diqqət çəkən rektor çıxışında BMU-da bu qəbildən olan təşəbbüslərin icrasının, həmçinin tələbələrin İT sahəsində həyata keçirilən müxtəlif səpkili layihələrinin hər zaman dəstəklənəcəyini bildirib.

 İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) əməkdaşı Camal Ağayev isə təmsil etdiyi qurumun BMU ilə əlaqələrindən danışıb, eləcə də həyata keçiriləcək bu kimi layihələrə bundan sonra da dəstəyin veriləcəyini söyləyib. O, ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində innovativ ekosistemin formalaşdırılması sahəsində icra olunan digər layihələr, texnoloji transfer ofislərinin qurulması üzrə hədəflər və s. haqda ətraflı məlumat verib.

 

Sonra BMU tələbələri - layihənin koordinatoru Lamiyə Mirzəməmmədova, layihənin rəhbəri Abdullah Mahmudov, mentor Hüseyn Şərifzadə tələbələrin qış tətilinin səmərəli keçirilməsi üçün təşkil olunan “BoostCamp 7.0” haqda fikirlərini bildiriblər, eyni zamanda layihə ilə bağlı infoqrafika təqdim edilib.

 Layihənin digər mentoru, BMU-İNHA İDP tələbəsi Nihad Məhərrəmov isə cari ildən layihəyə yeni daxil edilən “Hardware” sahəsi üzrə 10 nəfərlik qrupda 3 komanda tərəfindən hazırlanmış layihələr haqda məlumat verib və ardınca  komanda üzvləri layihələri nümayiş etdiriblər. Maraqla qarşılanan layihələrin daha da təkmilləşdirilməsi, əlavə dəyərin yaradılması, həmçinin onların yüksək texnoloji əhəmiyyətli məhsullara çevrilərək bazara təqdim olunması ilə bağlı tələbələrə müvafiq tövsiyələrini verən rektor Yaqub Piriyev “BoostCamp” iştirakçılarına uğurlar arzulayıb.

 Tələbələrin ifasında bədii hissə ilə davam edən tədbirin sonunda layihədə fəal iştirak edən tələbə və mentorlara BMU Tələbə Həmkarlar İttifaqı Komitəsinin hədiyyələri təqdim olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMU-da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb

14-02-2025

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025

BMU-da növbəti “BoostCamp” layihəsinə başlanılıb

03-02-2025

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024

BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03-05-2024

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

“BMU-AzSmart mütəxəssis hazırlığında mütərəqqi yenilik” layihəsi növbəti mərhələdə

13-06-2022

BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

07-03-2024

BMU-da infosessiya:“Gələcək üçün bacarıqlar”

21-12-2023

BMU tələbələri “INNOSTART” hakatonunun qalib olub

08-04-2025

“TEKNOFEST”in rəsmi nümayəndəsi BMU tələbələri ilə görüşüb

16-01-2025

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

11-10-2024

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar

14-10-2024

BMU tələbəsi Astanada keçirilən hakatonda 3-cü yeri tutub

21-10-2024

Code Academy AzTU tələbələrinə diplomlar təqdim edib

04-07-2023

32 tələbə bu ixtisas üzrə təhsil almaq hüququ qazanacaq-BMU

02-08-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə