Previous Next
Bağla

Yerli startap Azərbaycana investisiya gətirməkdə çətinlik çəkir

17-09-2018 10:27
Yerli startap Azərbaycana investisiya gətirməkdə çətinlik çəkir

Şirkət investisiya yatırımından imtina etmək məcburiyyətindədir.

Xeberler.az  məlumat verir ki, bu barədə öz müsahibəsində “Qılınc və Qartal” Şirkətinin qurucusu Tural İsmayılzadə bildirib. Azərbaycanı ölkə daxilində və xaricində təmsil edən iş adamlarına və yatırımcılara səslənən startapçı, onları ölkənin gələcəyi üçün önəmli olan layihələrin icrasında yaxından iştirak etməyə çağırıb. O Azərbaycanda “Lütfi Zadə”, “J-RUN” və “Hyper Water Car” kimi layihələrin qurucusu kimi tanınır.

2018-ci ilin iyun ayında əsası qoyulan şirkət dünyanın qabaqcıl “Mələk investorları” və “venture kapitalist”ləri ilə danışıqlar aparır. Uzun müddət davam edən danışıqlardan sonra yatırımcılar layihələrə maliyyə ayırmaq qərarına gəliblər. 5 müxtəlif şirkət öz niyyət məktubunu imzalayaraq şirkətə göndərib. İlk dəfə qeyri- neft sektorundan ölkəyə bir dəfəyə bu həcmdə maliyyə daxil ola bilərdi.

Vəsaiti qəbul etməyə hazırlaşan şirkət gözlənilmədən çox böyük problemlə üz- üzə gəlib. Müraciət olunan yerli banklar investisiyanın hesaba köçməsi üçün tələb olunan zəmanət sənədini imzalamayıb. İlkin mərhələdə Səudiyyə Ərəbistanında yerləşən şirkət 50 000 000 ABŞ dolları və Qətərdə yerləşən digər şirkət isə 471 000 000 ABŞ dolları dəyərində sövdələşməni ləvğ edib.

Şirkət hal-hazırda digər 3 şirkətlə danışıqları davam etdirir və uzun dirənişdən sonra yatırımcılar bank zəmanəti olmadan maliyyə yatırmağa razılıq verib. Ancaq şirkətin önündə aşmalı olduğu 5 maneə daha var ki, müəyyən maliyyə xərcləri tələb edir. Yeni başlayan bir startap üçün bu çox böyük məbləğ olsa da iş adamları üçün bu məbləğ heç də böyük əhəmiyyət kəsb etmir:

1) Yatırımcıların MIGA (Çöxtərəfli İnvestisiyalar üzrə Zəmanət Agentliyi, Dünya Bankı Qrupunun üzvü, dünyanın ən nüfuzlu investisiya zəmanət qurumu) zəmanətinin səfər müqaviləsi – 3 000 ABŞ dolları.
2) Vəsaitlərin köçürülməsi üçün xüsusi məqsədli Escrow hesabın açılması –6 500 ABŞ dolları.
3) Köçürüləcək vəsaitin sığorta haqqı – 19 500 Avro.
4) Hüquqi xidmət haqqı – 31 000 Avro.
5) Digər xərclər: 15 000 ABŞ dolları.

Sitat: “Bu məbləğ üçün bu günə qədər xaricdə yaşayan, beynəlxalq nüfuza sahib olan azərbaycanlı və türk iş adamları ilə əlaqə saxlamışıq. Əfsuslar olsun ki, onlar bizi qəbul etməkdən imtina ediblər. Onlar başa düşməlidilər ki, bu startaplar Türk dünyasının qüruru və gələcəyidir. Bizim investisiya yatırımını qəbul etmək və ya imtina etmək üçün 1 həftə vaxtımız var. Bizə investisiyanın cəlbində yaranan problemləri həll etməkdə kömək edən iş adamlarına və ya şirkətlərə investisiya bizim bank hesabımıza köçdükdən sonra həmin vəsaiti 3 qatı ilə geri ödəməyə hazırıq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Tesla Model Y Hindistanda satışa çıxarılıb

16-07-2025

Startapımızın xaricdən aldığı investisiyanın məbləği açıqlandı-ÖZƏL

25-01-2018

ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb edib

29-04-2026

Azərbaycan və Türkiyənin qarşılıqlı investisiya qoyuluşu açıqlanıb

02-12-2022

ClimateLaunchpad startapının ölkə finalı baş tutub

31-07-2019

Google ən bahalı brend kimi

28-03-2009

“INNOLAND”in rezidentləri 600,000 manat yatırım cəlb ediblər

04-07-2019

Startaplar üçün 50 min dollaradək investisiya şansı

24-06-2023

BANM-ın “Agroficient” komandası 25,000 avro investisiya qazanıb

26-04-2025

Türkiyənin fintex sektorunda 199 investisiya layihəsi həyata keçirilib

13-06-2023

“Azərkosmos”un ixrac gəlirləri azalıb

30-06-2025

Qlobal bank böhranları kriptovalyuta bazarlarına necə təsir edəcək?

28-03-2023

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-12-2025

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

27-07-2023

Elm və Texnologiya Sahibkarlığı Proqramına start verildi

17-05-2012

"Azərkosmos"un ixrac gəlirləri azalıb

28-11-2025

“Take Off Baku” beynəlxalq startap sammiti keçiriləcək

02-03-2022

Beynəlxalq müsabiqədə Azərbaycanı 3 Startap təmsil edəcək

09-07-2018

Azercell yerli startaplar üçün dünya bazarına yol açır

03-08-2015

“Azərkosmos”un ixrac gəlirləri 17 faiz azalıb

03-04-2024

BP Azərbaycanda keçirilən “InnoWeek - İnnovasiya Həftəsi" tədbirinin sponsorudur

18-12-2020

Dövlət Neft Fondu hansı beynəlxalq şirkətlərin səhmlərini alıb ?

24-01-2024

"Azərkosmos”un ixrac gəlirləri 28 faiz azalıb

24-06-2023

"Azərkosmos"un ixrac gəlirləri azalıb

30-01-2026





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə