Previous Next
Bağla

Daşınmaz əmlaka dair elektron çıxarışlar blockchain üzərindən verilə bilər

23-09-2019 15:52
Daşınmaz əmlaka dair elektron çıxarışlar blockchain üzərindən verilə bilər

Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz əmlaka dair elektron çıxarışların təqdim edilmə xidmətinin “blockchain” texnologiyası üzərindən təşkil edilməsi təklif olunub.

Xeberler.az bildirir ki, bunu “Lenovo Datacenter Group”un Azərbaycandakı rəhbəri Rasim Bəxşi deyib.

Onun sözlərinə görə, “blockchain” texnologiyasının tətbiqi vətəndaşlara əldə olunan sənədlə onlara lazım olan əməliyyatların aparmasına imkan yaradacaq.

“Bildiyiniz kimi, Komitə tərəfindən elektron çıxarış xidməti təşkil olunub və bu sənəd artıq kağız daşıyıcıda deyil, elektron qaydada təqdim olunur. Təklif var ki, bu əməliyyatlar “blockchain” üzərinə keçirilsin. Hələ ki, bu, sadəcə elektron şəkildə olduğu üçün bəzi məhdudiyyətlər var. Yəni, sənəd elektron şəkildə var, amma onunla lazım olan əməliyyatları aparmaq mümkün deyil. Məsələn, notarial qaydada alqı-satqı əməliyyatları, hansıları ki, “blockchain” üzərindən aparmaq mümkündür. Hələlik bu məsələ müzakirə predmetidir və biz tərəfdən təklif olaraq irəli sürülüb”, - deyə R. Bəxşi qeyd edib.

Ekspertin fikrincə, dövlət təşkilatlarının bir çox xidməti elektronlaşdırdığına baxmayaraq,  bu, onların effektivliyinin və digər sistemlərlə qarşılıqlı əlaqədə olmasının göstəricisi deyil.

“Məsələn, Rusiyada notarial qaydada alqı-satqı əməliyyatlarının aparılmasını “blockchain” tətbiq etmədən rəqəmsallaşdırdılar və nəticədə bəzi dələduzluq halları üzə çıxdı. Belə ki, dələduzlar özgə elektron imzalardan istifadə etməklə vətəndaşların adına olan daşınmaz əmlaka dair müxtəlif əməliyyatlar aparırdılar. Azərbaycanda da belə oxşar halların baş verməsi istisna deyil. Misal olaraq deyim ki, bir vətəndaş digər vətəndaşın fərdi identifikasiya kodundan istifadə edərək qeydiyyatdan keçə bilər. Belə olan halda qanuni tərəf təkrar qeydiyyatdan keçə bilməz, çünki FİN kodla bu əməliyyatı yalnız bir dəfə aparmaq olar. Bərpa etmək üçün isə yalnız xidməti göstərən təşkilata birbaşa müraciət etmək gərəkdir. Əfsus ki, bir çox sistemlərdə belə boşluqlar mövcuddur”, - deyə R. Bəxşi əlavə edib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Daşınmaz əmlaka dair çıxarışlar yalnız elektron qaydada veriləcək

10-04-2019

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Telejurnalist 50 mininci elektron çıxarış sahibi oldu

24-07-2019

Ədliyyə Nazirliyi blockchain texnologiyasının tətbiqinə hazırlaşır

23-10-2018

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tam elektronlaşıb

07-09-2015

Sənədlərinizi onlayn yoxlayın

10-05-2018

Elektron çıxarışların tətbiqinə başlanıldı-Yenilik

31-05-2017

Daşınmaz əmlakın dövlət reyestrindən elektron çıxarışın məzmunu təsdiq edilib

20-08-2020

Rusiyada universitetlər Blockchain təhsili verəcək

17-07-2018

Ekspert daşınmaz əmlakla bağlı elektron çıxarışlardan danışdı

12-04-2019

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Təşkilatların təklif etdiyi İT həllər bəzi hallarda ölkə qanunvericiliyinə ziddir

23-09-2019

AMB blockchain əsaslı sistemin yaradılması üçün podratçıları müəyyən edib

03-08-2018

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

"Daşınmaz əmlakın mövcudluğu barədə arayışın alınması" elektron xidməti istifadəyə verilib

02-06-2021

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

Daşınmaz əmlak çıxarışları elektron qaydada veriləcək

16-04-2019

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə