Previous Next
Bağla

Dünyada ən bahalı mobil xidmət Azərbaycandadır

27-07-2009 16:27
Dünyada ən bahalı mobil xidmət Azərbaycandadır

Azercell Telekom MMC ilə Azerfon MMC (Nar Mobile) arasında yaranmış problemlə əlaqədar tərəflər danışıqları dünən də davam etdirib.

Xeberler.az bildirir ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yetkililərinin iştirakıyla keçirilən müzakirələrin detalları hələlik cəmiyyətdən gizli saxlanılır. Nazirliyin mətbuat xidmətindən aldığımız məlumata görə, danışıqların bir neçə gün davam etməsi gözləniləndir.

Azercell və Azerfon şirkətlərinin rəhbərləri nazirliyin əlaqədar şöbələrinin rəhbərləri və digər vəzifəli şəxslər tərəfindən qəbul edilib. Hazırda məsələ ilə bağlı danışıqlar gedir. Hər iki şirkət arasında yaranan problemin qısa zaman kəsiyində həllini tapacağına ümid edirik». Xatırladaq ki, Azərcell rəhbərliyi Nar Mobile-nin onlara ƏDV daxil olmaqla, 11 000 000 manata yaxın arabağlantı borcu olduğunu əsas gətirərək, arabağlantı kanallarını kəsəcəyini deyir. Azərfon MMC isə Azercell-i Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təsdiq etdiyi tariflərdən baha qiymət tətbiq etməkdə günahlandırır. Şirkət rəhbərliyi bildirir ki, qanunun tələb etdiyi qiymətlər tam başqa, Azercell-in tətbiq etdiyi qiymətlər isə tam başqadır.

Mobil operatorların bahalı qiymətləri

Nəzərə çatdıraq ki, hazırda Azercell və Azerfon şirkətlərinin istifadəçiləri arasında bütün kanallar açıqdır. Lakin iki mobil operator arasındakı münaqişə bir sıra nüansları gündəmə gətirib. Əvvəla bir daha təsdiq olundu ki, digər sahələr kimi mobil operator bazarı da inhisardadır. Uzun illərdir bu bazarda şəriksiz monopoliyaya sahib olan Azercell güclü himayəsi olan, qat-qat ucuz tariflər təklif edən şirkətin qabağa getməsi ilə razılaşa bilmir. Söhbət bütün bunların məhz Azerfon-la Vodafone şirkətləri arasında strateji tərəfdaşlıq müqaviləsinin imzalandığı vaxta təsadüf etməsindən gedir. Maliyyə böhranı telekomunikasiya sahəsinə ciddi təsir göstərməsə də Vodafone kimi tərəfdaşa hər bir şirkətin ehtiyacı var. Çünki qeyd etdiyimiz kimi «Vodofone» 303 milyon abunəçini əhatə edən beynəlxalq mobil rabitə şirkətlər qrupudur. Şirkətin 5 qitənin 31 ölkəsində səhmdar kapitalı, həmçinin bütün dünyada 40-dan çox tərəfdaş bazarları var. Təkcə ötən bir il ərzində «Vodafone»nin mənfəəti 41 milyard funt sterlinq olub. «Azerfon» «Vodafone» ilə saziş imzalamaqla istifadəçilərini dünyanın 67 ölkəsində təkmilləşdirilmiş səs və rouminq xidmətləri ilə təmin etdi. Belə nəhəng tərəfdaşı itirmək «Azercell» üçün böyük biznes uğursuzluğu idi.

Digər tərəfdən yaranmış münaqişə «Azercell»in ölkədə qəbul olunmuş standartlardan yuxarı tarif siyasəti yürütməsini ortaya qoydu. Araşdırmalarımız göstərir ki, mobil operatorlar arasında ən yuxarı tariflər «Azercell»dədir. Məsələn, şirkət öz abonentlərinə Fakturalı Xətt ödəmə sisteminə aid Standartlar, Ekonomi, Biznes Optimist və Sim-Sim (öncədən ödəmə) sisteminə aid Açıq Xətt, Bizdən-bizə və Gənc Sim tarif paketlərini təklif edir. Ekonomi paketində «Azercell» şəbəkəsində zənglər 0,14 AZN, digər yerli şəbəkələrə zənglər 0,25 AZN-dir. Standart paketində «Azercell» şəbəkəsində zənglər 0,10 AZN, digər yerli şəbəkələrə zənglər 0,25 AZN-dir. Biznes paketində «Azercell» şəbəkəsində zənglər 0,10 AZN. Digər yerli şəbəkələrə zənglər 0,20 AZN-dir. Optimis paketində «Azercell» şəbəkəsində zənglər 60 dəqiqə (danışıq) 0,15 AZN, digər yerli şəbəkələrə zənglər 0,25 AZN təşkil edir.
Yeri gəlmişkən, Ekonomi paketində aylıq abonentlik haqqı 4,92 AZN, Standart paketdə 9,84 AZN, Biznes paketində 19,68 AZN-dir.

Respublikada ikinci aparıcı mobil operator olan «Bakcell»in əsas məhsulları «Cin» tarif planı və Klass aylıq müqavilədir. «Cin» tarif planında sevimli nömrələrə 4 saniyə 1 kontur, «Mənim ərazim» bonusu ilə (pik saatlarda) 2 saniyə 1 kontur, qeyri-pik saatlarda 3 saniyə 1 konturdur. «Bakcell» nömrələrinə (pik saatlar) 3 saniyə 2 kontur, qeyri-pik saatlar 3 saniyə 1 kondur, şəhər və rayon nömrələrinə 1 saniyə 1 kontur, digər mobil operator nömrələrinə 1 saniyə 1 kontur təşkil edir. Bu arada qiymətlərə 18 faiz əlavə dəyər vergisi daxil olunub. Pik saatlar 08:00-dan 24:00-dək, qeyri-pik saatlar 00:00-dan 08:00-dəkdir.

Klass nömrələrdə aylıq abunə haqqı 7,79 manatdır. hər dəqiqə üçün 0,02 AZN-dir.
«Nar Mobile»də isə abunə haqqı 3 manat təşkil edir. Şəbəkə daxilində gündüz zəngləri 1 dəqiqə üçün 0,08 AZN, gecə zəngləri 0,04 AZN-dir. Digər şəbəkələrə zənglər gündüz saatlarında 1 dəqiqənin qiyməti 0,24 AZN, gecə saatlarında 0,12 AZN hesablanır.
Mövzu ətrafında söhbət etdiyimiz ekspertlər deyir ki, istər «Azercell», istərsə də digər mobil operatorlar qonşu ölkələrdən dəfələrlə bahalı tarif siyasəti həyata keçirirlər: «Mobil operatorlar gecə saatlarında şəbəkə daxili zənglərə 50 faiz endirim edirlər, eyni zamanda gecə balansı verirlər. Araşdırdıqda məlum olur ki, müəyyən edilən vaxtda şəbəkə həddən artıq yüklənir. Heç də çox insan bu güzəştdən yararlana bilmir. Azərbaycandakı mobil rabitə dünyanın ən bahalı rabitə xidmətlərindəndir. Türkiyədə ölkə daxili danışıqlar daxil olmaqla 1 aya 38 manat təşkil edir. Artıq bu ölkədə hamı bir-birilə görüntülü danışıqlar aparır. Görün biz nə qədər geri qalmışıq. Gürcüstanda iki il bundan qabaq trice rabitə sistemi var idi. Bu gün Türkiyədə 10 meqabiksl saniyə internet bağlantısı üzrə tariflər (kursla çevirildikdə) 13 manat 80 qəpikdir. Bizdə 13 manat 80 qəpiyə 1 ay limitsiz nə almaq olar? Azərbaycanda bir operatordan digər operatora zəng etmək 30 sentdir. Türkmənistanı çıxmaq şərti ilə dünyanın heç bir yerində belə tariflərlə rabitə bağlantısı yoxdur».

Qanun nəyi diqtə edir?

«Azercell» Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində GSM standartında fəaliyyət göstərən mobil telekommunikasiya operatorları arasında bağlanacaq arabağlantı müqavilələrinin əsas şərtlərinin pozub. Belə ki, arabağlantının tələblərinə görə, zənglərin, aidiyyəti şəbəkə vasitəsilə və (və ya) şəbəkədən keçməklə (tranzit) zəng edən və zəngi qəbul edən tərəflərə fasiləsiz ötürülməsi təmin olunmalıdır. Eyni zamanda operator digər operatoru qarşılıqlı razılıq əsasında birbaşa və tranzit qaydada arabağlantı xidməti ilə təmin etməlidir.

İqtisadi şərtlərə (şəbəkələrarası qoşulma haqları, qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı pay bölgüsü (hesablaşma) və digər ödənişlər) gəlincə, Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınan qaydalarda bildirilir ki, şəbəkələrarası qoşulma haqları obyektivlik, şəffaflıq, əməkdaşlıq, hüquqların pozulmaması prinsiplərinə cavab verməli, mövcud qanunvericiliyə uyğun tənzimlənməlidir. Qarşılıqlı arabağlantıda trafikin ötürülməsi zamanı GSM standartlı operatorlar üçün «mobil-mobil» şəbəkələrarası zənglərin sonlandırma qiyməti 0,02 manat tətbiq edilir.

GSM standartlı mobil telefon şəbəkələri arasındakı trafik mübadiləsi üzrə aparılan hesablaşmalarda bazara yeni daxil olmuş GSM operatorunun şəbəkəsində sonlanan zənglərin hər dəqiqəsi üçün digər mobil operatorları tərəfindən əlavə 0,02 manatdan 0,03 manatadək ödənilməklə asimmetrik sonlandırma qiymətləri (asimmetrik sonlandırma qiymətləri zənglərin sonlandırılması üçün eyni xidmətləri göstərən operatorlar tərəfindən fərqli (əlavə) sonlandırma qiymətlərinin tətbiq edilməsi) tətbiq olunur.

 

Xeberler.az

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda «iPhone 12»lərin qiyməti məlum olub

02-11-2020

Dünyanın ən bahalı brendləri məlum oldu

01-07-2020

«Azercell»lə «Bakcell»in 1 GB rəqabəti - ƏN SƏRFƏLİ MOBİL İNTERNET KİMDƏDİR?

13-06-2024

Nazir: Region dövlətlərinin rabitə operatorları TASİM layihəsinə ciddi maraq göstərir

20-12-2010

«Azercell» korporativ tariflərini yeniləyir

03-08-2024

Nazirlikdən İnformatika fənni ilə bağlı açıqlama

07-08-2017

Azərbaycan startapı xaricdən 100 min dollarlıq yatırım alıb

25-01-2023

«Twitter»dən istifadə pullu olacaq

27-07-2020

Əli Abbasov mobil operatorların rominq tariflərindən razı deyil

11-02-2011

Azərbaycandan kənarda “Azercell” sistemlərinə qoşulmalar müvəqqəti məhdudlaşdırılıb

06-08-2022

İdeyadan Biznesə layihəsi Bakı Dövlət Universitetində

04-10-2018

«Aztelekom» İstehsalat Birliyi «Evə zəng» danışıq sisteminin testləşdirilməsini dayandırıb

04-03-2009

Yeni nəsil Wi-Fi 6 simsiz rabitə təqdim edilib

05-10-2018

«Azərpoçt» kuryer və əşya çatdırılma xidmətləri bazarına keçir-Sədr açıqladı

19-07-2022

Süni intellekt qrammatik səhvləri düzəldəcək

22-08-2019

bp-Azerbaijan-ın Azercell-dən imtina etməsinin səbəbi nədir?

28-08-2009

Azercell «Super BizdənBizə» tarif paketində dəyişikliklər edib

05-09-2009

«Smart Technologies Solutions»un vəziyyəti məlum oldu

30-06-2022

«TikTok» rəsmiləri Azərbaycanda səfərdədir

06-10-2022

Azercell yeni mobil ödəniş xidmətini təqdim edib

21-02-2020

Azərbaycanda “Trendyol”a rəqib rəqib gəlir

28-04-2023

GoldenPay fəaliyyətini genişləndirməkdə davam edir

18-08-2009

«Aztelekom» gələn il beynəlxalq danışıq tariflərini azaltmaq istəyir

30-12-2010

“Azercell” rouminq üçün yeni endirim tariflərinin tətbiqinə başlayıb

09-03-2011





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə