Previous Next
Bağla

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib

07-06-2022 20:33
DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib
Görüşün məqsədi DİM tərəfindən 2023-cü ildə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin İKT istiqamətli ixtisaslarına keçiriləcək qəbul imtahanı üçün proqramın, imtahan modelinin, həmçinin abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanan vəsaitin və s. məsələlərin müzakirəsi olub.

Xeberler.az məlumat verir ki, Azərbaycan Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Vilayət Vəliyev çıxış edərək görüşün məqsədi, eləcə də informasiya texnologiyaları, süni intellekt, rəqəmsal bacarıqlar sahəsində universitetdə görülən işlər haqqında məlumat verib.
Daha sonra danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz görüşün qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsində hər iki tərəf üçün faydalı olacağını bildirib.

Görüşdə çıxış edən DİM-in Metodika və dərsliklərin monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva informatika fənni üzrə qəbul proqramı və imtahan modelinin ötən ildən hazırlanaraq, dim.gov.az saytında yerləşdirildiyini qeyd edib. A.Batıyeva qəbul proqramına respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif dərsliklərində məzmun standartlarının tələblərinin reallaşdırılması üçün verilmiş mövzuların daxil edildiyini bildirib, eyni zamanda imtahan modeli haqqında danışıb (qəbul proqramı və imtahan modeli ilə bu keçiddən tanış olmaq olar). O, həmçinin imtahana hazırlıq çərçivəsində DİM-in internet saytında informatika fənni üzrə Mərkəzlə əməkdaşlıq etmək istəyənlərin elektron qeydiyyat sistemi və qəbul imtahanında istifadəsi nəzərdə tutulan qiymətləndirmə vasitələrinin tərtibi, ekspertizası və yoxlanılması (marker) ilə bağlı hazırlıq kursunun elektron qeydiyyat sistemi haqqında iştirakçılara məlumat verib. 

İclasda abituriyentlərə metodik kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin nüsxəsi iştirakçıların nəzərinə çatdırılıb.

Görüşdə DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev də çıxış edərək informatika fənni üzrə test bankın formalaşması haqqında məlumat verib, iclasın bu sahədə görüləcək işlərdə əhəmiyyətini qeyd edib.

İclasda, həmçinin Azərbaycan Tibb Universitetinin dosenti, f.r.e.n. İsmayıl Qafarov və mühəndis-proqramçısı, t.e.n. Zaur Hacıyev, Təhsil İnstitutunun əməkdaşı İsmayıl Sadıqov, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin müəllimi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri f.r.e.n. Fikrət İbiyev və dosenti, f.r.e.n. Vasif Müslümov, AMEA-nın aparıcı elmi işçisi, riyaziyyat üzrə fəlsəfə doktoru Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimləri Anar Rəşidov və Yadigar Əliyev çıxış edərək qəbul proqramı, imtahan modeli və vəsaitin hazırlanması ilə bağlı fikirlərini bildiriblər.

Azərbaycan Texniki Universitetinin Rəqəmsallaşma və layihələr üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Rəşad Əliyev, Kibertəhlükəsizlik və Süni intellekt İnstitutunun icraçı direktoru, professor Yadigar İmamverdiyev, Kompüter texnologiyaları və kiber təhlükəsizlik kafedrasının müdiri, t.e.d. professor Vaqif Qasımov, Mühəndis riyaziyyatı və süni intellekt kafedrasının müdiri, t.e.d. professor Nadir Ağayev, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri, t.e.n. dosent Mehman Həsənov, Elektrotexnika kafedrasının müəllimi Anar İsmayılov da qeyd edilən məsələlərlə bağlı fikir bildirərək, təkliflər veriblər.

Azərbaycan Texniki Universitetinin professor-müəllim heyəti DİM-in bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib və gələcəkdə bu sahədə DİM-lə daha sıx əməkdaşlıq etmək üçün tərəflər arasında Memorandum imzalanması qərara alınıb.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

12-01-2022

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

İnformasiya hüququ adlı dərslik nəşr olunub

19-07-2019

Magistraturaya qəbul olmaq istəyənlər üçün elektron formada sınaq imtahanı keçiriləcək

29-12-2024

Buraxılış və qəbul imtahanları ilə bağlı yenilik

22-09-2017

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə

21-11-2017

DİM: Elektron xidmətlərdən istifadə sayı 11 milyonu ötüb

19-09-2024

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022

DİM növbəti dəfə elektron sınaq imtahanı keçirəcək

08-01-2018

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

Azərbaycan Almaniya ilə tibbi informatika sahəsində əməkdaşlıq edə bilər

17-04-2023

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirilib

02-11-2024

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Dövlət qulluğuna hazırlaşanların nəzərinə

29-09-2017

DİM ümumi təhsil müəssisələrinin rəhbərlərinə müraciət edib

20-05-2019

Proqramlaşdırmanın əsaslarına dair yeni kitab çap olunub

21-11-2020

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

İmtahana buraxılış vərəqini necə çap etmək lazımdır?

04-04-2017

E-markinq sistemi ilə bağlı tədbir keçirilib

28-09-2017

Elektron Akademiya şöbəsinin müdiri MEK-in vikipediyaçıları ilə görüşüb

26-01-2023

İnformatika fənni üzrə texniki tapşırıqlar müzakirə olunub

30-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə