Previous Next
Bağla

Çin “BeiDou-3” naviqasiya sistemi üçün 2 ehtiyat peyki orbitə çıxarıb

19-09-2024 14:53
Çin “BeiDou-3” naviqasiya sistemi üçün 2 ehtiyat peyki orbitə çıxarıb

Çinin “BeiDou-3” naviqasiya sisteminə aid sonuncu ehtiyat 2 peyk orbitə çıxarılıb.

Xeberler.az Azərtac-a istinadən məlumat verir ki, peykləri orbitə aparan “Uzun yürüş-3B” (“Long March-3B”) daşıyıcı raketinin buraxılışı Siçuan əyalətindəki Siçanq buraxılış məntəqəsində yerli vaxtla saat 09:14-də baş tutub.

Orta Yer orbitində fəaliyyət göstərəcək peyklər sistemin etibarlılığını artıracaq, yerləşmə, naviqasiya, zamanlama, habelə istifadəçilər üçün qısa mesaj xidmətlərinin keyfiyyətini artıracaq.

Qeyd edək ki, “BeiDou-3” naviqasiya sisteminin ehtiyat peyklərindən başqa, orbitdə daha 30 peyki də var. Onların istismar müddəti 10 ildir. Ən uzun müddət istismar olunan peykin 6 yaşı var. Növbəti mərhələdə “BeiDou-4” sistemi üçün yeni peyklər orbitə çıxarılacaq.

Çin 3 mərhələdə özünün peyk-naviqasiya sisteminin formalaşdırılmasına başlayıb. Yalnız ölkə ərazisində xidmətlər göstərən birinci mərhələnin formalaşdırılması 2000-ci illərin sonunda başa çatıb. 2012-ci ildə başa çatan ikinci mərhələdə sistemin Asiya və Sakit okean hövzəsi regionunda xidmətlər göstərməsi təmin olunub. Üçüncü mərhələdə (2020-ci il) isə sistemin bütün dünyanı əhatə etməsi mümkün olub. “BeiDou” sisteminin xidmətlərindən nəqliyyat, kənd təsərrüfatı, balıqçılıq, təbii və texnogen fəlakətlərin nəticələrinin aradan qaldırılması da daxil olmaqla bir çox istiqamətlər üzrə geniş istifadə olunur. Çindəki internetə çıxışı olan smartfonların 70 faizdən çoxu “BeiDou” sistemindən istifadə edir.

“BeiDou” sistemi dünyada GPS (ABŞ), “Glonass” (Rusiya) və “Galileo”dan (Avropa İttifaqı) sonra 4-cü naviqasiya sistemidir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Çin növbəti peykini orbitə çıxarıb

30-09-2015

Çin özünün GPS analoqunu yaradır

22-08-2015

“SpaceX” Avropanın iki naviqasiya peykini orbitə çıxarıb

18-09-2024

Avropanın iki peyki orbitə çıxarılıb

19-12-2015

Çin orbitə yeni peyklər buraxıb

23-03-2026

Çin orbitə iki yeni peyk buraxıb

05-11-2008

Çin Yerin süni peykini orbitə buraxıb

22-10-2024

Peyklər ucqar əraziləri sürətli internetlə təmin edəcək

12-02-2016

Çin kosmosa yeni peyk buraxıb

30-12-2025

“SpaceX” orbitə daha 26 internet peyki çıxarıb

13-05-2025

Bakıda “Qlobal peyk naviqasiyası sistemlərinin tətbiqi sahələri” mövzusunda beynəlxalq simpozium keçirilir

13-05-2009

"SpaceX"in raketi "Starlink"in bir qrupu ilə orbitə çıxıb

05-12-2025

“SpaceX” orbitə daha 20 internet peyki çıxarıb

25-09-2024

"SpaceX" 29 ədəd "Starlink" mini peykini orbitə çıxarıb

19-01-2026

Çin daha bir peyki orbitə yerləşdirib

25-07-2020

"Vega-C" raketi KOMPSAT-7 peykini orbitə çıxarıb

02-12-2025

"SpaceX" şirkəti 72 mini peyki uğurla orbitə çıxarıb

13-06-2023

“Azərkosmos”a səfər

11-10-2018

Azərbaycanın ikinci peyki 191,36 milyon dollara başa gələcək

24-10-2015

Azərbaycanın ucqar kəndlərində yüzlərlə məktəbi peyk interneti ilə təmin edəcək

05-12-2018

Növbəti "Starlink" internet peykləri orbitə çıxarılıb

30-03-2023

“SpaceX” orbitə daha 23 internet peyki çıxarıb

21-05-2025

Ariane raketdaşıyıcısı orbitə iki telekommunikasiya peyki çıxarıb

11-11-2015

Azərbaycan daha bir peykini orbitə göndərib

26-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə