Previous Next
Bağla

Covid-19 tətbiqi adı altında Android cəsus proqramı yayılıb

31-08-2020 12:28
Covid-19 tətbiqi adı altında Android cəsus proqramı yayılıb

Xeberler.az bildirir ki, Kaspersky, məşhur kiber cəsusluq qrupu olan Transparent Tribe-ın Hindistanda böyüklər üçün məzmun və Covid-19 tətbiqi adı altında yaydığı yeni bir Android implantını aşkara çıxarıb. Şirkət mütəxəssislərinin fikrincə, bu, Transparent Tribe-ın fəaliyyət sahəsinin genişlənməsindən və mobil istifadəçilərə yönəlmiş hazırkı kursundan xəbər verir.

İlk tətbiq, quraşdırıldıqda erotik videolar göstərən bir video pleyerdir. Digəri, Aarogya Setu isə Hindistan hökuməti yanında Milli İnformatika Mərkəzi tərəfindən hazırlanmış mobil COVID-19 izləmə proqramını təqlid edir.

Yüklədikdən sonra, hər iki tətbiq cihaza içində modifikasiya olunmuş AhMyth Android Remote Access Tool (RAT) - uzaqdan giriş üçün açıq mənbəli bir troyan olan Android paket quraşdırmağa çalışır çalışır. Qeyd etmək lazımdır ki, bu zərərli proqramın modifikasiya olunmuş versiyası standart versiyadan fərqlənir: məlumatların oğurlanması üçün daha inkişaf etmiş funksiyalara malikdir, lakin kameraya giriş istisna olunur. Digər hallarda o, təcavüzkarlara yoluxmuş cihazlarda çoxsaylı hərəkətlər etməyə imkan verir:

SMS mesajları oxumaq, zənglər jurnalına baxmaq, disklərdəki sənədləri manipulyasiya etmək, ekran görüntüləri yaratmaq, daxili mikrofon vasitəsilə danışıqları dinləmək və s.

“Bu fəaliyyət, Transparent Tribe-ın öz arsenalına hücumlar üçün daha geniş üfüqlər açan yeni alətlər əlavə etmək səylərini göstərir. Qrupun texnikalarını davamlı olaraq inkişaf etdirdiyini də görürük,” Kaspersky-nin Rusiya tədqiqat mərkəzinin rəhbəri Yuri Namestnikov deyib. “Belə bir vəziyyətdə istifadəçilər məzmun yüklədikləri mənbələri qiymətləndirərkən son dərəcə diqqətli olmalıdırlar. Bu, xüsusilə hədəfli bir hücumun qurbanı ola biləcəklərini bilənlərə aiddir."

Transpaent Tribe qrupu PROJECTM və MYTHIC LEOPARD kimi də tanınır. 2013-cü ildən bəri geniş miqyaslı kiber cəsusluq kampaniyaları aparır və 2016-cı ildən bəri Kaspersky tərəfindən izlənilir. Bu qrupla əlaqəli kompromis göstəriciləri, o cümlədən fayl xeşləri və C2 serverləri barədə ətraflı məlumat Kaspersky Threat Intelligence Portal-da mövcuddur.

Transparent Tribe-ın fəaliyyətləri haqqında daha çox məlumatı GReAT Ideas. Powered by SAS silsiləsindən olan, 26 avqustda baş tutacaq yeni onlayn tədbirdə əldə edə bilərsiniz. Moskva vaxtı ilə 17.00-da başlayır. Tədbirin dili İngilis dilidir. Buradan qeydiyyatdan keçə bilərsiniz: https://kas.pr/v1oj .

Cihazları cəsus və zərərli proqramlardan qorumaq üçün Kaspersky tövsiyə edir:

1. cihazı mütəmadi olaraq yeniləyin və sistemi infeksiya üçün yoxlayın;

2. etibarlı təhlükəsizlik həlli quraşdırın; Məsələn, Android üçün Kaspersky Internet

Security təkcə müxtəlif növ zərərli proqramlardan qorumur, həm də cihazda bir izləmə proqramı aşkar edildikdə, bu barədə istifadəçiyə məlumat verir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020
Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021
Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

Kaspersky kibertəhlükəsizlik üzrə silsilə onlayn konfranslara başlayır

12-06-2020
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

Kaspersky Threat Intelligence-ə iki yeni xidmət əlavə edib

15-05-2020
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022
Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020
Gözlərinizlə kompüteri idarə edə biləcəksiniz

Gözlərinizlə kompüteri idarə edə biləcəksiniz

05-11-2013
Kaspersky Internet Security 2009 ən yüksək qiymətə layiq görülüb

Kaspersky Internet Security 2009 ən yüksək qiymətə layiq görülüb

10-12-2008
Kaspersky: Danışığınız qeydə alına bilər

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022
FinSpy messencerlərdəki yazışmaları oxuyur

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019
“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

“Kaspersky zərərli hədəf hücumlarına qarşı əks-mühəndislik tədbirləri üzrə onlayn kurs təqdim edir…”

19-04-2021
Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə