Previous Next
Bağla

Colin’s və Azərbaycan startapı əməkdaşlığa başlayıblar

28-07-2025 19:30
Colin’s və Azərbaycan startapı əməkdaşlığa başlayıblar

Azərbaycanlı təsisçilər tərəfindən qurulan və hazırda İstanbulda fəaliyyət göstərən startap Corpowid, Colin’s ilə strateji əməkdaşlığa başlayıb. Bu tərəfdaşlıq çərçivəsində Colin’s-in Azərbaycan üzrə rəsmi onlayn platformasının əlçatanlığı artırılaraq, fiziki məhdudiyyətləri olan istifadəçilər üçün daha rahat və inklüziv istifadə təcrübəsi yaradılacaq. 

Xeberler.az bildirir ki, layihə beynəlxalq səviyyədə qəbul olunmuş Veb Əlçatanlıq Təlimatları (WCAG) və Amerika Əlillər Aktı (ADA) kimi standartlara uyğun hazırlanır. Bu standartlar görmə, eşitmə və hərəkət məhdudiyyətli şəxslərin rəqəmsal məzmundan asanlıqla yararlana bilməsini təmin edir və onlayn platformaların hər kəs üçün əlçatan olmasını məqsəd qoyur.

Corpowid yalnız veb saytların əlçatanlığını təmin etməklə kifayətlənmir, eyni zamanda saytın sürət optimizasiyası, istifadəçi təcrübəsinin (UX) yaxşılaşdırılması və axtarış motorlarındakı (SEO) görünürlüyün artırılması kimi texniki dəstək xidmətləri də göstərir. 

Corpowid 2024-cü ildə fəaliyyətə başlamış və həmin ilin İstanbul Teknik Universiteti İTÜ Arı Teknokent tərəfindən təşkil olunan BigBang Startup Challenge yarışmasında 7,400-dən çox startap arasından seçilərək finala çıxmışdır. Bu yarışmada Corpowid ən çox dəstək alan 7-ci startap olaraq 2 milyon Türk lirəsindən artıq mükafat qazanmışdır. 2024-cü ildən etibarən Corpowid 5 ölkədə 100-dən çox müştəriyə xidmət göstərməkdədir. Startapın həmtəsisçiləri Elmir Həsənli və Aytən Məmmədovadır.

Corpowid-un həmtəsisçisi Elmir Həsənli qeyd edir:

“Biz inanırıq ki, texnologiya hər kəs üçün olmalıdır. Colin’s ilə birgə bu layihə vasitəsilə, rəqəmsal dünyada bərabərliyi və inklüzivliyi genişləndirməkdən qürur duyuruq.”

Colin’s üçün bu təşəbbüs, şirkətin sosial məsuliyyət strategiyasının mühüm hissəsidir və marka üçün yeni bir bazarda müsbət imic və istifadəçi məmnuniyyəti təmin edir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

‘’Technest’’ çərçivəsində İKT sahəsində təhsil alan daha 50 gənc məzun olub

25-07-2022

‘’Barama İnkubasiya Proqramı 2021’’ başa çatıb

02-06-2021

Azərbaycanda Vençur Kapital Fondu yaradılır

14-06-2022

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

21-01-2026

Azərbaycanda ikinci vençur fondunun yaradılması üçün şərtlər açıqlanıb

09-10-2023

Azərbaycan startapları xarici investorlara təqdim edilib

30-10-2022

“Hər kəs üçün ASAN” layihəsi reallaşdırılır

29-04-2026

İnnovasiyalar Agentliyində Türkiyə Sənaye və Texnologiyalar nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

18-06-2021

“Nar” mağazalarında inklüziv xidmət üçün hazırlıqlara start verilib

16-05-2025

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

10-02-2025

Azərbaycanda ilk dəfə olaraq regional startap mərkəzləri yaradılır

04-11-2022

Azercell-in sosial layihə müsabiqəsinin final turu baş tutdu

07-07-2022

Azercell-in təcrübəsi Filip Kotlerin kitabında yer alacaq

13-05-2025

“Nar”ın dəstəyi ilə hazırlanan jestdili.az saytının istifadəçilərinin sayı ikiqat artdı

29-05-2024

“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib

23-09-2024

“She’s Next” Hakatonuna qeydiyyat başlayıb

15-08-2025

“Nar” ölkədə jest dilinin inkişafına töhfə verməyə davam edir                     

23-09-2022

NEQSOL Holding qlobal təlim təchizatçısı O'Reilly ilə tərəfdaşlığa başlayır

25-05-2023

Onlayn surdotərcümə xidməti istifadəyə verilib

29-07-2025

“InnovateHER: Fuelling Women’s Success in STEM”in açılış mərasimi keçirilib

20-10-2025

NEQSOL Holding autizmli şəxslərə dəstək üçün BSİB ilə əməkdaşlığa başlayır

31-01-2024

Nar eşitmə məhdudiyyətli insanlara dəstək olur

31-05-2019

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görülüb

19-08-2025

Azərbaycanda həyata keçirilən sosial layihə beynəlxalq mükafat qazanıb

14-09-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə