Previous Next
Bağla

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021 17:16
İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

Son günlər ölkədə, eləcə də paytaxt Bakıda internet təchizatında problemlər yaşanır. Ya internet birdən-birə zəifləyir, abunəçi müqavilədə göstərilən sürəti ala bilmir, ya da müəyyən vaxtlarda tamamilə kəsilir.

Xeberler.az “Yeni Müsavat”-a istinadən bildirir ki, hazırda dərslərin onlayn keçirildiyini, o cümlədən bəzi şirkət və işçilərin onlayn işlədiyini nəzərə alsaq, bu problem ciddi fəsadlar yaradır, narazılıqlar ortaya çıxır. Abunəçilər bu haqda haqlı şikayətlərini bildirdikdə isə interneti təmin edən şirkətlər “hazırda təmir işləri aparılır, tezliklə problem aradan qaldırılacaq”, - deyə cavab verir.

Bəs ölkədə internetlə bağlı problem niyə səngimək bilmir?

Məsələ ilə bağlı olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mövqe bildirməyib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz mövzu ilə bağlı qeyd edib:

“Ölkəmizdə hələlik keyfiyyətli internet problemi öz həllini tapmayıb. Xatırlayıram ki, bir neçə il öncə ölkə Prezidenti də öz çıxışlarında ölkədə keyfiyyətli internet məsələsinə diqqət çəkmişdi.

Bəs keyfiyyətli internet nə deməkdir? Yəni dayanıqlı və yüksək sürətli. Hətta üçüncü də var - əlçatanlıq. Bəs əlçatanlıq necədir? Əlçatanlıq varsa dayanıqlılıq, sürət necədir? Bununla bağlı ölkəmizdə problem var. Düşünürəm ki, bu problem təkcə provayderlərin və yaxud hansısa qurumun problemi deyil, ölkə üzrə köklü problemdir.

Vaxtilə bu köklü problemi həll etmək üçün 2014-cü ildə böyük bir dövlət proqramı hazırlanmışdı. Bunun üçün isə büdcədən yarım milyard manat ayrılmışdı. Yəni pullar Neft Fondundan veriləcəkdi. Deməli, problem var idi ki, bu cür proqram işlənilmişdi. Hətta xarici qurumlar da cəlb edilmişdi, onlar ölkəmizə gələrək, analizlər aparmışdılar və sairə. Lakin son anda hökumət bu proqrama pul ayırmaqdan imtina etdi və problem olduğu kimi qaldı.

Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi öz imkanları daxilində nələrisə etdi. Yəni bir neçə rayon və Bakı ətrafındakı kəndlərdə problemin həlli yolunda bir sıra tədbirlər həyata keçirdi.

Hazırda bölgələrdə, eləcə də Bakıətrafı kənd və rayonlarda, xüsusən də Xırdalanda, Abşeronda keyfiyyətli internetlə bağlı problem var. Regionlardakı internet ADSL internetdir, yəni telefon xəttinin üstündə oturan internet. Hansı ki, dünyanın bir çox ölkələrində bu texnologiyanı arxivə göndəriblər. Təsəvvür edin, abunəçi internetə görə telefondan istifadə etmir, amma telefonun pulunu ödəyir, ona görə ki, onun üstündə internet alır. Bu, biabırçılıqdır.

Strateji yol xəritəsinə görə də məsələ öz həllini tapmalı idi. Lakin təəssüf ki, dövlət səviyyəsində bu problem hələ də öz həllini tapmayıb.

Bəs problemin həlli nədir?

Bura böyük investisiya qoyulmalıdır.

Özəl və dövlət provayderlərlə birlikdə bunu müzakirə etməlidirlər. Əgər bundan sonra da məsələni dövlət və ya özəl provayderlərin üzərinə buraxsaq, bu məsələnin həlli onillər çəkəcək.

Xüsusilə pandemiya dövründə rəqəmsal sahibkarlıqla bağlı Azərbaycanın qarşısında duran dördüncü sənaye inqilabının çağırışlarını nəzərə alıb, bu problemi həll etməliyik. Əks halda, bizi ciddi problemlər gözləyir.

Daha bir məsələ ilə bağlı da qeydim var, dövlətin onlayn təhsillə bağlı təhsil sisteminə göstərdiyi dəstəyi qüsurlu hesab edirəm. Qonşu Gürcüstanda, Qazaxıstanda və Ukraynada distant təhsilin keyfiyyətli təşkili üçün təhsil Nazirliyinə bir neçə yüz milyon vəsait dəstək verildi. Müəllim və şagirdlər üçün kompüterlər, planşetlər alındı, sürətli internet təmin olundu ki, təhsil batmasın. Bizdə isə bütün məsələ Təhsil Nazirliyinin üstünə atıldı ki, get, öz hesabına distant təhsili təşkil et. Bu cür yanaşma doğru deyil. Məlum məsələdir ki, ölkədə əksəriyyətin distant təhsilə əli çatmır və ya çətinlik çəkir".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bitməyən internet problemi - Ekspertdən açıqlama

23-09-2020

“Təhsil Nazirliyi bunu etməyə borcludur” - Ekspert

17-09-2020

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020

Həll edilməyən internet problemi: "Keyfiyyətsiz xidmətlə bağlı cərimələr tətbiq edilməlidir”

16-03-2021

Çəkidə aldadan internet şirkətləri

10-07-2019

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020

Ekspert: “Kəndlərə optika” dövlət proqramını hazırlamasına ehtiyac var

17-08-2020

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021

Onlayn bilet satışında nə problem var?

22-12-2015

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018

“Dövlət provayderləri özəl provayderlərə imkan vermir”

04-04-2018

Azərbaycan orta internet sürətinə görə 33 pillə geriləyib

23-10-2018

Ekspert bloklanan saytlardan danışdı

19-07-2019

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016

Data Plus istifadəçilərə kompensasiya verəcək

01-11-2017

Azərbaycanda internet niyə zəifdir?

08-02-2018

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020

Azərbaycanda internet niyə bərbaddır?

28-01-2019

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

Osman Gündüz: “Elmir Vəlizadənin dedikləri həqiqəti əks etdirmir”

03-12-2015

İnternet tarifləri aşağı salınacaqmı?

05-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə