Azərbaycan Respublikası Vəkillər Kollegiyası və “LEGALAID” MMC-nin birgə tərəfdaşlığı əsasında “LegalAid” adlı elektron hüquqi yardım mobil tətbiq platforması yaradılıb və vətəndaşların istifadəsinə verilib.
Xeberler.az Azərtac-a istinadən bildirir ki, bu sahədə ixtisaslaşdırılmış mobil tətbiqə dünyada çox az rast gəlinir və ölkəmiz öncüllər sırasındadır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi, ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması ilə bağlı mütərəqqi islahatlar həyata keçirilir və bu sahədə innovasiyaların tətbiqi diqqət mərkəzində saxlanılır. Bu baxımdan digər sahələrdə olduğu kimi, məhkəmə-hüquq sistemində də elektron xidmətlərin, müasir texnologiyaların və innovasiyaların tətbiqi böyük əhəmiyyət kəsb edir.
“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamı ölkədə vəkilliyin inkişafının yeni yol xəritəsi olmaqla ötən dövrdə Sərəncamdan irəli gələn tövsiyələrin icrası istiqamətində xeyli iş görülüb. Həmin Sərəncamda Vəkillər Kollegiyasına vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsinin genişləndirilməsi tövsiyə olunub. Bu tövsiyənin icrası çərçivəsində “LegalAid” elektron hüquqi yardım mobil tətbiqi mühüm rol oynayır.
Mobil tətbiq son dövrlərdə ölkəmizdə aparılan hərtərəfli islahatlar, rəqəmsal transformasiyanın daha bir nümunəsi olmaqla vətəndaşların vəkillərə müraciət imkanlarını genişləndirəcək və hüquqi yardıma əlçatanlığı artıracaq. Eyni zamanda, “LegalAid” proqram təminatı vətəndaş mərkəzli addım olmaqla vətəndaşların hüquqi yardım xidmətlərinə çatımlığını asanlaşdıracaq, onların resurslarına qənaət edəcək və vəkillər tərəfindən hüquqi yardım göstərilməsində səmərəliliyi artıracaq. Ən müasir texnoloji yeniliklərin tətbiq olunduğu “LegalAid” mobil tətbiqi “iOS” və “Android” əməliyyat sistemli bütün mobil qurğulara yüklənə bilər. Tətbiqi yükləmiş istifadəçilər mobil tətbiqdə qeydiyyatdan keçərək şəxsi kabinetini yaradıb vəkillərdən həftənin bütün günlərində istənilən saatda hüquqi məsləhətlər əldə edə bilərlər.
Mobil tətbiqin asan axtarış sistemi vasitəsilə vətəndaşlar istədikləri sahə üzrə rahat şəkildə vəkil tapmaq, həmçinin hüquqla bağlı suallarına, problemlərinə cavab almaq fürsəti əldə edəcəklər. Hüquqi məsləhətlər onlayn çat üzərindən həm yazılı, həm də şifahi formada verilir.
Mobil tətbiqin yaradılmasında əsas məqsəd vətəndaşların vəkilə çıxışında çevikliyi təmin etməklə onların əlavə vaxt itkisinin, məsrəflərinin qarşısını almaq, hüquqi yardımın səmərəliliyini artırmaq, həmçinin vəkillər tərəfindən vətəndaşlara zamandan və yerdən asılı olmayaraq daha sürətli və əlçatan hüquqi yardımın göstərilməsini təmin etməkdir.
Digər tərəfdən, COVID-19 pandemiyası ilə əlaqədar dünyada və ölkəmizdə mövcud şəraitə uyğun olaraq bir sıra məhdudlaşdırıcı tədbirlərin tətbiqi zamanı vətəndaşların vəkilə daha əlverişli çıxışı, həmçinin hüquqi yardıma əlçatanlılığın təmin olunması baxımından da elektron hüquqi yardım mobil tətbiqinə böyük zərurət var.
Gələcəkdə mobil tətbiqin sistem imkanlarının və əhatə dairəsinin daha da genişləndirilməsi nəzərdə tutulur.
“LegalAid” mobil tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləmək mümkündür:
AppStore: https://apps.apple.com/az/app/legalaid-az/id1510123698
GoogleStore: https://play.google.com/store/apps/details?id=az.legalaid.android&hl=en_US
Veb-sayt: https://app.legalaid.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri