Previous Next
Bağla

Dövlət Komitəsinə ən çox nə ilə bağlı e-müraciət olur?-Statistika

26-04-2018 10:30
Dövlət Komitəsinə ən çox nə ilə bağlı e-müraciət olur?-Statistika

Vətəndaşlar daşınmaz əmlakla bağlı yaranan suallarını həm rahatlıqla ünvanlaya, həm də ona cavab tapa bilirlər. Əmlak Məsələləri Dövlət Komitəsi bu işləri məmur-vətəndaş ünsiyyəti minimum olmaqla, innovativ yeniliklərlə, o cümlədən əks zəng sistemi və sosial sorğular vasitəsilə həyata keçirir.

Bu barədə Xeberler.az-a qurumdan məlumat verilib.

Eyni zamanda 193 vahid çağrı mərkəzi, onlayn resurslar da əhalinin xidmətindədir. Bununla vətəndaşların müraciətləri operativ cavablandırılır, dərhal hüquqi yardım göstərilir, qanunvericilik prosedurları izah edilir.

Komitə müasir dövrün tələbi olan sosial şəbəkələrdə də aktiv olaraq fəaliyyət göstərir. Facebook (https://www.facebook.com/emlakkomitesi/) və instagramdakı (https://www.instagram.com/emlakkomitesi/) səhifələri, həmçinin emdk.gov.az veb saytının onlayn müraciət və Privatization.az portalının onlayn məsləhət pəncərəsi ilə əhalinin suallarının cavablandırılması işləri daha rasional aparılır.

Məlumata görə, ümumilikdə cari ilin ilk rübü ərzində çağrı mərkəzi, onlayn çat, sosial şəbəkə vasitəsi ilə 6 min-ə yaxın müraciət daxil olub. Onların 3 min 500-dən çoxu 193 vahid çağrı mərkəzinin, 2 min 500-ə yaxını sosial şəbəkələrin, “Privatization.az” portalının onlayn məsləhət pəncərəsinin payına düşür. Daxil olan müraciətlərin 5 mindən çoxu Bakıdan, 1000-ə yaxını isə regionlardan ünvanlanıb. Ümumiyyətlə qeyd edilən vasitələr üzərindən ay ərzində 2000-ə yaxın müraciət daxil olub, orta hesabla isə gün ərzində 100-dən çox sual cavablandırılıb.

Statistikaya görə 2018-ci ilin yanvar-mart aylarında 193 vahid çağrı mərkəzinə ən çox sorğu tipli müraciətlər daxil olub. Başqa sözlə müraciətlərin 3000-dən çoxu (89%) sorğu tiplidir.

Qeyd edilməlidir ki, 193 vahid çağrı mərkəzinə regionlar üzrə daxil olan sorğu xarakterli müraciətlərin dinamikasına əsasən paytaxt sakinlərinin aktivliyi müşahidə olunur. Belə ki, bu kateqoriya üzrə müraciətlərin 84%-i Bakı sakinlərinin, qalanı isə bölgələrin payına düşür.

Şəhər və rayonlar üzrə alınan bu nəticə bölgələrdə aparılan maarifləndirmə işlərinin daha da intensivləşməsini şərtləndirir. Komitə isə bunu nəzərə alaraq statistik göstəricilərin yaxşılaşdırılması üçün fəaliyyətini daha da təkmilləşdirir, bölgələrdə bu istiqamətdə işgüzar forumlar keçirir.

Müraciətlərin mövzularına gəldikdə qeyd edilməlidir ki, daşınmaz əmlaka dair çıxarışın verilməsi, özəlləşmə prosedurları, torpaq sahələrinin kadastrı ilə bağlı məsələlər üstünlük təşkil edir.

Məcmu sorğuların mövzuları üzrə strukturun 50%-ə yaxını daşınmaz əmlakın qeydiyyatı ilə, 20 %-i özəlləşdirilmə ilə, 10%-i torpaq sahələrinin kadastr ilə bağlıdır. Qalanları isə Komitənin tabeli qurumlarının ünvanları və iş qrafikləri, sənədləşmə və digər məsələlərə aiddir.

Özəlləşdirilmə ilə bağlı sorğuların ilk beşlikdə qərarlaşması görülən işlərin nəticəsidir. Belə ki, hərracların təşkili sahəsində aşkarlığın təmin edilməsi, innovativ addımların atılması, prosedurların sadələşdirilməsi vətəndaş marağına səbəb olub. Elektron hərrac sistemi kimi özəlləşmə sahəsində yeniliyin tətbiqi isə prosesə olan diqqəti daha da yüksəldib.

Müraciətlərin strukturunda araşdırma tələb edən məsələlər də yer alıb. Həmin məsələlərlə bağlı hüquqi məsləhətlər verilib, araşdırma aparılıb, sorğular qanunvericilik çərçivəsində həll edilib.

Daxil olan müraciətlərdə daha çox qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, bələdiyyə torpaqlarının qeydiyyatı, ümumi mülkiyyətin bölünməsi məsələləri öz əksini tapır. Həmçinin torpaq sahəsinin dəqiqləşdirilmiş koordinatlarının çəkilməsi, torpaqların təyinatının dəyişdirilməsi, onların keyfiyyət göstəricilərinin müəyyənləşdirilməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər sahələrlə bağlı suallar verilir. Eyni zamanda dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı, elektron xidmətlərin istifadəsi ilə bağlı lazımi prosedurlar da onlayn və canlı rejimdə izah olunur.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Nazirliyin elektron ünvanlarına nə qədər müraciət olur?

15-11-2017

Vahid Çağrı mərkəzinə 5 mindən çox müraciət daxil olub

24-01-2018

193 saylı vahid çağrı mərkəzi necə xidmət göstərir?

18-10-2017

Çağrı Mərkəzi və onlayn resurslar vasitəsilə 16 mindən çox vətəndaş müraciəti cavablandırılıb

05-07-2019

193 Çağrı Mərkəzi fəaliyyətini davam edir

05-07-2018

İyul ayı ərzində 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub

09-08-2018

ƏMDK üzrə göstərilən xidmətlər elektronlaşdırmaqda davam edir

10-09-2019

Komitə 500 mindən çox e-xidmət göstərib

09-08-2017

Təkrar qeydiyyat onlayn rejimdə necə aparılır?

28-02-2018

Naviqasiya sistemindən istifadə sayı 100 minə çatır

24-07-2017

Ötən il TƏBİB-in Çağrı Mərkəzinə 100 mindən çox zəng daxil olub

17-01-2025

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015

Bu qurumun e- xidmətlərindən 650 minə yaxın istifadə edilib

25-01-2018

“815” Çağrı Mərkəzinə aprel ayında 13 minə yaxın zəng daxil olub

29-05-2025

Olduğun məkandan hərracda iştirak: onlayn sifariş və elektron hərrac

01-05-2019

Komitənin elektron xidmətlərindən istifadə sayı açıqlandı

10-08-2016

Nazirliyin Çağrı mərkəzinə daxil olan müraciətlərin sayı hesablanıb

06-10-2015

Daşınmaz əmlak inventarlaşdırılması xidməti elektron formada göstərilir

20-06-2019

Əmlak Xidmətləri Məkanı ictimaiyyət nümayəndələri və medianın gözü ilə adlı info-tur və açıq qapı günü keçirilib

12-02-2019

Komitənin elektron xidmətlərindən istifadə edənlərin sayı 900 mini ötüb

14-03-2019

“Nar” Çağrı Mərkəzinə daxil olmuş sorğuların 93 faizi ilk zəngdən öz həllini tapıb

01-09-2021

Əmlakın qeydiyyatı ilə bağlı xidmət haqqı və dövlət rüsumu nə qədərdir?

23-01-2019

Elektron hərrac və onlayn sifariş investorların marağını artırır

07-08-2019

“Çağrı mərkəzi”nə daxil olan müraciətlərin 94,1 faizi sorğu xarakteri daşıyıb

05-05-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə