Previous Next
Bağla

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022 12:05
Kaspersky: Danışığınız qeydə alına bilər

Bank troyanları getdikcə daha da təkmilləşir. Kaspersky mütəxəssisləri tərəfindən aşkar edilən və “Fakecall” adı verilən həmin troyanlardan biri istifadəçilərin maliyyə təşkilatlarına zənglərini dinləyə bilir. Zərərli proqram Cənubi Koreyanın tanınmış banklarının bank tətbiqlərini təqlid edir. Onun köməyilə təcavüzkarlar maliyyə təşkilatının əməkdaşları adı altında qurbanlardan ödəniş məlumatları və ya digər məxfi məlumatları əldə etməyə cəhd edirlər.

Xeberler.az bildirir ki, müştəri bankın qaynar xəttinə zəng vurduqda, troyan saxta zəng ekranını açır və sonra hadisələr iki ssenaridən birinə uyğun olaraq inkişaf edir. Birincisi: Fakecalls qurbanı birbaşa özünü bank əməkdaşı kimi təqdim edən təcavüzkarla əlaqələndirir. İkincisi: əlaqə yaradıldığı müddətdə troyan Koreya dilində qısa audio yazılar səsləndirir. Səs yazısı, məsələn, bu cür ola bilər: “Salam, bankımıza zəng etdiyiniz üçün təşəkkür edirik. Çağrı mərkəzimiz çoxsaylı zənglər səbəbindən məşğuldur. Məsləhətçi ilk imkanda sizinlə əlaqə yaradacaq.” Bu, təcavüzkarlara qurbanların inamını qazanmağa və sonrakı söhbət əsnasında onlardan dəyərli məlumatları, o cümlədən, bank hesabı rekvizitlərini almağa imkan verir.

Cihaza quraşdırıldıqdan sonra Fakecalls proqramı kontaktlar, mikrofon, kamera və geolokasiyaya giriş, həmçinin zənglərə nəzarət kimi bir çox icazə tələb edir. Onların köməyi ilə zərərli proqram, məsələn, gerçək bank nümayəndəsi müştəri ilə əlaqə saxlamağa cəh edərsə, daxil olan zəngləri buraxa və onları cihazdakı zəng tarixçəsindən silə bilər.

Təcavüzkarlar gerçək bank loqolarından istifadə edir və bankların rəsmi saytlarındakı ilə üst-üstə düşən real dəstək xidməti nömrələri göstərirlər. Bununla belə, Fakecalls müəllifləri nəzərə almayıblar ki, müxtəlif bank müştəriləri, məsələn, Koreya dili əvəzinə İngilis dili kimi fərqli interfeys dillərindən istifadə edə bilərlər. Troyanın ekranı yalnız Koreya versiyasını göstərir və müvafiq olaraq bəzi istifadəçilər tələni anlaya bilir.

“Müştərilər birbaşa bankın dəstək xidmətinə zəng edən zaman nadir hallarda bir hiylənin olacağını gözləyirlər və Fakecalls müəllifləri oyunu məhz bunun üzərində qurur. Tövsiyə edirik ki, yeni proqramları yükləyərkən onların hansı icazələri tələb etdiyini diqqətlə yoxlayın. Əgər proqram zənglərin emalı da daxil olmaqla, cihaz idarəçiliyinə həddən artıq giriş əldə etməyə çalışırsa, onun bank troyanı olması ehtimalı var”, - deyə Kaspersky-nin kibertəhlükəsizlik mütəxəssisi İqor Qolovin qeyd edib.

Bu cür zərərli proqramların qurbanına çevrilmək riskini azaltmaq üçün Kaspersky tövsiyə edir:

• proqramları yalnız rəsmi mağazalardan yükləyin: onlar proqramların təhlükəsizliyini yoxlayırlar;

• proqramların hansı icazələri tələb etdiyinə diqqət yetirin və bu icazələrin cihazın düzgün işləməsi üçün həqiqətən lazım olub-olmadığını yoxlayın;

• məxfi məlumatı heç vaxt telefonla açıqlamayın. Gerçək bank işçiləri heç vaxt telefon danışığı zamanı sizdən loqin və parolunuzu, PİN, CVC/CVV şifrəni və ya SMS-dən gələn şifrələri bildirməyi tələb etmir;

• mobil cihazlar da daxil olmaqla, bütün cihazlarınızda etibarlı təhlükəsizlik həlli quraşdırın.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

Kaspersky: WhatsApp-la Triada troyanı yayılır

25-08-2021
Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

Kaspersky Azərbaycanda Android istifadəçilərinə olunan hücümları araşdırıb

25-07-2022
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Bank troyanları 430 min istifadəçiyə hücum edib

Bank troyanları 430 min istifadəçiyə hücum edib

08-08-2019
Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020
Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

Kaspersky kütləvi zərərli poçt göndərişləri aşkarlayıb

04-05-2022
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

Kaspersky bank troyanı QakBot-un yeni versiyasına yoluxmalarda artım qeydə alıb

03-09-2021
Mobil bank troyanların kəskin artması aşkar edilib

Mobil bank troyanların kəskin artması aşkar edilib

10-08-2018
FinSpy messencerlərdəki yazışmaları oxuyur

FinSpy messencerlərdəki yazışmaları oxuyur

25-07-2019
Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

Azərbaycan zərərli hücuma məruz qalan istifadəçilərin sayına görə 7-ci yeri tutub

03-06-2022
Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

Hakerlər hansı login və şifrə kombinasiyasından istifadə edir?

19-12-2022
Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə