Previous Next
Bağla

Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

08-12-2015 13:03
Azercell-in Bölgə Tələbə Proqramı keçirilir

Azercell Telekom bölgələrimiz üçün nəzərdə tutulan növbəti Tələbə Proqramına start verib.

Şirkətdən Xeberler.az-a verilən məlumata görə, Azərbaycanın regionlarında yerləşən universitetlərdə təhsil alan tələbələrə aylıq təqaüd almaq imkanını yaradan bu proqramın məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin inkişaf etməsinə və peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir.

Proqram çərçivəsində Azercell əməkdaşları tərəfindən Gəncə Dövlət Universitetində, Azərbaycan Dövlət Aqrar Universitetində, Azərbaycan Texnologiya Universitetində, Mİngəçevir Dövlət Universitetində təqdimatlar keçirilib, eləcə də Naxçıvan və Lənkəran Dövlət Universitetlərində proqram haqqında tələbələrə geniş məlumat verilib. 400-dən çox tələbənin iştirak etdiyi təqdimatlarda Tələbə proqramı ilə bağlı suallar cavablandırılıb.

Şirkət nümayəndələri tərəfindən məlumat verilib ki, proqrama qəbul edilən istedadlı tələbələr cari təhsil müddətinin sonuna qədər Azercell şirkəti tərəfindən xüsusi təqaüd alacaqlar. Bununla yanaşı, seçilən tələbələrin karyera baxımından inkişafı üçün şərait yaradılacaq.

Belə ki, onlar telekommunikasiya sahəsi haqqında biliklərini artırmaq, şirkətin korporativ tədbirlətində və sosial fəaliyyətində iştirak etmək, müxtəlif təlimlərə qatılmaq və şirkətdə təcrübə keçmək imkanını əldə edəcəklər. Dekabr ayı boyunca proqramla bağlı Azercell əməkdaşlarının ölkənin digər bölgələrində də təqdimatlar keçirəcəyi planlaşdırılır.

Məlumat üçün bildirək ki, Tələbə Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki “Bölgə Tələbə Proqramı 2015” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi – dekabrın 11-nə kimidir.

Tələbə Proqramı tələbələrə 2008-ci ildən etibarən təqdim olunur və bugünədək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan onlarla tələbə Azercell şirkətinin Tələbə programının qalibləri adını qazanıblar. Ötən ildən etibarən isə Azercell artıq ölkəmizin müxtəlif bölgələrində Tələbə Proqramı layihəsini həyata keçirir.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azercell tələbələrlə görüşüb

Azercell tələbələrlə görüşüb

14-10-2017
Azercell tələbələrə aylıq təqaüd verəcək

Azercell tələbələrə aylıq təqaüd verəcək

01-10-2016
Azercell daha 25 tələbəyə təqaüd verəcək

Azercell daha 25 tələbəyə təqaüd verəcək

09-01-2018
Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

Azercell-dən təqaüd almaq istəyən tələbələrin nəzərinə

02-11-2016
Azercell Tələbə Təqaüdü Proqramını elan edir

Azercell Tələbə Təqaüdü Proqramını elan edir

06-10-2011
Azercell tələbələrə aylıq təqaüd verəcək

Azercell tələbələrə aylıq təqaüd verəcək

19-09-2018
“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

“Azercell Tələbə Proqramı”nın təqdimatı keçiriləcək

20-10-2015
 Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

Azercell IX Azərbaycan Beynəlxalq Karyera sərgisində iştirak etdi

12-10-2015
Bu il Azercell daha 25 tələbəni sevindirdi

Bu il Azercell daha 25 tələbəni sevindirdi

22-01-2019
Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

Daha 27 tələbə Azercell-dən təqaüd alacaq

09-01-2017
Azercell-in prezidenti  qalib tələbələrlə  görüşüb

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb

13-01-2016
Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir

Azercell “Tələbə Təqaüdü Proqramı 2024” üçün qeydiyyatı açıq elan edir

02-10-2023
Uğurlu karyeraya Azercell-lə addımla!

Uğurlu karyeraya Azercell-lə addımla!

04-10-2022
Azercell 25 tələbəyə təqaüd ayırdı

Azercell 25 tələbəyə təqaüd ayırdı

22-12-2022
Azercell tələbələrə aylıq təqaüd verəcək

Azercell tələbələrə aylıq təqaüd verəcək

18-09-2017
Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

Azercell-də işləmək istəyən tələbələr üçün yeni imkan  

22-04-2017
Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

14-10-2019
Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

Azercell Təqaüd və Təcrübə Proqramının qaliblərini təbrik edib

05-03-2022
Azercell növbəti karyera yarmarkasında

Azercell növbəti karyera yarmarkasında

04-05-2015
10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

10 tələbə "Azercell Təqaüdçüsü" adına layiq görülüb

06-02-2024
Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

Azercell-in prezidenti qalib tələbələrlə görüşüb-Foto

25-01-2017
Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

Azercell Tələbə Təqaüdü Proqramına müraciətlərin qəbuluna başlayır

17-09-2019
"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

"Azercell" Tələbə Təqaüdü və Təcrübə Proqramının iştirakçıları uğurlarını bölüşür

16-04-2021
Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

Azercell-də təcrübə keçmək istəyənlərin nəzərinə

03-04-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə