Previous Next
Bağla

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022 16:53
İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?
Nəhayət ki, uzun zaman davam edən ictimai müzakirələrdən, müraciətlərdən sonra
Dövlət İmtahan Mərkəzi 2023-cü ildə qəbul planında dəyişikliklər edəcək.
 
Belə ki, Kompüter və İT ixtisasını seçən abituriyentlər Kimya fənni yox İnformatika fənni üzrə imtahan verəcəklər.
 
Bununla bağlı Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.
 
Qeyd edək ki, bu ixtisası seçənlər kimya fənnindən imtahan verirdi.
 
Xeberler.az bildirir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Osman Gündüzün sözlərinə görə, qərar çox gec qəbul edilsə də, çox doğru və əhəmiyyətli bir məsələdir.
 
"Ölkənin gələcək rəqəmsal mühitinə və transformasiya prosesinə, İT kadrların hazırlanmasına, rəqəmsal savadlılığın inkişafına bu qərar çox ciddi təsir edəcək. Ali məktəblərə qəbul olanların rəqəmsal səviyyəsi xeyli artacaq".
 
Qeyd edək ki, Artıq DİM qərarın icrası istiqamətində hazırlıqlara başlayıb, işçi qrup formalaşdırıb. İnformatika fənni üzrə kurikulumun təlim nəticələrinin tələblərinə uyğun qəbul proqramı hazırlanıb.
 
Ekspertin sözlərinə görə, proqramda prinsipal məqam ondan ibarətdir ki, mövzular Təhsil Nazirliyi tərəfindən informatika istiqamətində gerçəkləşdirilən müxtəlif layihələr əsasında deyil, doğru olaraq V-XI sinif dərsliklərində məzmun standartlarının reallaşdırılması üçün verilən mövzular əsasında hazırlanıb.
 
"Artıq 2023-cü ildə informatika fənni üzrə imtahan vermək istəyən abituriyentlər, müəllimlər, maraqlı tərəflər bu proqram əsasında imtahana elə indidən hazırlaşa bilərlər".
 
Osman Gündüz bildirib ki, İmtahan modeli yuxarıda adı çəkilən proqrama uyğun hazırlanıb.
 
"Modeldə alqoritimləşdirmə, proqramlaşdırma və məntiqi düşünməyə əsaslanan tapşırıqların say nisbəti növbəti mərhələlərdə keçiriləcək sınaq imtahanların nəticəsi əsasında müəyyən olunacaq.
 
Düşünürəm ki, bütün maraqlı tərəflər, DİM, Təhsil Nazirliyi, məktəblər, şagirdlər, valideynlər və kurslar informatikadan imtahan hazırlığına ciddi hazırlaşmalıdır".
 
Son olaraq ekspertin sözlərinə görə, İnformatikanın tədrisinin yaxşılaşması, müəllimlərin və şagirdlərin hazırlığının yüksəldilməsi üçün Təhsil Nazirliyi, məktəblər və valideynlər bu sahəyə resurslar ayırmalıdır. Təmayülləşmə inkişaf etdirilməlidir. Sınaq imtahanların sayı artırılmalıdır.
 
"Artıq sosial mediadan da görsənir ki, valideynlər daha hazırlıqlı informatika müəllimlərinin axtarışına başlayıblar.
 
Mövcud hazırlıq kursları, repetitorlar da bu məsələni gündəmdə saxlamalı, informatikadan hazırlıqlara başlamaq üçün zəruri olan addımlar atılmalıdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

12-01-2022

İnformatika fənni niyə qəbul imtahanına salınmır?

17-10-2017

Ekspert: İnformatika, yoxsa Kimya? məsələsi hələ də öz həllini tapa bilmir

14-04-2021

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022

Hansı prioritetdir İnformatika yoxsa Kimya ?

09-08-2019

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

Ekspert: “İT-ni seçən abituriyentin imtahana İnformatika əvəzinə Kimya üzrə hazırlaşması doğru deyil”

09-09-2021

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

İnformatika üzrə bunker müəllimləri hazırlanır

15-02-2023

Azercell-in dəstəklədiyi İnformatika olimpiadaçıları payız məktəbində iştirak ediblər

30-11-2023

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022

İnformatika üzrə doktorluq imtahanları keçirilir

20-06-2017

İnformatika problemini hansı qurum həll etməlidir?

11-08-2015

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib

07-06-2022

İnformatika üzrə olimpiadalara hazırlıq qruplarına seçmə imtahanlar keçirilib

18-10-2024

Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

07-07-2022

Ekspert informatika olimpiadası haqqında açıqlama verdi

06-09-2018

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə