Robot Erika fotomodel olacaq

12-12-2017 / 14:31

Robot Erika Amerikanın Vogue adlı dəb, gözəllik, mədəniyyət və həyat tərzi daxil olmaqla, bir çox komponentlərdən ibarət olan qadın jurnalının fotomodeli olacaq.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, robotun Yaponiyada keçiriləcək ilk fotosessiyası jurnalın dekabr sayında dərc ediləcək.

Tanınmış jurnalın əməkdaşları qeyri-adi mexaniki modellərin dəb dünyasında unikal hadisə olacağı və tələb ediləcəyini düşünürlər. Bu səbəbdən onlar Erikaya fotomodel olmağı təklif ediblər.

Erika 2015-ci ildə Yapon mühəndis Hirosi İsiquro tərəfindən hazırlanıb. Real xarici görünüşə malik olan robot gülə və zarafat edə bilir, lakin sintetik səslə danışır.

Xatırladaq ki, Erika dəb dünyasına daxil olan ilk robot deyil. 2016-cı ildə Braziliyanın ELLE jurnalının dekabr sayının üz qabığında robot Sofiyanın şəkli yer almışdı. Həmin sayın mövzusu innovasiya texnologiyaları əsrində gözəllik və gələcəyin dəbinə həsr edilmişdi. Sofiya fotosessiyada iştirak etməklə yanaşı, jurnalistlərlə söhbət etmişdi.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə