Previous Next
Bağla

ChatGPT keçidləri üzərindən yeni kibertəhlükə aşkarlanıb

02-06-2026 07:39
ChatGPT keçidləri üzərindən yeni kibertəhlükə aşkarlanıb

Azərbaycanın Elektron Təhlükəsizlik Xidməti (CERT.AZ) istifadəçiləri hədəf alan yeni kibertəhlükə barədə xəbərdarlıq yayıb.

Xeberler.az bildirir ki, qurumun məlumatına görə, təhdid aktorları ChatGPT-nin paylaşılmış söhbət (shared conversation) funksiyasından sui-istifadə edərək istifadəçiləri zərərli proqram yükləməyə yönləndirən kampaniya həyata keçirirlər.

CERT.AZ bildirir ki, kampaniya çərçivəsində ChatGPT axtaran istifadəçilər Google reklamları vasitəsilə “chatgpt.com” domenində yerləşən paylaşım səhifələrinə yönləndirilirlər. Səhifə legitim domen üzərində açıldığı üçün istifadəçilərdə etibarlı mənbə təəssüratı yaradır. Lakin burada adi söhbət məzmunu əvəzinə platformanın veb versiyasının müvəqqəti olaraq əlçatan olmadığı barədə saxta bildiriş nümayiş etdirilir.

posts/2026/06/kXcAYWbHK6KyCJ9SO5yIHOMKTlVgPOFQFOBaSibh.jpg

Məlumata əsasən, saxta bildirişdə yüksək istifadəçi trafiki səbəbindən xidmətin müvəqqəti işləmədiyi iddia olunur və istifadəçilərə guya xidmətdən istifadəni davam etdirmək üçün masaüstü tətbiqi yükləmələri tövsiyə edilir. Bu üsul istifadəçilərdə təcililik hissi yaradaraq onları yükləmə düyməsinə klik etməyə sövq etməyə hesablanıb.

CERT.AZ-ın açıqlamasında vurğulanır ki, ənənəvi fişinq kampaniyalarından fərqli olaraq, bu halda saxta məzmun ayrıca hücumçu infrastrukturunda deyil, ChatGPT-nin məzmun təqdimetmə imkanları vasitəsilə göstərilir. Hücumçular xüsusi HTML və CSS məzmunu hazırlayaraq onu paylaşım keçidləri üzərindən yayırlar və nəticədə istifadəçilər saxta səhifəni legitim URL vasitəsilə görürlər.

posts/2026/06/djbqAWwSA6MSMwAlFdbsYT3wyZXlOFffgtZufIiO.jpg

Yükləmə düyməsinə klik edən istifadəçilər daha sonra masaüstü tətbiqin rəsmi yükləmə səhifəsini təqlid edən başqa sayta yönləndirilirlər. Qurumun məlumatına görə, həmin sayt “cloaking” texnikasından istifadə edərək adi istifadəçilərə zərərli məzmun təqdim edir, təhlükəsizlik sistemlərinə isə zərərsiz səhifələr göstərir.

posts/2026/06/sEdrcNv41tx91Oc2hap8m3LKDV6Cn8wpopDdD0J8.jpg

Bildirilib ki, Windows və macOS əməliyyat sistemləri üçün təqdim olunan fayllar guya masaüstü tətbiq kimi göstərilsə də, əslində cihazlara zərərli proqram quraşdırır. Xüsusilə Windows versiyasının virtual analiz mühitlərini aşkar etmək üçün müxtəlif yoxlamalar apardığı qeyd olunur.

CERT.AZ istifadəçilərə proqram təminatını yalnız rəsmi mənbələrdən yükləməyi, reklamlarda təqdim olunan keçidlərə ehtiyatla yanaşmağı və süni intellekt platformalarında qarşılarına çıxan yükləmə təkliflərini diqqətlə yoxlamağı tövsiyə edir. 

 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

NRYTN: Sosial şəbəkələrdə saxta elanlar yerləşdirilir

10-11-2020
"Freshdesk" üzərindən həyata keçirilən fişinq kampaniyasının texniki təhlili açıqlanıb

"Freshdesk" üzərindən həyata keçirilən fişinq kampaniyasının texniki təhlili açıqlanıb

17-06-2026
HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

HR əməkdaşlarına qarşı yeni kiberhücum dalğası müşahidə olunur

13-03-2026
ChatGPT axtarış funksiyasını aktivləşdirdi

ChatGPT axtarış funksiyasını aktivləşdirdi

01-11-2024
LiveChat üzərindən yeni fişinq kampaniyası aşkarlanıb

LiveChat üzərindən yeni fişinq kampaniyası aşkarlanıb

01-04-2026
Kibercinayətkarlar bu dəfə koronavirusdan istifadə edir

Kibercinayətkarlar bu dəfə koronavirusdan istifadə edir

14-03-2020
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara xəbərdarlıq edib

Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşlara xəbərdarlıq edib

11-06-2026
NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

NRYTN xəbərdarlıq edib: Vətəndaşlara e-poçt üzərindən saxta məktublar göndərilir

08-10-2021
Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

Dövlət və özəl qurumların adından fişinq mesajları göndərilir

12-06-2026
Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

Azərbaycanda internet istifadəçiləri üçün təhlükə var

22-10-2015
OpenAI ChatGPT-nin yeni funksiyasını istifadəyə verib

OpenAI ChatGPT-nin yeni funksiyasını istifadəyə verib

26-09-2025
“ChatGPT Atlas” brauzerinə yeni funksiyalar əlavə edilib

“ChatGPT Atlas” brauzerinə yeni funksiyalar əlavə edilib

21-11-2025
“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

“Azərpoçt” adından əhaliyə saxta məktublar göndərilir

17-02-2022
OpenAI yeni veb brauzer təqdim edib

OpenAI yeni veb brauzer təqdim edib

22-10-2025
Ekspertlər “YouTube” platformasında kibertəhlükələr barədə xəbərdarlıq edib

Ekspertlər “YouTube” platformasında kibertəhlükələr barədə xəbərdarlıq edib

12-03-2025
.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

.“Bravo” Marketlər şəbəkəsi adından saxta mesajlar göndərilir

22-04-2022
Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

Kiberdələduzlar “Azərpoçt”un rəsmi saytına oxşar saxta səhifələr yaradır

28-04-2021
Saxta kampaniya barədə mesajlara inanmayın- XƏBƏRDARLIQ

Saxta kampaniya barədə mesajlara inanmayın- XƏBƏRDARLIQ

03-04-2023
ChatGPT-də “Öyrənmə Rejimi” funksiyası istifadəyə verilib

ChatGPT-də “Öyrənmə Rejimi” funksiyası istifadəyə verilib

30-07-2025
Google reklamlarında təhlükə-Hakerlər virus yayır

Google reklamlarında təhlükə-Hakerlər virus yayır

22-11-2022
ChatGPT-də reklamların göstərilməsinə başlanılıb

ChatGPT-də reklamların göstərilməsinə başlanılıb

19-01-2026
Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

Elektron Təhlükəsizlik Xidməti: ABB adından “fişinq” hücumlar edilir

14-03-2022
Azərbaycanda antivirus mühafizə sistemi yaradılıb

Azərbaycanda antivirus mühafizə sistemi yaradılıb

29-07-2015
Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

Kiberdələduzlar “Azərpoçt”un adına saxta saytlar yaradaraq insanları “tələ”yə salır

14-12-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə