Previous Next
Bağla

ClimateLaunchpad 2017-nin qalibləri-Foto

07-08-2017 10:47
ClimateLaunchpad 2017-nin qalibləri-Foto

AMEA Yüksək Texnologiyalar Parkının dəstəyi ilə keçirilən dünyanın ən böyük "Yaşıl" biznes ideya müsabiqəsi ClimateLaunchpad 2017-nin qalibləri müəyyənləşib.

AMEA-dan Xeberler.az-a verilən  məlumata görə, Azərbaycanın ilk dəfə qoşulduğu ClimateLaunchpad müsabiqəsində iştirak edən 13 startap  komandası ölkə finalında qalib olmaq uğrunda mübarizə aparıblar.

 Qalib olan 3 komanda ölkəmizi 17-18 oktyabr  2017-ci ildə Kiprın Limasol şəhərində keçiriləcək beynəlxalq finalda təmsil etmək hüququ qazanıblar.

Mükafatlandırma mərasimində qaliblər müxtəlif nominasiyalar üzrə təltif ediliblər.

Dünya finalında hər iştirakçı ölkədən 3 komanda Avropanın qabaqcıl investorları və sahibkarları qarşısında təqdimat edəcəklər. Azərbaycanı 14 startap komandasından finala vəsiqə qazanan 3 startap layihəsi təmsil edəcək.

Qaliblər:

1 -ci yer: CATALYST - karbon qazının havadan utilizasiyası üçün vulkan külü tərkibli katalizator icad ediblər.
 
2-ci yer: EMWAWES elektromaqnit şüalanmasını elektrik enerjisine çevirən telefon batareyaları işləyib, hazırlayıblar.
 
3-cü yer: SHO2WER suyun istifadəsinə qənaət edən mexanik və elktron cihazdır.

“Audience Favorite Startup” – İzləyicilərin Favorit Startapı nominasiyası üzrə iki 14 yaşlı gəncin Rainergy adlı layihəsi qalib olub.

Bundan əlavə, layihə çərçivəsində aylardır göstərdiyi dəstəyə görə Leyla Tağızadə Social Innovation Lab tərəfindən “Woman Philanthropist of the Year Award 2017” mükafatı ilə təltif edilib.

Dünya finalında 1-ci yer 10000, 2-ci yer 5000 və 3-cü yer sahibləri 2500 avro pul mükafatı ilə təltif olunacaqlar. Bundan başqa, dünya finalında ilk 10 yeri tutan startap layihəsi kiçik ideyaların böyük bizneslərə çevrildiyi 18 aylıq "Climate-KIC Accelerator" proqramına qəbul olacaqlar. 

Akselerator proqramında hər bir layihəyə üç mərhələdə  95,000 avro maliyyə dəstəyi verilir. İntensiv biznes məktəbi olan və təşəbbüskar insanların bir araya gəldiyi beynəlxalq  platforma “Climate-KIC” proqramı 2010-cu ildə Avropa Birliyi İnnovasiya və Texnologiya İnstitutu tərəfindən yaradılıb.

ClimateLaunchpad proqramının ölkəmizdəki  rəsmi tərəfdaşı Social Innovation Lab-dır. 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

ClimateLaunchpad 2017-nin qalibləri açıqlanacaq

11-07-2017
Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018
ClimateLaunchpad startapının ölkə finalı baş tutub

ClimateLaunchpad startapının ölkə finalı baş tutub

31-07-2019
"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib

"ClimateLaunchpad 2022"nin milli mərhələsinə start verilib

02-08-2022
Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

Yeni Fikir müsabiqəsinin qalibləri açıqlanacaq

07-06-2017
“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri  açıqlandı- Fotolar

“Microsoft Imagine Cup” müsabiqəsinin qalibləri açıqlandı- Fotolar

22-05-2015
Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

Yeni Fikir 2017-nin qalibləri açıqlandı-Foto

10-06-2017
“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

“Microsoft Imagine Cup 2015” müsabiqəsində Azərbaycan qalib gəldi

05-06-2015
Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

Bakı Ali Neft Məktəbinin tələbələri müsabiqənin qalibi oldular

06-12-2018
15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

15 yaşlı azərbaycanlı qlobal startap yarışında iştirak edir

16-11-2017
Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

Startapçılarımız beynəlxalq müsabiqənin finalına hazırlaşır

15-10-2015
Startap müsabiqələri keçirilir

Startap müsabiqələri keçirilir

17-07-2015
Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

Növbəti startap turunun keçiriləcəyi yer bəlli oldu

04-06-2018
  Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

Gəncədə keçirilən startap müsabiqəsinin qalibləri

17-10-2017
Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

Microsoft Imagine Cup 2017-də milli finalın qalibləri-Foto

03-05-2017
II və III yer üzrə qaliblər təltif olunub

II və III yer üzrə qaliblər təltif olunub

29-05-2022
Növbəti startap turunun qalibləri bəlli olub

Növbəti startap turunun qalibləri bəlli olub

03-10-2018
Azercell yerli startaplar üçün dünya bazarına yol açır

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015
ICPC 2025 Dünya Finalında Azərbaycanı BANM təmsil edəcək

ICPC 2025 Dünya Finalında Azərbaycanı BANM təmsil edəcək

29-08-2025
Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

Gəncədə İdeyadan Biznesə çevriləcək layihələr seçildi

05-10-2018
Azercell-dən tələbələrə daha bir dəstək

Azercell-dən tələbələrə daha bir dəstək

06-12-2017
Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

Bakıda keçirilən Seedstars World müsabiqəsinin qalibləri açıqlandı

07-08-2015
Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016
Yerli startaplar 500 min uğrunda yarışır

Yerli startaplar 500 min uğrunda yarışır

07-08-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə