Previous Next
Bağla

32 tələbə bu ixtisas üzrə təhsil almaq hüququ qazanacaq-BMU

02-08-2022 15:50
32 tələbə bu ixtisas üzrə təhsil almaq hüququ qazanacaq-BMU

Müasir günümüzdə elektronika – elm, texnika və istehsalatın elektron cihaz və qurğularının işlənməsi, hazırlanması, tətbiqi ilə məşğul olan əsas elmi istiqamətlərdən biri kimi günbəgün inkişaf edir. Məhz bu inkişafla bağlı günün tələblərindən irəli gələrək, elektron mühəndisliyi böyük tələbat duyulan əsas ixtisas sahələrindən birinə çevrilib. Bu akademik elm sahəsi bərk cisim fizikası, radiotexnika, telekommunikasiya, idarəetmə sistemləri, siqnalların emalı, sistem mühəndisliyi, kompüter elmləri, cihazqayırma, enerjinin idarə edilməsi, robototexnika və bir çox başqa sahələrdə işlənmiş tətbiqlərin, prinsiplərin, alqoritmlərin həyata keçirilməsi və s. kimi istiqamətləri özündə birləşdirir.

 

Xeberler.az məlumat verir ki, elektronika mühəndisliyi çoxşaxəliliyi baxımından tələbələrə karyera üçün kifayət qədər geniş üfüqlər açır. Bu imkanları dəyərləndirmək istəyən abituriyentlər "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti tərəfindən birgə reallaşdırılan ikili diplom proqramına müraciət edə bilərlər. Hazırda ali təhsilin bakalavriat səviyyəsində 2022/2023-ci tədris ili üçün Elektronika mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına (BMU-İNHA İDP) dair onlayn qeydiyyat prosesi davam etməkdədir. Qeydiyyat prosesi 10 avqust 2022-ci il saat 23:55-də başa çatacaq. Sənədlər göstərilən tarixədək onlayn anket formasında təqdim edilməlidir.

 

Beynəlxalq ikili diplom proqramına qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qəbul imtahanlarının (bakalavriat səviyyəsi üzrə) nəticələri və İNHA Universiteti tərəfindən keçirilən daxili müsabiqə əsasında aparılacaq. BMU-İNHA İDP-də Azərbaycan Respublikasının vətəndaşı olan və 2022-ci ildə DİM imtahanlarında iştirak etmiş 1-ci ixtisas qrupunun abituriyentləri və 400, yaxud daha yüksək bal toplamış namizədlər iştirak edə bilər. Seçim nəticəsində 32 nəfər tələbə Elektronika mühəndisliyi ixtisası üzrə təhsil almaq hüququ qazanacaq.

 

Təhsil müddətinin sonunda tələbələrə İNHA Universiteti tərəfindən “Electronic Engineering”, BMU tərəfindən isə Elektronika mühəndisliyi ixtisasları üzrə bakalavr diplomları təqdim ediləcək.

 

Proqrama müraciət etmiş namizədlər BMU ilə İNHA Universitetinin birgə təşkil etdiyi yazılı keçiriləcək Riyaziyyat, Fizika və İngilis dili üzrə daxili imtahandan uğurla keçməlidir. Daxili imtahanda iştirak etmək üçün “onlayn anket formasını” dolduraraq tələb olunan sənədləri təqdim etməlidirlər.

 

BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan avqustun 14-də keçiriləcək. İmtahan nəticələri isə avqustun 19-da açıqlanacaq.

 

Qeyd edək ki, proqram 3+1 modelinə əsaslanır, 3 il müddətində BMU, 1 il müddətində isə İNHA Universitetində tədris prosesini əhatə edir. BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq üçün proqramın şərti olan Koreya dili dərsləri hər semestr tədris olunacaq və tələbələr müvafiq olaraq “TOPİK” sertifikatı əldə etmək üçün 2-ci və 3-cü təhsil illərində imtahanlarda iştirak edəcəklər. Təhsilalanların təhsil haqqı, qeydiyyat xərci, Cənubi Koreyada 1 illik təhsil və 3 həftəlik yay məktəbində iştirak xərcləri, habelə tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri dövlət vəsaiti hesabına həyata keçirilir.

 

Proqramla bağlı ətraflı məlumatı elandan əldə edə bilərsiniz.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

YTP Koreya müəssisələri ilə neft-kimya sahəsində əməkdaşlıq edə bilər

14-02-2023

BMU-da informasiya texnologiyaları üzrə yeni fakültə yaradılıb

13-09-2024

BMU tələbələri “INNOSTART” hakatonunun qalib olub

08-04-2025

48-ci Beynəlxalq proqramlaşdırma müsabiqəsinin Azərbaycan üzrə təsnifat mərhələsi keçirilib

25-10-2023

Texniki və texnoloji ixtisaslara dövlət sifarişi yerləri artırılıb

18-05-2015

“BoostCamp 7.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib

12-02-2024

I qrupa yeni İT ixtisaslar əlavə edilib

15-02-2018

BMU-da Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi keçirilib

28-10-2024

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

BMU ilə “Sabah Academy” əməkdaşlıq edib

15-04-2024

Qərb Universiteti distant təhsil almaq istəyənlər üçün qəbul elan edib

05-09-2016

BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb

11-09-2024

BMU tələbələri rəqəmsal innovasiyalar hakatonunda uğur qazanıblar

14-10-2024

BMU Çinin tanınmış təhsil texnologiyaları şirkəti ilə əməkdaşlığa başlayır

23-10-2024

BMU-da infosessiya təşkil olunacaq

31-01-2025

Yay qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat başlanır

08-06-2022

BMU-da “Huawei” şirkətinin nümayəndələri ilə görüş keçirilib

18-07-2025

4SİM yerli universitetlər üçün infosessiya keçirib

03-10-2025

Koreya Elm və Texnologiya Siyasəti İnstitutunun nümayəndə heyəti BMU-da olub

25-10-2024

DİM: Elektron ərizə qəbulu davam edir

15-05-2017

Məşhur aviasiya və kosmik şirkət ölkəmizdə yeni layihəyə başladı

10-11-2022

Qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərin nəzərinə!

17-06-2022

Ölkə üzrə ən çox olimpiadaçı Bakı Ali Neft Məktəbində təhsil alır

08-08-2022

Qərb Universitetindən üçlü diplom-Layihə

15-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə