Previous Next
Bağla
REKLAM YERİ

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020 15:02
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky-nin COVID-19-un iş tərzinə təsiri ilə bağlı yeni bir araşdırmasına görə, uzaqdan işləmək rejiminə keçən işçilərin 73% -i hələ də rəqəmsal savadlılığı artırmaq üçün heç bir tövsiyə almayıb və onları kiber risklərdən qorumaq üçün hazırlanmış təlimlərdən keçməyib.

İndiki şəraitdə, şirkətlər üçün korporativ məlumat təhlükəsizliyini təmin etmək daha çətindir. Məsələn, respondentlərin 27% -i COVID-19-la əlaqəli fişinq məktubları aldıqlarını söyləyib. Kiber risklərin qarşısını almaq üçün təşkilatlar öz işçilərinə kiber təhlükəsizlik qaydaları haqqında təlim keçməlidirlər.

İş proseslərinin məhsuldarlığını və səmərəliliyini qorumaq və eyni zamanda işçilərin zəruri xidmətlərə təhlükəsiz girişini təmin etmək bugünlərdə biznes üçün çox vacibdir. Uzaqdan işləmək, korporativ istifadəçilərin boşluğu olan Wi-Fi nöqtələrinə bağlanması və ya işçi heyəti tərəfindən kölgə İT mənbələrindən istifadə edilməsi kimi problemlərə səbəb ola bilər.

Kaspersky-nin araşdırmasına görə, bir çox işçilər həqiqətən də şirkətlərin İT şöbələri tərəfindən təsdiqlənməyən onlayn xidmətlərdən istifadə etməyə başlayıblar. Söhbət sözdə kölgə İT-dən gedir: videokonfrans xidmətləri (70%), messencerlər (60%), faylların saxlanması üçün bulud xidmətləri (53%) və s.

"İndi həmişəki kimi işləməyə davam etmək çətindir, çünki demək olar ki, hər şey kəskin dəyişib. Şirkətlərin işçiləri evdən işləyərək yeni reallıqla barışırlar, İT komandaları və informasiya təhlükəsizliyi şöbələri iş proseslərinin təhlükəsizliyini təmin ediərək təzyiq altındadırlar. Kiber insidentlər yalnız cari tapşırıqları çətinləşdirə bilər, buna görə də ayıq olmaq və uzaqdan işin təhlükəsizliyini təmin etmək vacibdir,” Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky, təşkilatlara kiber təhlükəsizliyi təmin etmək üçün aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

işçilərinizin İT və ya kiber təhlükəsizliklə bağlı problemləri olduqda kiminlə əlaqə quracağını bildiyinə əmin olun. Şəxsi cihazlarla işləmək məcburiyyətində olanlara xüsusi diqqət yetirin: onlara xüsusi təhlükəsizlik tövsiyələri verin və müvafiq siyasət təqdim edin;

işçilərin onlayn, o cümlədən rəqəmsal savadlarını artırmaq üçün təlimlər planlaşdırın. Bu, onlara hesablarını və şifrələrini idarə etməyi, e-poçt və son cihazların təhlükəsizliyini təmin etməyi öyrədir. Bu məqsədlər üçün, Kaspersky və Area9 Liseyi "Həyatda və işdə pandemiya zamanı təhlükəsizlik" adlı pulsuz onlayn kurs hazırlayıb;

parol təyin etmək, iş cihazlarını şifrələmək və məlumatların ehtiyat nüsxəsini hazırlamaq da daxil olmaqla korporativ məlumatları və cihazları qorumaq üçün vacib tədbirlər görün;

cihazların, proqramların, tətbiqlərin və xidmətlərin mütəmadi olaraq yeniləndiyinən əmin olun;

Kaspersky Endpoint Security Cloud kimi sübut olunmuş təhlükəsizlik proqramını mobil cihaz daxil olmaqla, bütün son cihazlara quraşdırın. Bu, iş məqsədləri üçün yalnız təsdiq edilmiş onlayn xidmətlərin istifadə olunmasını təmin edəcəkdir.

Koronavirus pandemiyasının insanların işinə təsiri barədə hesabatın tam versiyası ilə burada tanış ola bilərsiniz: https://www.kaspersky.ru/blog/report-covid-wfh/28391/

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020

Kaspersky 2021-ci il üçün korporativ təhlükəsizlik trendləri haqqında danışır

29-01-2021

Kaspersky: sənayedə ağıllı cihazların yayılması kiber müdafiəyə yanaşmanı dəyişəcək

24-12-2020

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

«Kaspersky» təşkilatlara məsafədən iş rejiminə keçidlə bağlı xəbərdarlıq edir

19-03-2020

Kaspersky yeni təlim proqramına start verir

21-05-2020

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021

Kaspersky yenidən son cihazların müdafiəsi üçün ən yaxşı həll istehsalçılarından biridir

22-06-2022

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021

“Kaspersky” yayın sonuna kimi kiçik sahibkarlar üçün ödənişsiz olacaq

21-04-2020

Kiber insidentlər nəticəsində böyük şirkətlər 1.4 milyon ABŞ dollar itirib

13-10-2021

Sənaye şirkətlərinin bəziləri kiber hücumları gizli saxlayır

22-11-2019

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

13-06-2019

Kaspersky: sahibkarlar ləğv edilmiş xərcləri bərpa etməyə hazırdır

07-12-2021

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky-in nümayəndəsi: Kiber təhlükəsizliyin tam təmin edilməsinə dair fərdi həllər təklif edirik

29-04-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə