“TIER III beynəlxalq sertifikatlı müasir dünya standartlarına cavab verən yeni yaradılmış "bulud” texnologiyası əsasında regionda ilk olan Data Mərkəzi artıq istismara tam hazırdır”.
Xeberler.az-ın məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Bakutel-də Ümumdünya Poçt İttifaqının (ÜPİ) Baş katibi Bişar Hüseynə məlumat verərkən bildirib.
Onun sözlərinə görə, Data Mərkəzi Azərbaycanda İKT sahəsinin inkişafını, həm də ölkənin informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasını sürətləndirəcək, innovasiyaya şərait yaradacaq və dövrümüzün ən müasir texnologiyası hesab olunan “bulud” texnologiyalarının dövlət və özəl sektora inteqrasiyasına təkan verəcək.
Digər stendlərlə tanışlıq zamanı bildirilib ki, yeni yaradılan “Şəbəkə” xidməti vasitəsilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilən bütün xidmətlərin vahid mərkəzdən göstərilməsi planlaşdırılır ki, bununla da əhalinin telekommunikasiya, internet, poçt və digər rabitə xidmətlərindən istifadəsinə geniş imkanlar yaradılacaq, həmin xidmətlərdən istifadə zamanı vaxt itkisinin qarşısı alınacaq.
Sonra innovativ ideyalara, intellektual sahibkarlıq subyektlərinə və startapçılara göstərilən dəstək və yaradılan şərait barədə məlumat verilib.
Azərkosmos ASC-nin stendi ilə tanışlıq zamanı məlumat verilib ki, ölkəmizin ilk telekommunikasiya peyki olan Azerspace-1 üzərindən 44 televiziya və 14 radio kanalı yayımlanır.
Yer səthinin məsafədən müşahidə peyki olan Azersky təsvirlərin daha sürətli və etibarlı şəkildə birbaşa alınmasını mümkün edib. Bildirilib ki, ikinci telekommunikasiya peyki Azerspace-2-nin SSL şirkəti tərəfindən istehsalı və Ariannespace şirkəti tərəfindən orbitə çıxarılması üzrə müqavilələr imzalanıb.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri