“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalləri ilə görüş keçirilib

17-01-2025 / 15:09

Yanvarın 17-də Gənclər Təşkilatlarının Resurs Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu ilk dəfə elan etdiyi “Rəqəmsal” mövzulu qrant müsabiqəsinin qalibi olan gənclər təşkilatlarının nümayəndələri və gənclərlə görüş keçirib.

Xeberler.az məlumat verir ki, görüş zamanı Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov qalibləri təbrik edərək həyata keçiriləcək layihələrin gənclərin texnologiya sahəsində innovativ fikirlərinin üzə çıxarılması və rəqəmsal biliklərinin daha da artırılması istiqamətində böyük önəm daşıyacağını vurğulayıb.

Qrant müsabiqəsinin Ekspert Komissiyasının üzvü olan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov ölkəmizdə rəqəmsallaşmanın sürətlənməsinə dəstək olan bu kimi təşəbbüslərin əhəmiyyətindən danışıb.

Görüşdə qrant müsabiqəsi çərçivəsində qalib gənclər təşkilatları və fiziki şəxslər tərəfindən layihələrin icrası zamanı ayrılmış qrant vəsaitindən istifadənin səmərəliliyinin artırılması üçün rəqəmsallaşma üzrə ixtisaslaşmış müvafiq tərəfdaşların cəlb edilməsinin vacibliyindən bəhs edilib, fond tərəfindən aidiyyəti üzrə dövlət-özəl əməkdaşlığı çərçivəsində tərəfdaşların cəlb olunmasında dəstək göstəriləcəyi bildirilib. Qalib layihələrin icra müddətində görülən işlərin əhatə dairəsinin genişləndirmək və məhsuldarlığını artırmaq məqsədilə fond tərəfindən mütəmadi görüşlərin təşkil olunacağı da qeyd olunub.

Görüşün yekununda gənclər təşkilatlarının nümayəndələri və fiziki şəxslər üçün fondun əməkdaşları tərəfindən qrant müqaviləsinin bağlanması, təsviri və maliyyə hesabatlarının verilmə qaydaları haqqında məlumat verilib, eyni zamanda, qalibləri maraqlandıran suallar cavablandırılıb.

“Rəqəmsal” mövzulu qrant müsabiqəsinin əsas məqsədi gənc nəslin innovativ təşəbbüslərini dəstəkləmək, gənclərin yaradıcı potensialını aşkara çıxarmaq üçün onların internet məkanında yaradıcı rəqəmsal məzmunlar yaratmasını təşviq etməkdir.

Fondun Müşahidə Şurasının qərarına əsasən qrant müsabiqəsinin nəticəsi olaraq gənclər təşkilatlarının 17, gənclərin isə 55 layihəsi dəstəklənib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə