“Disneyland Paris” indi də Google Earth-də

02-06-2009 / 13:47

Keçən il Disney Florida ştatındakı olan əyləncə parkını 3 ölçüdə virtual dünyada qurub Google Earth-ə köçürmüşdü.

Walt Disney bu il də Parisdəki Disneyland-i üç ölçülü olaraq Google Earth istifadəçilərinə təqdim etdi. 85.000 fotoşəkildən və 500-dən çox  xüsusi  görüntüdən ibarət  əyləncə parkı bütün incəliklərinədək hazırlanıb. Nəticə olaraq, 450 GB-lıq əyləncə parkı yaradılıb.

Parisdəki Disneyland-i oturduğunuz yerdən gəzmək üçün sadəcə olaraq Google Earth proqramının sonuncu versiyasını yükləmək lazımdır.

Proqramın axtarış pəncərəsinə “Disneyland Paris” yazıb əyləncə parkını asan tapmaq olar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə