Previous Next
Bağla

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

12-01-2022 16:43
Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

Dövlət İmtahan Mərkəzində informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

İclasda informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinin müzakirəsi olub. 

Müzakirədə Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Azərbaycan Tibb Universitetinin dosenti İsmayıl Qafarov, Azərbaycan Tibb Universitetinin mühəndis-proqramçısı Zaur Hacıyev, Dövlət Gömrük Komitəsinin Akademiyasının müəllimi İsmayıl Sadıqov, Bakı şəhəri 283 nömrəli tam orta məktəbin müəllimi Naidə İsayeva, Azərbaycan Dillər Universitetinin İnformasiya texnologiyaları kafedrasının müdiri Fikrət İbiyev, Azərbaycan Universitetinin İnformasiya-Kommunikasiya Texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Azərbaycan Universitetinin Riyaziyyat və İnformatika kafedrasının müdiri Qabil Əliyev, "TİTAN-D" MMC-nin ESS operatoru Paşa Saatov, AMEA-nın aparıcı elmi işçisi Anar Rəhimov, Bakı Dövlət Universitetinin müəllimi Anar Rəşidov, DİM-in departament müdirləri Natiq Əliyev, Oleq Şelaginov və şöbə müdiri Afiqə Batıyeva iştirak ediblər. 

Şöbə müdiri Afiqə Batıyeva iclasın gündəlik məsələsi barədə ətraflı məlumat verib. Artıq informatika fənnindən qəbul imtahanı proqramının DİM-in rəsmi internet saytında yerləşdirildiyini və təqdim olunan imtahan modelinin bu proqrama uyğun hazırlandığını iştirakçıların diqqətinə çatdırıb. 

Daha sonra İsmayıl Sadıqov imtahan modelini iştirakçılara təqdim edərək, modeldə alqoritimləşdirmə, proqramlaşdırma və məntiqi düşünməyə əsaslanan tapşırıqlara üstünlük verildiyini qeyd edib.

Müzakirədə Osman Gündüz, Fikrət İbiyev, Zaur Hacıyev, Qabil Əliyev, Anar Rəşidov fikir bildirib, təkliflər veriblər. Qeyd olunan fikir və təkliflər modeldə nəzərə alınıb.

Beləliklə, imtahan modelinin müzakirəsi başa çatıb. 

İmtahan modeli yaxın günlərdə DİM-in rəsmi internet saytında yerləşdiriləcək. 

İşçi qrupunun növbəti iclası yanvarın 17-də olacaq.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

DİM-in informatika fənni üzrə işçi qrupunun üzvləri ilə AzTU-nun əməkdaşları arasında görüş keçirilib

07-06-2022

İnformatika fənni üzrə bilik və bacarıqların qiymətləndirilməsi müzakirə edilib

02-06-2023

Qəbul imtahanı üçün informatikadan vəsait hazırlanacaq

16-11-2021

Azərbaycanda ilk dəfə informatika fənni üzrə qəbul imtahanı keçirildi

05-06-2023

İnformatikadan ilk qəbul imtahanına hazırlıq necədir?

12-01-2022

Test imtahanlarına İnformatika da salınsın

16-01-2013

Məktəblərdə informatikanın tədrisi müzakirə olunacaq

02-12-2015

Müəllimlər arasında informatika fənni üzrə seçmə imtahan keçirilib

03-11-2022

Abituriyentlər üçün informatikadan tədris vəsaitinin 1-ci hissəsi nəşr olunub

07-07-2022

İnformatikanın məktəblərdə tədrisi müzakirə olunub

04-12-2015

Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası keçirilib

03-09-2018

Gəncədəki elmi tədqiqatçılar distant formada imtahan verib

27-01-2016

Bakı Dövlət Universiteti “İnformatika-2009” Olimpiadasında qalib gəldi

18-05-2009

Doktorant və dissertantlar informatika fənni üzrə imtahan verir

19-01-2016

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib

09-08-2022

DİM-də rəqəmsal SAT imtahanı keçirilir

03-05-2025

Ekspert:İT yönümlü ixtisas seçənlər kimya əvəzinə informatikadan qəbul imtahanı verəcəklər

07-06-2022

Bu gün rəqəmsal SAT imtahanı keçiriləcək

08-03-2025

Ekspert: "İnformatika yoxsa Kimya" problemi növbəti imtahanadək həll edilməlidir

19-01-2021

Vergi orqanlarında işləmək istəyənlər üçün tеst imtаhаnı keçiriləcək

13-04-2017

Beynəlxalq olimpadalarda ölkəmizi təmsil edəcək komandaların seçmə imtahanları keçirilib

13-06-2022

Ali məktəblərə tələbə qəbulu üzrə sınaq imtahanı keçiriləcək

05-01-2023

DİM-in Direktorlar Şurasının ilk iclası keçiriləcək

20-04-2016

Martın 8-də rəqəmsal SAT imtahanı keçiriləcək

05-03-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə