İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə nüfuzlu beynəlxalq təşkilat olan "StrategEast"in birgə əməkdaşlığı və “Oracle” Universitetinin tərəfdaşlığı ilə həyata keçirilən ödənişsiz “Digital LevelUP” proqramının üçüncü dalğasına start verilir.
Xeberler.az bildirir ki, sözügedən proqram “Data Science”, “DevOps” və “Data Analytics” olmaqla 3 təlim istiqamətində 4 ay davam edəcək. Hər dalğa üzrə ən az 70 məzun olmaqla, ümumilikdə, 200-ə yaxın iştirakçının proqramda iştirakı nəzərdə tutulur. Tədris prosesi canlı, onlayn sessiyalar və “özüöyrənmə” (“self-learning”) metodu əsasında təşkil olunacaq.
Proqrama kompüter elmləri, kompüter mühəndisliyi, informasiya texnologiyaları, informasiya təhlükəsizliyi, data analitikası sahələrində baza biliklərə və ingilis dili üzrə funksional anlayış və ünsiyyət bacarığına malik bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr müraciət edə bilərlər.
Bütün təhsil xərcləri İRİA tərəfindən ödəniləcək bu proqramda tələbələr “OCI Foundation Associate”, “Oracle Data Platform Foundations Associate”, “OCI AI Foundations Associate” kimi beynəlxalq sertifikat imtahanlarına giriş imkanı qazanacaq, həmçinin rəqəmsal transformasiya sahəsində qlobal standartlara uyğun bilik və bacarıqlarla əmək bazarında rəqabət üstünlüyü əldə edəcəklər.
Qeyd edək ki, proqram müddətində fəallığı və yüksək nəticələri ilə fərqlənən iştirakçılara əlavə olaraq dəyəri 250 ABŞ dolları olan “Oracle Professional” səviyyəli sertifikat imtahanı üçün vauçer təqdim ediləcək.
Qeydiyyat linki: https://education.strategeast.org
Son qeydiyyat tarixi: 31.08.2025
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları