Previous Next
Bağla

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024 16:34
BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

Çin Xalq Respublikasının “Ruipan Beynəlxalq Təhsil Texnologiyaları” (“Beijing Ruipan International Education Technology”) şirkətinin nümayəndələri Bakı Mühəndislik Universitetində (BMU) olublar.

Xeberler.az məlumat verir ki, qonaqlarla görüşdə rektor Yaqub Piriyev Azərbaycanla Çin arasında əlaqələrin tarixinə toxunub, əməkdaşlığın genişlənməsi və inkişafının iki ölkənin əsas və uzunmüddətli maraqlarına cavab verdiyini, sülhə, sabitliyə, sosial-iqtisadi, mədəni tərəqqiyə xidmət etdiyini vurğulayıb. Rektor ölkələrimiz arasında təhsil sahəsində həyata keçirilən layihələri, xüsusilə Hökumətlərarası Təqaüd Proqramının əhəmiyyətini vurğulayaraq, proqramın Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində istədikləri ixtisas üzrə təhsil almaq imkanı yaratdığını söyləyib.

Yaqub Piriyev sonra BMU-nun maddi-texniki bazası, akademik heyəti, müasir laboratoriyaları, tədris olunan ixtisaslar barədə ətraflı bəhs edib, universitetin son illər genişlənən beynəlxalq əlaqələrinin müsbət təsirlərini vurğulayıb.

Öz növbəsində, “Beijing Rupian International Education Technology” haqqında məlumat verən şirkətin direktoru xanım Li Xin Pekin şəhərində yerləşən şirkətin güclü maddi-texniki bazaya malik Çin universitetləri ilə dünya ölkələrinin ali təhsil ocaqları arasında əməkdaşlıq yaratdığını, eləcə də e-öyrənmə, onlayn kurslar, təhsil resursları, müxtəlif texnoloji alətlərin inkişafı istiqamətində fəaliyyət göstərdiyini deyib. Əlavə edib ki, şirkət tələbələr üçün birgə beynəlxalq proqramlar həyata keçirir, qış və yay düşərgələri təşkil edir, qarşılıqlı maraq doğuran fənlərarası akademik mübadilələri gerçəkləşdirir, o cümlədən beynəlxalq əməkdaşlıqları gücləndirmək və müxtəlif universitetlərlə əlaqələrin inkişafı məqsədilə çeşidli layihələrdə iştirak edir.

Görüş zamanı informasiya texnologiyaları (IT) ixtisaslarında təhsil alan tələbələrin qarşılıqlı tədrisə göndərilməsi, eləcə də BMU tələbələrinin Çində müvafiq ixtisaslar üzrə təcrübəyə cəlb olunması, habelə çinli tələbələrin yay məktəblərinin tanışlıq məqsədilə Azərbaycanda təşkili məsələləri müzakirə edilib. Həmçinin müəllimlərin qarşılıqlı səfərlərinin təşkili nəzərdən keçirilib, builki tədris ilinin ikinci semestrində çinli müəllimlərin BMU-da IT üzrə dərslərə cəlb olunmalarına dair ilkin razılıq əldə edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

07-03-2024

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024

Xaricdə İT üzrə nə qədər tələbə təhsil alır? –Rəsmi

07-05-2018

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

19-02-2025

BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03-05-2024

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025

Azercell-də təcrübə keçəcək tələbələrin adları açıqlandı

03-07-2018

AzMİU Beynəlxalq Təhsil Sərgisində təmsil olunur

11-10-2019

Texniki və texnoloji ixtisaslara qəbul olmaq çətinləşəcək

19-11-2015

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017

32 tələbə bu ixtisas üzrə təhsil almaq hüququ qazanacaq-BMU

02-08-2022

XRİTDX ilə BANM arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

13-06-2024

Naxçıvan Dövlət Universitetində Süni İntellekt Mərkəzi yaradılacaq

01-05-2026

BŞTİ və AzTU startap layihələrlə bağlı əməkdaşlığa başlayır

27-01-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə