“Bulbul” mobil tətbiqinin təqdimatı keçirilib

20-06-2025 / 15:50

Rusiya Federasiyasının Moskva şəhərində “Bulbul” mobil tətbiqinin təqdimat mərasimi təşkil olunub.

Xeberler.az məlumat verir ki, tətbiq Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu Qrant Müsabiqəsinin qalibi olmuş “DAVAM - Xarici ölkələrdə yaşayan Azərbaycan gəncləri arasında ünsiyyəti təşviq edən sosial media əsaslı mobil tətbiqin yaradılması” layihəsi çərçivəsində hazırlanıb.

“Bulbul” mobil tətbiqi xarici ölkələrdə yaşayan azərbaycanlı gəncləri bir araya gətirərək onların arasında mədəni, sosial və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Tətbiq istifadəçilərə Azərbaycan mədəniyyəti, dili və aktual ictimai mövzular ətrafında ünsiyyət qurmaq, tədbirlər və təşəbbüslər barədə məlumat almaq, fikir mübadiləsi aparmaq və həmfikir gənclərlə bir araya gəlmək imkanı yaradır.

Tətbiqdə fərdi şəxs, müəssisə, təşkilat və ya birlik kimi qeydiyyatdan keçmək mümkündür. Platformanın yaradıcıları sadəcə şəbəkə üzvləri arasında ünsiyyət yaratmaqla kifayətlənməmək, eyni zamanda, biznes sahiblərinə, kiçik və orta sahibkarlığa dəstək vermək niyyətində olduqlarını bildiriblər.

Layihənin təşəbbüskarları bildiriblər ki, uzun müddət Vətəndən uzaqda yaşamaq, Azərbaycan məhsullarının çətin tapılması və ana dilinin istifadəsinin məhdud olması onları bu şəbəkəni yaratmağa vadar edib. Beləliklə, “dostlar axtarışı” bölməsində şəhər, cins, yaş, ixtisas üzrə yeni dostlar, eyni zamanda, milli mətbəxə ən yaxın mağaza və ya kafe, restoran tapmaq mümkündür.

Şəbəkənin yaradıcıları istifadəçilərin onların zəhmətini qiymətləndirəcəyinə və bu milli layihəyə fəal dəstək verəcəklərinə ümid edirlər.

Həmin tətbiqi App Store platformasında “Bulbul - social network” adını taparaq və ya https://apps.apple.com/az/app/bulbul-social-network/id6443620589  keçidi vasitəsilə yükləmək mümkündür. Tətbiq istər texniki funksionallığı, istərsə də məzmun baxımından daim yenilənəcək və istifadəçilərin ehtiyaclarına uyğun təkmilləşdiriləcək.

“Bulbul” tətbiqi, rəqəmsal texnologiyaların imkanlarından istifadə etməklə, dünya üzrə azərbaycanlı gəncləri virtual platformada bir araya gətirərək onların həmrəyliyini və fəallığını artırmağı qarşıya məqsəd qoyur.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə