Previous Next
Bağla

Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

24-09-2024 10:00
Əhməd İsmayılov: Özbəkistanla qısa vaxtda möhkəmlənmiş media əlaqələrimiz nümunəvi səciyyə daşıyır

Azərbaycan və Özbəkistanın media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində intensiv işlər görülməkdədir.

Xeberler.az Report-a istinadən məlumat verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Daşkənddə keçirilən “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Özbəkistan-Azərbaycan Media Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyevin güclü siyasi iradələri nəticəsində ölkələr arasında daha da möhkəmlənən qardaşlıq münasibətləri, regionların inkişafına ciddi töhfə vermiş intensiv əlaqələr media sahəsi də daxil olmaqla, bütün sahələrə öz dinamik təsirlərini göstərməkdədir:

"Hər iki ölkə liderlərinin qarşılıqlı səfərləri türk dövlətləri arasında əlaqələrin və strateji tərəfdaşlığın inkişaf etdirilməsi baxımından mühüm tarixi hadisədir. Bu səfərlər, habelə səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan və özbək xalqları arasında dostluğun, qardaşlığın əyani təzahürüdür. Bu baxımdan Azərbaycan Prezidentinin bu ilin avqust ayında Özbəkistana rəsmi dövlət səfəri müstəsna əhəmiyyətə malik olmaqla, münasibətlərimizin yeni tarixi mərhələsinin əsasını qoyub. Belə ki, səfər çərçivəsində avqustun 23-də “Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” imzalanmış, iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlət rəsmi müttəfiq olmuşdur. Müttəfiqliq münasibətləri öz növbəsində media sahəsində qarşılıqlı əməkdaşlığın inkişafına və fundamental layihələrin icrasına ciddi təkan verməkdədir".

Ə.İsmayılov bildirib ki, Azərbaycan və Özbəkistanın media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında əməkdaşlığın qurulması, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin fəaliyyətinin inkişafı, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülməkdədir.

"2022-ci il iyunun 20-də Daşkənd şəhərində keçirilən Özbəkistan-Azərbaycan Biznes Forumu çərçivəsində “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyi arasında Anlaşma Memorandumu”nun imzalanması müvafiq sahədə fəaliyyətimizin canlanmasına ciddi stimul verib. Özbəkistan-Azərbaycan Media Forumu dezinformasiya ilə mübarizə məsələsini bir daha media gündəminə gətirməklə bu problemə qarşı mübarizənin beynəlxalq səciyyə daşıdığını vurğulayır və inanırıq ki, mövcud vəziyyətdən çıxış yollarının tapılması baxımından əlamətdar olacaq", - MEDİA rəhbəri vurğulayıb.

O diqqətə çatdırıb ki, bu il Azərbaycan mediasının gündəmi kifayət qədər zəngindir: "Bildiyiniz kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycan TDT-nin media və informasiya üzrə 6-cı toplantısında təmsil olunub

19-12-2024

MEDİA-da Özbəkistanın məsul nümayəndələri ilə görüş olub

29-09-2025

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Forumu başa çatıb

24-09-2024

“Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Media Forumu keçirilib

24-09-2024

Azərbaycanla Özbəkistanın media nümayəndələri görüşüb

06-05-2025

Azərbaycan və Albaniya media sahəsində memorandum imzalayıb

13-11-2024

MEDİA ilə "Sinxua" agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

01-09-2025

Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib

16-11-2024

Çinlə radio və TV yayımı sahəsində memorandum imzalanıb

24-06-2025

Kamran Həsənov: Media sahəsində əməkdaşlıq milli təhlükəsizlik məsələsində əsas komponentdir

24-09-2024

MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib

08-04-2026

Azərbaycan–Türkiyə Birgə Media Platformasının İşçi Komissiyası yaradılacaq

28-03-2026

MEDİA-da Monqolustanın nümayəndə heyəti ilə görüş keçirilib

14-04-2026

Türk dövlətlərinin Dezinformasiya ilə Mübarizə Forumu keçirilir

18-12-2025

TDT-nin media və informasiya üzrə məsul nazirlərinin toplantısı keçirilib

28-11-2025

ADA Universiteti və "MEDİA" arasında əməkdaşlıq memorandumu imzalanıb

17-03-2022

Media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır

12-01-2023

Ənənəvi media süni intellektin yaratdığı imkanlar dəqiq dəyərləndirməlidir

17-12-2024

Medianın İnkişafı Agentliyində onlayn media subyektlərinin rəhbərləri ilə görüş keçirildi

12-08-2022

"Media savadlılığı" rəqəmsal platforması təqdim edilib

20-12-2023

Azərbaycan II Mərkəzi Asiya Media Forumunda təmsil olunur

16-04-2025

Özbəkistanla sosial əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

27-12-2024

"Rəqəmsal dövrdə media tərəfdaşlığı" mövzusunda panel sessiya keçirilib

30-09-2025

Astanada II Mərkəzi Asiya Media Forumu keçiriləcək

12-04-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə