Previous Next
Bağla

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024 16:32
BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

Bakı Mühəndislik Universitetində (BMU) İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb. Bu barədə qərar universitetin Elmi şurasının iclasında qəbul olunub.

Xeberler.az bildirir ki, yeni fakültənin yaranması Prezident İlham Əliyevin qarşıya qoyduğu innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlığının həyata keçirilməsi vəzifələrinin icrası istiqamətində atılan mühüm addımlardan biridir.

Son dövrlər BMU-da informasiya texnologiyaları üzrə ixtisasların müasir dövrün tələblərinə uyğun tədrisi üçün gerçəkləşdirilən işlər uğurla davam etdirilib, kompüter laboratoriyalarının maddi-texniki bazası gücləndirilib. Bu işlərin davamı olaraq cari ildə BMU-da BP şirkətinin dəstəyi ilə ilk Kibertəhlükəsizlik laboratoriyası yaradılıb. Laboratoriya müasir, innovativ informasiya-kommunikasiya texnologiyaları avadanlığı və proqram təminatı ilə təchiz edilib.

Bundan başqa, son illərin qəbullarının nəticələrinə əsasən, BMU-da informasiya texnologiyaları sahəsi üzrə ixtisaslara maraq getdikcə artmaqdadır. Ayrılan plan yerlərinin tam dolması ilə yanaşı, yüksək nəticə göstərən tələbələr məhz bu ixtisaslara üstünlük verirlər. Builki qəbulda da yüksək bal toplayan abituriyentlərin seçdiyi ixtisaslar sırasında əsasən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri və başqa ixtisaslar yer alıb.

Sadalananlar, xüsusilə universitetdə informasiya texnologiyaları ixtisaslarının ali təhsilin əsas baza istiqamətinə çevrilməsi zərurəti nəzərə alınaraq informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi, kompüter elmləri ixtisaslarını özündə birləşdirən İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb.

Fakültədə tədris Azərbaycan və ingilis dillərində aparılacaq. 3 kafedradan (İnformasiya texnologiyaları və proqramlaşdırma, Kibertəhlükəsizlik və kompüter mühəndisliyi, Riyaziyyat və kompüter elmləri) ibarət olan fakültədə dərslər elmlər doktorları, fəlsəfə doktorları, professor və dosentlər daxil olmaqla, böyük təcrübəyə malik müəllimlər tərəfindən tədris ediləcək. Fakültədə bu ildən etibarən 4 bakalavr, 2 magistr ixtisası üzrə ümumilikdə 1100-dən çox tələbə təhsil alacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan Universitetində İKT fakültəsi yaradılıb

17-02-2016

Yandeks Rusiyada kompüter elmləri fakültəsi açıb

09-09-2016

Bu il İT ixtisaslara neçə nəfər qəbul olub?- Statistika

19-09-2017

BMU tələbələri üçün kibertəhlükəsizlik sahəsi üzrə təlim keçirilib

11-10-2024

AMEA İnformasiya Texnologiyaları İnstitutunda yeni tədris ilinə start verilib

16-09-2020

İT tələbələr Türkiyə universitetində təcrübə keçə biləcək

10-03-2016

İnformasiya Texnologiyaları İnstitutunun təhsil şöbəsinin fəaliyyət planı müzakirə olunub

23-01-2019

ADNSU-da “Kibertəhlükəsizlik laboratoriyası” açılıb

08-11-2024

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

İT üzrə III Avropa konfransı keçiriləcək

20-08-2015

BMU tələbələri “INNOSTART” hakatonunun qalib olub

08-04-2025

“AzInTelecom”da yeni təyinat olub

12-07-2021

RİTN abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir

01-08-2013

BMU ilə İRİA arasında növbəti əməkdaşlıq mərhələsi müzakirə edilib

05-12-2025

AzTU-nun Kompüter texnologiyaları kafedrası beynəlxalq təşkilata üzv olub

28-04-2026

Süni intellekt üzrə bakalavr proqramı başlayır

22-05-2018

Nar-dan ADA Universitetinin Təqaüd Proqramına dəstək

13-11-2018

BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar

14-10-2024

Beynəlxalq İnformasiya Təhlükəsizliyi günüdür

30-11-2016

Müharibə hansı sahələrdə kadrlara tələbat yaradıb? – Ekspert açıqlayır

03-12-2020

“ATL Akademiya” ADA Universitetinin tələbələrinə güzəştli təhsil imkanı təqdim edir

07-06-2021

Şəbəkə texnologiyaları ilə bağlı yeni kitab

23-01-2018

BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsini seçmək istəyən abituriyentlərin nəzərinə

16-08-2023

DİM İT mütəxəssis axtarır-Tələblər

11-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə