Previous Next
Bağla

Ağıllı corab yaradılıb

18-03-2016 18:14
Ağıllı corab yaradılıb

İsrail alimləri diabetdən əziyyət çəkən insanlar üçün ağıllı corab icad ediblər. Qurğu smartfonlar üçün mobil əlavənin idarəetməsi ilə işləyir və diabetik neyropatiyanın (şəkər xəstələrinin ayağının alt pəncəsində yaraların inkişafı ilə əlaqədar sinirlərin pozulma növü) tez-tez səbəb olduğu əl-ayağın amputasiyası təhlükəsini aradan qaldırmağa kömək edir.

Xeberler.az ict.az-a istinadən məlumat  verir ki,  şəkər xəstəliyi diaqnozunun qoyulduğu insanlar tədricən əl-ayağın amputasiyasının səbəb ola biləcək yaranın əmələ gəlməsini diqqətlə izləməlidirlər. Lakin yaralara yalnız yaranma vaxtı diaqnoz qoyulur ki, bu da sağalma prosesini çətinləşdirir.

Bu məqsədlə İsrail alimləri tərkibində çox sayda mikroskopik təzyiq sensorlarının olduğu corab kəşf ediblər. Sensorlar real vaxt rejimində təzyiqin və ayağın vəziyyətinin dəyişməsinə reaksiya verərək bu barədə məlumatları dərhal smartfona ötürür. Bu, yaraların yaranması barədə xəbərdarlıq etməyə və diabetik neyropatiyanın inkişaf təhlükəsini azaltmağa imkan verəcək.

“Xəstələrə və onların ailələrinə yaraların inkişafının qarşısını almaq üçün lazım olan alətləri təqdim etməklə şəkərli diabetlə əlaqədar səhiyyə xərclərini xeyli azalda bilərik”, – deyə Biodesign proqramının direktoru Yaakov Nahmias bildirib.

 Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Diabet xəstələri üçün yeni plastır yaradılıb

Diabet xəstələri üçün yeni plastır yaradılıb

17-03-2016
Mobil telefonlar naqilsiz enerji yığacaq

Mobil telefonlar naqilsiz enerji yığacaq

22-07-2019
“Ağıllı” plastırlar hazırlandı

“Ağıllı” plastırlar hazırlandı

27-04-2015
“Google” İsrail və Qəzza zolağında yol hərəkəti trafikini söndürüb

“Google” İsrail və Qəzza zolağında yol hərəkəti trafikini söndürüb

24-10-2023
İsrail alimləri kompüter-nəğmə müəllimini yaradıblar

İsrail alimləri kompüter-nəğmə müəllimini yaradıblar

07-07-2008
Ağıllı bint hazırlanıb

Ağıllı bint hazırlanıb

18-04-2017
Yuxusuzluq ilə mübarizə üçün mobil əlavə hazırlanıb

Yuxusuzluq ilə mübarizə üçün mobil əlavə hazırlanıb

28-09-2015
Görmə qüsurlu insanlar üçün smart eynək yaradılıb

Görmə qüsurlu insanlar üçün smart eynək yaradılıb

04-11-2013
Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

19-02-2025
Orqanların vəziyyətini dəqiq müayinə edən sensor yaradılıb

Orqanların vəziyyətini dəqiq müayinə edən sensor yaradılıb

21-01-2016
İnsanlar uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

İnsanlar uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

29-05-2015
5 ən qeyri-adi ağıllı qurğu

5 ən qeyri-adi ağıllı qurğu

23-07-2015
Visa və MasterCard kiberfırıldaqçılıqla mübarizəyə başlayır

Visa və MasterCard kiberfırıldaqçılıqla mübarizəyə başlayır

17-10-2015
Beyinə implant edilən mikronasos epilepsiya xəstəliyini müalicə edəcək

Beyinə implant edilən mikronasos epilepsiya xəstəliyini müalicə edəcək

05-05-2015
Göz xəstəliklərini müəyyən edən tətbiq yaradıldı

Göz xəstəliklərini müəyyən edən tətbiq yaradıldı

01-06-2015
Yaponiyada insan orqanlarının surətlərinin ucuz 3D çapı hazırlanıb

Yaponiyada insan orqanlarının surətlərinin ucuz 3D çapı hazırlanıb

11-07-2015
Dünyanın ən sürətli enerjiyığıcısı

Dünyanın ən sürətli enerjiyığıcısı

17-03-2009
Gözdən əlil insanlar üçün ağıllı saat istehsal edilib

Gözdən əlil insanlar üçün ağıllı saat istehsal edilib

04-08-2015
Səsin emosional çalarlarını müəyyən edən qurğu

Səsin emosional çalarlarını müəyyən edən qurğu

14-02-2017
DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

DİN: Sosial şəbəkələrdə cəlbedici reklamlara qarşı diqqətli olun

28-04-2026
“Ağıllı” divar kağızları zəng etməyə imkan verəcək

“Ağıllı” divar kağızları zəng etməyə imkan verəcək

27-04-2015
Süni intellekt ürək xəstələrinin ömrünü uzadacaq

Süni intellekt ürək xəstələrinin ömrünü uzadacaq

27-10-2024
Planşetə çevrilən ağıllı saat icad olunub

Planşetə çevrilən ağıllı saat icad olunub

09-07-2019
Qulaqlıq real vaxt rejimində nitqi tərcümə edir-Video

Qulaqlıq real vaxt rejimində nitqi tərcümə edir-Video

19-05-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə