Britaniya şirkəti INQ "Facebook" sosial şəbəkəsi üçün xüsusi hazırlanmış “Cloud Touch” adlı smartfon təqdim edib. Bu haqda "All Thinqs Digital" texnobloqunda məlumat verilib.
Smartfonun işçi ekranına əsasən sosial şəbəkənin funksiyaları birləşdirilib. Bu yolla istifadəçilər yeni dostlarını həm izləyə bilər, həm də "Facebook"a qoyulmuş şəkillərə, videoroliklərə baxa biləcəklər. Onlar həmçinin, Facebook çatı və qeolokasion Places servisindən istifadə edə bilərlər.
Qeyd edək ki, “Cloud Touch” sensor displeyin ekran ölçüsü 3,5 düym təşkil edir. Bu cihazdan əlavə INQ şirkəti QWERTY-klaviaturalı “Touch Q” modelini istehsal edəcək. Cihazlar Böyük Britaniyada və digər avropa ölkələrində satışa 2011-ci ilin aprelində çıxarılacaq.
Smartfon xətti “ОС Google Android 2.2” mobil bazası əsasında işləyir və Android Market əlavələr-dükanını rəsmi şəkildə dəstəkləyir. // itv.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri