Previous Next
Bağla

DVX: İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər

18-04-2025 21:36
DVX: İnternet Vergi İdarəsinə giriş məlumatları təhlükədə ola bilər

Son zamanlar Dövlət Vergi Xidmətinin (DVX) İnternet Vergi İdarəsinə (https://www.e-taxes. gov.az) daxil olmaq üçün istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir.

Xeberler.az DVX-ya istinadən məlumat verir ki, bu cür təhlükələrin qarşısını almaq və məlumatların təhlükəsizliyini təmin etmək üçün önləyici tədbirlərin görülməsi tövsiyə olunur.

Belə ki, Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan vergi ödəyiciləri, torpaq istifadəçiləri və ailə kəndli təsərrüfatlarının başçıları istifadəçi kodu, parol və şifrədən imtina edərək daha təhlükəsiz olan gücləndirilmiş elektron imza növlərini (“Sima” imza, “Asan İmza” (mobil ID) və s.) əldə etməlidirlər.

Mövcud parolu ən azı 8 simvoldan ibarət, böyük və kiçik hərflər, rəqəmlər və xüsusi simvollardan (@, #, !, %) ibarət mürəkkəb bir şifrə ilə əvəz etmək və eyni şifrəni müxtəlif hesablar üçün istifadə edilməməli.

“Fișinq” hücumlarından (internet fırıldaqçılığından) qorunmaq üçün naməlum e-poçt ünvanlarından və mesajlardakı internet ünvanları (linklər) üzərindən keçid (klik) edilməməsi, mövcud şifrələrin başqalarına etibar olunmaması, mənbəyi yoxlamadan heç bir faylın endirilməməsi (yüklənməməsi), bankların və ya sosial şəbəkələrin adından e-poçt və SMS ilə göndərilən mesajlarda göstərilən şifrələrin daxil edilməməsi, linklərin yoxlanılması lazımdır.

Məsələn:

Doğru portal: https://www.e-taxes.gov.az;

“Fişinq” portalı: https://www. e-taxes-secure.gov.az.

“VPN” və “Şifrəli Bağlantılar”dan faydalanmaq üçün Wi-Fi şəbəkəsində WPA3 və ya WPA2 təhlükəsizlik protokolunun aktivləşdirilməsi, xüsusilə ictimai Wi-Fi şəbəkələrdə (kafe, hava limanı) etibarlı VPN-dən, hər zaman HTTPS protokolu olan saytlardan istifadə edilməsi (http:// yox, https:// olmalıdır) tövsiyə olunur. Lisenziyalı “Antivirus” proqram təminatlarının və Firewall (icazəsiz girişi bloklamaq üçün qurğu və ya qurğular sistemi) tətbiq edilməsi (antivirus proqram təminatının quraşdırılması, Firewall-un aktiv edilməsi və avtomatik yenilənmələrin aktiv saxlanılması), kompüterdə naməlum proqramların və əlavələrin silinməsi lazımdır.

İnternet brauzerlərdə (məsələn Google Chrome) və cihazlarda portala avtomatik girişin (“remember me” funksiyasının) deaktiv edilməsi, portaldan istifadədən sonra çıxış edilməsi (xüsusilə ictimai qaydada istifadə olunan kompüterlərdə), İnternet brauzerlərdə saxlanmış şifrələrin silinməsi və ya “şifrə menecerləri”ndən istifadə olunması təklif olunur. Proqram təminatının daim yenilənməsi (Android, iOS, Windows, macOS), naməlum mənbələrdən proqram təminatlarının endirilməməsi (yüklənməməsi), məlumat sızması (oğurluğu) baş verdikdə bütün cihazlardan çıxış edilməsi (“Log out of all devices” funksiyasının aktiv edilməsi), aşağıdakı şəkildə istifadəçi giriş məlumatlarının dərhal dəyişdirilməsi və (və ya) Dövlət Vergi Xidmətinin vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmək lazımdır.

İstifadəçi kodu, parolu və şifrənin dəyişdirilməsi üçün İnternet Vergi İdarəsində “Giriş” düyməsi sıxılır, açılan pəncərənin “Kod/Parol/Şifrə” hissəsində “İstifadəçi kodu”, “Parol” və “Şifrə” məlumatları daxil edilir. Daha sonra “Bölmə” hissəsində “E-bəyannamə, ƏDV-DH və ŞHV” seçilərək “Daxil ol” düyməsi sıxılmaqla sistemə daxil olunur. Açılan pəncərədə İstifadəçi parolunun dəyişdirilməsi üçün “Dəyişiklik” - “Parol dəyiş” menyusu seçilir və parol dəyişdirilir. İstifadəçi parolu dəyişdirildikdən sonra “Qəbul” düyməsi sıxılaraq yeni parol təsdiq edilir.

"Asan İmza" istifadəçi ID-sinin portal üzərindən dəyişdirilməsi üçün İnternet Vergi İdarəsinə (https://new.e-taxes.gov.az/etaxes/) daxil olaraq “Asan İmza şəxsi kabineti” düyməsi, açılan pəncərədə "Asan İmza" nömrəsi və İstifadəçi ID məlumatları daxil edilərək “daxil ol” düyməsi sıxılır. Sistemə daxil olduqdan sonra “İstifadəçi ID”sinin dəyişdirilməsi üçün “Ayarlar” bölməsi seçilir, sonra “Asan İmza İstifadəçi ID-sinin dəyişdirilməsi” üçün açılmış pəncərədəki “Dəyiş” düyməsi sıxılır. Açılan pəncərədə yeni İstifadəçi ID-si müəyyən edilir və “Təsdiqlə” düyməsi sıxılır. “Təsdiqlə” düyməsi sıxıldıqdan sonra telefona gəlmiş mesaj əsasında "Asan İmza" PİN-1 kodu yığılaraq əməliyyat sona çatdırılır.

"Asan İmza" istifadəçi ID-sinin AsanDoc proqramı vasitəsi dəyişdirilməsi üçün AsanDoc proqramı kompüterə yüklədikdən sonra açılan pəncərədə “Ayarlar” bölməsini seçərək “Mobil İmza istifadəçi ID-sinin dəyişdirilməsi” sıxılır. Açılan növbəti pəncərədə İstifadəçi ASAN İmza mobil telefon nömrəsi, cari ASAN imza İstifadəçi ID-si, sonra isə yeni ASAN İmza İstifadəçi ID-si daxil edilərək “İstifadəçi ID-sinin dəyişdirilməsi” düyməsi sıxılır.

DVX hesab edir ki, göstərilən qabaqlayıcı tədbirlər istifadəçi giriş məlumatlarınızın məxfiliyini qorumağa xidmət edəcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Vergi borclarını onlayn necə ödəyək?

16-01-2018

Vergi borcu barədə məlumatı daha tez necə əldə edək?

24-04-2017

Vergi ödəyiciləri üçün yeni nəsil rəqəmsal “Asan İmza” xidməti istifadəyə verilib

28-12-2023

Vergi bəyannamələrini “SİMA İmza” ilə ödənişsiz təqdim et!

03-07-2025

Elektron qaimə əldə etmək daha da asanlaşdı

11-04-2017

“SİMA İmza” ilə daha 30-dək elektron vergi xidməti əlçatan olub

18-11-2025

E-imza istifadəçilərinin nəzərinə- Proqram yenilənib

14-04-2017

“ASAN İmza”sı olan vergi ödəyicilərinin nəzərinə

28-10-2016

Şəxsi elektron kabinetlərdən istifadə yalnız gücləndirilmiş elektron imza vasitəsilə olacaq

25-05-2023

“Nar” abunəçiləri “Asan İmza” xidmətinin etibarlılıq müddətini SMS vasitəsilə uzada bilərlər

09-07-2021

Azərsu-dan yeni elektron xidmət

20-02-2017

Elektron qaimə-fakturaları necə hazırlayaq? –Təlimat

01-04-2017

“SİMA İmza” - vergi ödəyiciləri üçün ən sərfəlisi

23-04-2026

Vahid vergi bəyannaməsinin “SİMA İmza” ilə verilməsi mümkün oldu

08-10-2025

“Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür

18-12-2020

“digital.login”ə biometrik giriş açarı ilə daxil olmaq mümkündür

05-06-2025

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017

Dövlət Vergi Xidməti kod-paroldan istifadəni məhdudlaşdıracaq

29-03-2023

Portala yeni xidmət inteqrasiya olunub

11-07-2016

Portala vergi ilə bağlı 7 yeni e-xidmət inteqrasiya edildi

07-04-2017

Bakcell abunəçiləri üçün “Asan İmza”nı SMS vasitəsilə yeniləmək imkanı

02-12-2021

Nazirlikdən elektron qaimə-faktura ilə bağlı xəbərdarlıq

11-12-2017

“Asan İmza” yeni elektron xidmət istifadəyə verib

16-11-2020

Mobil imza vergi xidmətlərindən istifadəni asanlaşdırır

02-11-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə