Previous Next
Bağla

Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib

25-10-2024 16:13
Azərbaycanda borclunun əmlakının elektron hərracda satılması qaydası təsdiqlənib

Ədliyyə Nazirliyinin Kollegiyası “İcra sənədinin icrası ilə bağlı borclunun əmlakının elektron hərracda satılması Qaydası”nı təsdiq edib.

Xeberler.az bildirir verir ki, bununla bağlı nazir Fərid Əhmədov yeni qərar imzalayıb.

Məlumata görə, təşkilatçı sifarişçidən sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair elanı Portalda yerləşdirir və bu barədə Portal öz funksional imkanlarından istifadə etməklə tələbkara və borcluya sms və ya elektron poçt vasitəsilə bildiriş göndərir. Təşkilatçı elanı hərracın keçiriləcəyi tarixə ən geci 20 təqvim günü, tez xarab olan məhsul satışa çıxarıldıqda isə ən geci 5 təqvim günü qalmış yerləşdirməlidir.

Hərracın predmeti daşınar əmlak olduqda, sifarişçi həmin əmlakı “Qəbul-təhvil aktı” əsasında müəyyən edilmiş saxlanc yerinə təhvil verməlidir.

Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər Portalda “elektron kabinet” yaratmaqla iştirak edə bilərlər.

Aşağıdakı hallarda şəxsin hərracda iştirakına yol verilmir:

- şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti olmadıqda;

- beh tam ödənilmədikdə və ya beh məbləğində bank qarantiyası təqdim edilmədikdə;

- hüquqi şəxs ləğv prosesində olduqda, fəaliyyəti dayandırıldıqda, yaxud müflis elan olunması üzrə məhkəmə icraatı başlandıqda;

- şəxs eyni hərrac predmeti üzrə əvvəlki hərracın qalibi olduqda, lakin əmlakın satış qiymətini ödəmədikdə, yaxud əmlakı təklif etdiyi qiymətə almaqdan imtina etdikdə;

- müraciət elanda göstərilən müraciətlərin qəbulu müddəti qurtardıqdan sonra təqdim edildikdə.

Hərracda iştirak üçün behin məbləği daşınmaz əmlaka münasibətdə minimum satış qiymətinin 5 %-i, daşınar əmlaka münasibətdə isə həmin qiymətin 10 %-i qədər müəyyən edilib.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Hərracın gedişini “Mobil icra” ilə izləmək mümkün olacaq

05-07-2025

Elektron hərrac portalı istifadəyə verilib

03-12-2024

“Elektron Hərrac Portalı” ilə 140 əmlak realizə edilib

13-06-2025

“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

25-12-2017

«Apple»in ilk kompyuteri hərracda satılıb

25-11-2010

Növbəti hərracda yüksək rəqabət

25-09-2018

Mənzili tərk etmədən əmlak sahibi olmaq imkanı

02-10-2017

Növbəti elektron hərrac keçiriləcək

16-10-2017

23 aprel hərracında özəlləşdirilən dövlət əmlakları

24-04-2019

Əmlak sahibi olmaq üçün elektron formada müraciət edin

11-09-2017

Dövlət müəssisələrinin hərraclarda satışı xidməti elektron formatda

27-05-2019

60 saniyədə əmlak sahibi olun

16-01-2018

Elektron hərracda necə iştirak etmək olar?

11-05-2017

15 dövlət əmlakına 10-u elektron olmaqla 50 sifariş verilib

16-04-2019

10 dövlət əmlakına 17 sifariş verildi

04-09-2018

Azərbaycanda elektron özəlləşdirməyə start verilib

06-08-2014

10 dövlət əmlakına 49 sifariş verildi

13-11-2018

26 dövlət əmlakına 5-i elektron olmaqla 40 sifariş verildi

19-06-2019

2 aprel hərracında hansı dövlət əmlakları özəlləşdirildi?

02-04-2019

Onlayn hərrac keçiriləcək

25-06-2018

Gömrükdə tutulan telefonlar və əşyalar satışa çıxarıldı

11-04-2019

Elektron Hərrac Portalı vətəndaşlara nə qazandırır? - Osman Gündüz

23-06-2025

20 noyabr hərracı: 9 elektron sifariş verildi

20-11-2018

Azərbaycanda Elektron Auksion Portalı istifadəyə verilib

27-03-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə