Previous Next
Bağla

BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

18-02-2025 18:48
BMU ilə Özbəkistan universiteti arasında memorandum imzalanıb

Özbəkistan Respublikası Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Mühəndislik Universitetində (BMU) olub.

Xeberler.az məlumat verir ki, rektor Yaqub Piriyev Özbəkistan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərindən bəhs edib, ortaq tarixə, mədəni irsə, milli-etnik əsaslara söykənən hər iki xalq arasında əlaqələrin Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin siyasəti ilə müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq daha da inkişaf etdirildiyini deyib. Habelə bu əlaqələrin təhsil sahəsini də əhatə etdiyini, iki ölkə arasında təhsilin müxtəlif pillələri üzrə əməkdaşlığı nəzərdə tutan bir sıra müvafiq sənədlərin imzalandığını bildirib. Rəhbərlik etdiyi ali məktəbin maddi-texniki bazası, professor-müəllim heyəti, müasir laboratoriyaları haqqında məlumat verən rektor BMU-nun beynəlxalq əlaqələrinə toxunub, xarici universitetlərlə əməkdaşlığın müsbət tərəflərini diqqətə çatdırıb.

Daşkənd Beynəlxalq Maliyyə İdarəetməsi və Texnologiyalar Universitetinin rektoru Azizxon Nodirov isə ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb, həmçinin BMU ilə əlaqələrin yaranmasını olduqca müsbət qiymətləndirib. Rektor gələcəkdə əməkdaşlığın dərinləşəcəyinə, geniş məsələləri əhatə edəcəyinə inamını vurğulayıb.

Sonra universitetlər arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Memorandum universitetlərin tədris, təhsil və elmi-tədqiqat fəaliyyətlərinə marağı artırmaq, birgə tədqiqat layihələri, o cümlədən təkliflər üzərində çalışmaq və s. məsələləri əhatə edir. Eyni zamanda, sənəd fakültə üzvləri, tələbələr və inzibati heyətin mübadiləsini gerçəkləşdirməyi də nəzərdə tutur.

Görüşün ardınca qonaqlar BMU-nun müasir auditoriya və laboratoriyaları, eləcə də Texnoparkı ilə tanış olublar.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025
“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

“Bayraktar Teknoloji Azərbaycan” ilə BMU arasında memorandum imzalanıb

10-04-2025
BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

BDU ilə Özbəkistan Universiteti arasında anlaşma memorandumu imzalanıb

19-02-2025
BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024
“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

“Bayraktar Teknoloji Azərbaycan”ın rəhbər heyəti BMU-da olub

27-12-2024
Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024
BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

BMU ilə “Center of Agile Communication” MMC arasında Anlaşma Memorandumu imzalanıb

07-03-2024
BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025
BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024
AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

AzTU ilə Çin universiteti arasında Niyyət Protokolu imzalanıb

25-05-2026
Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində olub

Azərbaycan Texnologiya Universitetinin nümayəndə heyəti Qarabağ Universitetində olub

25-10-2024
AzTU ilə “Baykar Texnoloji Azərbaycan”  arasında memorandum imzalanıb

AzTU ilə “Baykar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

11-04-2025
BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024
AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

AMEA YTP-ı BMU ilə əməkdaşlıq edəcək

12-05-2017
BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

BMU Texnoparkı “Innovation Lab” sertifikatına layiq görülüb

27-08-2025
BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

BDU ilə Malayziya İnnovasiya Universiteti memorandum imzalayıb

05-11-2025
“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024
BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

BMU-da Kibertəhlükəsizlik laboratoriyasının açılışı olub

03-05-2024
ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

ADNSU ilə “Bayraktar Teknoloji Azərbaycan” memorandum imzalayıb

15-05-2025
BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

BANM ilə “SABAH.academy” arasında memorandum imzalanıb

28-11-2024
AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

AzMİU və 4SİM arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

29-01-2026
Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

Ölkə başçısının Özbəkistana səfəri çərçivəsində beynəlxalq avtomobil əlaqələri haqqında sənədlər imzalanıb

22-06-2022
Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında Memorandum imzalanıb

Aviasiya Akademiyası ilə “Bayraktar Teknoloji Azərbaycan” arasında Memorandum imzalanıb

18-10-2025
Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

Elm və təhsilin inteqrasiyasına dair Memorandum imzalanıb

25-01-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə