Previous Next
Bağla

Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

26-09-2019 13:24
Kaspersky Lab yeni casus proqramı aşkarlayıb

Xeberler.az bildirir ki, “Kaspersky Lab” Hindistanın maliyyə qurumları və araşdırma mərkəzlərinin şəbəkələrində “Lazarus” kiber dəstəsi tərəfindən hazırlanmış yeni casus proqram təminatını aşkarlayıb. Uzaqdan idarəetmə vasitəsi “Dtrack” adlanır. Onun köməyi ilə cinayətkarlar yoluxmuş cihazı tam idarə edir, fayllar yükləyir və pozur, klaviatura toxunuşlarını qeyd edir, brauzerin tarixçəsini oxuyur və digər zərərli hərəkətlər edirlər. “Dtrack”ın qurbanına, əsasən pis qorunan, zəif şəbəkə təhlükəsizliyi siyasəti və şifrələrindən istifadə edən, trafikə nəzarət etməyən şirkətlər çevrilir.

“Dtrack” 2018-ci ildə - “Kaspersky Lab” şirkətinin mütəxəssisləri tərəfindən bank kartı məlumatlarını oğurlamaq üçün Hindistan ATM-lərinə tətbiq edilən “ATMDtrack” adlı zərərli proqram aşkar olunduqdan sonra öyrənilməyə başlanılıb.

“Kaspersky Attribution Engine” atribusiyasının və digər vasitələrin istifadə edildiyi əlavə bir araşdırma zamanı “ATMDtrack”a bənzər kod ardıcıllığı ilə, lakin bankomatlar üçün nəzərdə tutulmayan casus proqramı kimi işləyən 180-dən çox yeni zərərli nümunə aşkar olundu. İndi bu proqramlar “Dtrack” kimi tanınırlar. Bu alətlər təkcə bir-birlərinə deyil, hətta 2013-cü ildə “DarkSeoul” kampaniyası zamanı istifadə olunan alətlərə də bənzəyirdilər.

“Dtrack” hazırda aktiv şəkildə fəaliyyət göstərir və kiber hücumlar üçün istifadə olunmaqda davam edir. “Kaspersky Lab” məhsulları onun fəaliyyətini uğurla aşkarlayır və fəaliyyətini əngəlləyir.

Lazarus olduqca qeyri-adi kiber qruplaşmadır. Onun fəaliyyətinin əsas növü kiber casusluqdur, lakin o, ümumiyyətlə belə qruplar üçün xarakterik olmayan pulu birbaşa oğurlamağa yönəlmiş hücumların aparılmasında da özünü göstərir. Tərəfimizdən tapılan bir çox “Dtrack” nümunəsi “Lazarus”un APT qrupları arasında ən fəal zərərli proqram təminatçılarından biri olduğunu göstərir. Bütün təşkilatların və tədqiqat mərkəzlərinin nəzərinə çatdırırıq ki, onlar APT qrupları tərəfindən hədəfə alına bilərlər və bunun qarşısını almaq üçün etibarlı qorunma sistemi qurmağı tövsiyə edirik,- deyə “Kaspersky Lab” şirkətinin anti-virus mütəxəssisi Konstantin Zıkov deyib.

“Dtrack RAT” kimi zərərli proqramların korporativ şəbəkəyə daxil olmasının qarşısını almaq üçün “Kaspersky Lab” bunları məsləhət görür:
Trafikin izlənməsi üçün xüsusi həllərdən istifadə edin, məsələn, “Kaspersky Anti Targeted Attack Platform”;

Davranış təhlili əsasında aşkarlama texnologiyalarını əhatə edən etibarlı təhlükəsizlik həlləri quraşdırın, məsələn, “Kaspersky Endpoint Security”;

Mütəmadi olaraq korporativ İT infrastrukturu təhlükəsizliyinin auditini aparın, həmçinin işçilər üçün kiber təhlükəsizlik treninqləri təşkil edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

Kaspersky Lab Azərbaycanla bağlı təqdimat keçirəcək

15-10-2019
Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

Kaspersky Lab enerji sektorunun üzləşdiyi təhlükələri araşdırıb

11-10-2019
Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019
Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020
Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

Kaspersky Windows dispetçer pəncərəsində eksployt aşkarlayıb

27-04-2021
Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

Covid-19 vaksini hazırlayan şirkətlərə qarşı kiber hücumlar edilib

29-12-2020
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

Kaspersky: Casus proqramları və zərərli skript hücumlarının sayı artıb

13-09-2021
Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020
Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020
Kaspersky Lab Bakıda tədbir keçirəcək

Kaspersky Lab Bakıda tədbir keçirəcək

28-02-2017
Kasperski Lab  top 100-lüyə daxil olub

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

“Kaspersky Lab” “Google Play”də zərərli proqram tapıb

28-06-2019
Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

Kaspersky Lab şirkəti Kaspersky Security xəttini tamamlayıb

01-08-2019
Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

Azərbaycanda 20 faiz istifadəçi internet təhdidləri ilə üzləşib

30-05-2019
Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

Kaspersky: Mürəkkəb hədəf hücumlarının sayı artıb!

03-08-2021
“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

Kibertəhlükələrlə ən çox Azərbaycan istifadəçiləri üzləşib

26-01-2017
70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

70 mindən çox istifadəçi zərərli proqram təminatlarının hücumuna məruz qalıb

08-06-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə