Previous Next
Bağla

Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

27-02-2019 10:39
Mənzillərin qiymətini onlayn öyrənmək mümkün olacaq

Hər kəs müxtəlif ərazilər üzrə mənzil qiymətlərini elektron formada öyrənə bilər. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaradılan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” adlı xidmət ilə evlərin təqribi bazar qiyməti barədə məlumat əldə etmək mümkündür. Sadə və rahat formada istifadə imkanı vətəndaşların əlavə ünvanlara müraciət etmədən onlayn formada xidmətdən yararlanmasına şərait yaradır.

Xeberler.az  bildirir ki, mənzil qiymətləri ilə maraqlanan şəxslər Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 9-cu elektron xidmət olan “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. İstifadəçi xidmət pəncərəsində əmlakın yerləşdiyi region, qəsəbə və küçə adlarını qeyd etməlidir. Xidmət vasitəsilə mənzillərin fərqli vaxt aralığındakı bazar qiymətlərini də öyrənmək mümkündür. Müvafiq tarixlərin bölməyə daxil edilməsi ilə vətəndaş seçdiyi ərazi üzrə mənzillərin satış qiymətlərini ona lazım olan vaxt intervalına uyğun öyrənə bilər. Xidmətdən
istifadə nəticəsində vətəndaş seçdiyi ünvandakı mənzillərin tikilmə illəri, satış tarixləri və müqavilə qiymətləri ilə bağlı məlumat əldə edir. Eyni zamanda müvafiq ünvan üzrə əldə olunan nəticələrdə evlərin sahəsi və otaq sayları barədə məlumat da mövcuddur.

Elektron xidmət alıcıların və ev sahiblərinin işini sadələşdirir. Belə ki, seçimlərə uyğun ərazidəki evlərin təqribi qiymətlərini öyrənmək üçün əlavə vaxt itirməyə ehtiyac qalmır. Mənzillərin bazar dəyərlərinin əvvəlcədən öyrənilməsi alqı-satqı zamanı vətəndaşın yanlış məlumatlandırılmasının eləcə də, yarana biləcək digər problemlərin qarşısını alır. Bu barədə məlumatlı vətəndaş şəxsi büdcəsini öncədən planlaşdırır, maliyyə resursuna uyğun mənzili rahatlıqla seçə bilir.

Bundan başqa, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fiziki və hüquqi şəxslərə bütün növ daşınmaz əmlakların qiymətləndirilməsi xidmətləri də göstərilir. Bu sahədə işlər nüfuzlu beynəlxalq qiymətləndirmə təlimlərində iştirak etmiş və beynəlxalq sertifikatlara sahib peşəkar mütəxəssislər tərəfindən aparılır. Qiymətləndirmə xidmətləri milli və beynəlxalq standartların tələbinə uyğun formada aparılır. Xidmət göstərilməsində informasiya bazası Bazar Məlumatları Bankıdır. Bu baza bütün ölkə ərazisində rəsmi dövriyyədən keçmiş (notarial qaydada təsdiq edilən alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində rəsmi qeydiyyatdan keçmiş) daşınmaz əmlaklar barədəməlumatları özündə əks etdirir. Qiymətləndirmə xidmətlərindən istifadə etmək üçün Əmlak Xidmətləri Məkanına və ya Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət etmək kifayətdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Portala daha 3 e- xidmət əlavə olundu

22-09-2017

Yeni binada mənzil alanlar çıxarışın mövcudluğunu onlayn öyrənə bilərlər

08-02-2019

Mənzil almaq istəyənlərə şad xəbər

27-09-2017

Daşınmaz əmlakın onlayn rəsmiləşdirilməsinə başlanıb

17-11-2015

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Ədliyyə Nazirliyi süni intellekt əsaslı xidmət istifadəyə verib

30-09-2025

Hazır çıxarışların siyahısını internetdən öyrənmək mümkündür

11-09-2019

Uzufruktun dövlət qeydiyyatına alınması və ləğvi necə aparılır?

01-04-2019

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Daşınmaz əmlakla bağlı məlumatın verilməsi necə həyata keçirilir?

15-03-2019

Daşınmaz əmlak obyektlərinə ünvan verilməsi necə aparılır?

11-04-2019

Bu e-xidmətlərdən 600 minə yaxın istifadə edilib

19-10-2017

Daşınmaz əmlakın lizinqinin qeydiyyatı - belə həyata keçirilir

03-04-2019

Vətəndaşlar kadastrla bağlı xidmət haqqını və dövlət rüsumunu Kadastr kalkulyatoru ilə öyrənə bilər

30-01-2019

Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018

Daşınmaz əmlakın təkrar qeydiyyatı prosesi tam elektronlaşıb

07-09-2015

Evlərin kirayəsi və satışı milli saytlarımızda

09-09-2015

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Dövlət əmlakının qeydiyyat vərəqəsinin qəbulu elektronlaşdırıldı

28-03-2019

Daşınmaz əmlakla bağlı SMS xidmətləri istifadəyə verilib

10-03-2015

Azərbaycanda ipotekanın dövlət qeydiyyatına alınması və ləğvi proseduru elektronlaşdırılıb

26-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə