Previous Next
Bağla

Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

10-11-2022 22:42
 Daha bir qurum İT resurslarını “Hökumət buludu”na köçürür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 2019-cu il 03 iyun tarixli 718 nömrəli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) informasiya sistemləri və resurslarının “Hökumət buludu”na miqrasiyası nəzərdə tutulur.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Xeberler.az-a verilən məlumata görə, bu keçid prosesi ilə bağlı 2022-ci il 11 noyabr saat 19:00-dan 14 noyabr saat 00:00-dək Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına onlayn bilet satışı texniki səbəblərdən dayandırılacaq. Qeyd olunan tarixlər üçün öncədən alınmış onlayn biletlər qüvvədə qalacaq və sərnişinlər həmin biletlə səyahət edə biləcəklər.

Sözügedən tarixlərdə biletlərin satışı yalnız dəmir yolu stansiyalarının bilet satışı kassalarında həyata keçiriləcəkdir. Kassalarda biletlərə dair ödənişin nağd, eyni zamanda nağdsız qaydada aparılması mümkündür.

Onlayn şəkildə alınmış biletlərin həmin tarixlərdə geri qaytarılması yalnız bilet satışı kassalarında (Bakı sərnişin, Biləcəri, Yevlax, Goran, Gəncə stansiyalarında) həyata keçirilə bilər. Biletlərin geri qaytarılması ilə əlaqədar biletlə bağlı ödənilmiş məbləğ onlayn bilet satışı bərpa olunduqdan sonra müəyyən olunmuş müddət ərzində sərnişinin ödənişi həyata keçirdiyi bank hesabına köçürüləcək.

Bu müddət ərzində Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara bilet satışında hər hansı məhdudiyyət olmayacaq.

ADY-nin informasiya resurslarının təkmilləşdirilməsi ilə əlaqədar ADY-nin “1822-Əlaqə Mərkəzi”nin işində də fasilələrin yaranması ehtimal edilir. Bu baxımdan sərnişinlər və dəmir yolu nəqliyyatından istifadə etmək istəyən şəxslər sualları və çətinlikləri ilə bağlı (012) 499 45 15 telefon nömrəsinə zəng edə bilərlər.

Qeyd edək ki, informasiya resurslarının və ehtiyatlarının “Hökumət buludu”na keçidi ilə informasiya texnologiyaları sahəsində xərclərin azalmasına, məhsuldarlığının artırılması ilə bərabər bu sistemlərin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı infrastrukturun formalaşdırılmasına, operativ koordinasiya və daimi monitorinqin təşkilinə nail olunacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

Bakı-Gəncə qatarına onlayn bilet satışı müvəqqəti dayandırılacaq

10-11-2022
Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

Şimal bölgəsində də qatarlara bilet kompüterlərlə satılacaq

31-03-2009
 Dəmir Yolunda onlayn bilet   satışı bərpa olundu

Dəmir Yolunda onlayn bilet satışı bərpa olundu

29-01-2016
Onlayn bilet satışı sistemində problemlər yaranıb

Onlayn bilet satışı sistemində problemlər yaranıb

09-12-2015
 Elektron bilet satışı ləğv olunmayıb - Rəsmi açıqlama

Elektron bilet satışı ləğv olunmayıb - Rəsmi açıqlama

08-02-2016
“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

“Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb

02-04-2024
AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

AHİK İT sistemlərini “Hökumət buludu”na köçürüb

17-06-2025
Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

Elm və Təhsil Nazirliyi İT resurslarını “Hökumət buludu”na köçürüb

07-11-2024
“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

“AzerGold” İT sistemlərini “Hökumət buludu”na köçürüb

30-05-2025
ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

ADY "SİMA Pay" – üztanıma ilə ödəniş sisteminin tətbiqinə başlayıb

15-05-2026
MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

MEDİA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb

29-02-2024
“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

“Azərişıq” İT resurslarını “Hökumət buludu”na köçürür

27-12-2022
Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb

25-02-2025
Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

Azərbaycan Turizm Bürosu İT sistemlərini “Hökumət buludu”na köçürüb

18-10-2024
Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Milli Depozit Mərkəzi İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-11-2024
"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

"Azərbaycan Dəmir Yolları" mobil tətbiqini istifadəyə verib

20-10-2023
KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

KOBİA İT sistemlərini “Hökumət buludu”na köçürüb

05-02-2025
ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

ADY bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

05-06-2025
Onlayn bilet satışında nə problem var?

Onlayn bilet satışında nə problem var?

22-12-2015
Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

Hər iki istiqamətə onlayn bilet satışı mümkün olacaq

22-06-2018
Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

Əqli Mülkiyyət Agentliyi İT sistemlərini “Hökumət buludu”na köçürüb

19-05-2025
“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

“Azər Türk Bank” informasiya sistemlərini “Hökumət buludu”na köçürür

17-10-2022
FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

FHN İT resurslarını qismən “Hökumət buludu”na köçürüb

21-12-2023
Onlayn bileti əldə etmək üçün kassaya getməlisiniz - Problem

Onlayn bileti əldə etmək üçün kassaya getməlisiniz - Problem

27-03-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə