“British Airways“ Apple Watch saatları üçün mobil tətbiqi satışa çıxaracaq

18-03-2015 / 11:11

“British Airways” aviaşirkəti aprelin 24-də Apple Watch saatları üçün mobil tətbiqi  satışa çıxarcaq.

Şirkətdən Xəbərlər-ə verilən məlumata görə, aviaşirkət müştərilərin səyahətlərini daha rahat təşkil etmək üçün tətbiqdə iki əsas element nəzərdə tutub.  Belə ki, Apple Watch-un ekranında çıxan “baxış” pəncərəsində uçuşun vaxtı, statusu, uçuşadək qalan müddət və digər məlumatlar icmal şəklində əks olunur.

Bundan başqa, tətbiq vasitəsilə müştərilər uçuşa qeydiyyat və çıxış qapıları haqda bildirişlərdən faydalana biləcəklər. Hitrou hava limanının 5-ci terminalındakı zallarda olarkən müştərilər “iBeacon” vasitəsilə salamlama məktubları alacaqlar.

“British Airways” hava limanında olan müştəriləri aktual və lazımi məlumatlarla təmin etmək üçün Birləşmiş Krallıq ərazisindəki gözləmə zallarında “iBeacon” texnologiyasından istifadə etmiş ilk aviaşirkətdir.

“Baxış” ekranına sadə bir toxunuş etməklə Apple Watch saatının ekranına uyğun tərtib olunub, sürətli və istifadəsi asan “British Airways” tətbiqi açılır. Bu zaman müştərin növbəti uçuşu barədə, reysin nömrəsi, marşrut, uçuş vaxtı, statusu, uçuşa qədər qalan müddət və təyinat məntəqəsində hava şəraiti ilə bağlı məlumat əks olunur.

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə