“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik ediləcək

07-04-2023 / 15:33

Milli Məclis “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təsdiqlənib.

Xeberler.az məlumat verir ki, qanun layihəsi parlamentin aprelin 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna və Şəhərsalma və Tikinti Məcəlləsinə təklif olunan dəyişikliklərə əsasən 2023-cü il martın 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilməsi üçün onların etibarlılıq və təhlükəsizlik tələblərinə uyğunluğu müayinə ediləcək, daha sonra aparılmış müayinələrin nəticəsinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi məsələsinə baxılacaq. Qeyd olunan sənədlərin (tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd) mövcudluğu isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı (reyestrdən çıxarışın verilməsi) üçün əsas yaradacaqdır.

İstismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları və qaydası qanun qəbul olunduqdan sonra təsdiq ediləcək qaydalarla müəyyən ediləcək.

Qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə