Previous Next
Bağla

2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

23-07-2019 16:45
2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sadələşib

Xeberler.az bildirir ki, 2008-ci ildən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı “Bir pəncərə” prinsipi ilə Vergilər Nazirliyi tərəfindən həyata keçirilir. 2012-ci ildən etibarən isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron formada həyata keçirilməyə başlanıb. 2018-ci ilin sonlarında “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər ölkəmizdə sahibkarlıq subyektlərinin qeydiyyatı sahəsində əlverişli mühitin formalaşmasına müsbət təsir göstərərək yeni rəqəmsal elektron qeydiyyat sisteminin qurulması ilə nəticələnib. 2019-cu ildən hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosesi çox sadələşib.

İslahatlar nəticəsində prosedurların sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb. Hüquqi şəxs olaraq biznesə başlamaq üçün tələb olunan maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. İslahata qədər elektron qeydiyyat yalnız Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilən elektron imza və ya Asan Sertifikat Xidməti Mərkəzi tərəfindən verilən “Asan imza” vasitəsilə həyata keçirilirdi. Cari ilin əvvəlindən başlayaraq hüquqi şəxsin dövlət qeydiyyatı, ƏDV qeydiyyatı və bank hesabının açılması cəmi bir prosedurla icra olunub tamamlanır.

Beləliklə, qeydiyyatın həyata keçirilməsi üçün e-ərizənin elektron imza ilə təsdiq edilməsi zərurəti aradan qaldırılıb, həmçinin qeydiyyatla bağlı əvvəllər mövcud olan bütün prosedurlar ləğv olunub. Yeni xidmətdən yararlanan istifadəçilər elektron imza olmadan “İnternet Vergi İdarəsi”nə daxil olaraq elektron qeydiyyat sistemində FİN kod və mobil nömrə ilə indentifikasiyadan keçirlər.“Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlamentin yeni redaksiyası “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda edilmiş dəyişikliklər nəzərə alınmaqla hazırlanıb və elektron hökumət portalında yerləşdirilib.

Həmçinin bu yeni inzibati reqlamentə uyğun olaraq proqram təminatında müvafiq dəyişikliklər edilib və yeni xidmət 2019-cu ilin yanvar ayında istismara buraxılıb. Yeni proqram təminatının mobil operatorların elektron sistemi və əmək müqaviləsi bildirişlərinin qeydiyyatı sistemi ilə inteqrasiyası da təmin edilib.Bu islahat vergi qanunvericiliyində sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan son dəyişikliklərin davamıdır və ölkədə biznes mühitinin əlverişliliyinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Qeyd edilməlidir ki, hazırda “Doing Business 2019” hesabatında Azərbaycan
“Biznesə Başlama” indikatoru üzrə 190 ölkə arasında 9-cu yerdədir. “Doing Business
2019” hesabatında Azərbaycan üçün “Biznesə Başlama” indikatoru üzrə 3 prosedur, 3,5 gün və 18 manat xərc nəzərdə tutulmuşdur. Lakin 2019-cu ildə həyata keçirilmiş islahatlar nəticəsində biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət cəmi 1 prosedur çərçivəsində 0,5 gün ərzində onlayn qaydada qeydiyyata alınır. Beləliklə, müvafiq meyarlarda əhəmiyyətli dəyişikliyə nail olunub. Bu isə onu deməyə əsas verir ki, aparılmış islahat ölkəmizin “Doing Business” hesabatında mövqelərinə müsbət təsir edəcəkdir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

Hüquqi şəxslərin 85,7 faizi e-qeydiyyatdan istifadə edib

26-07-2019
Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

Hüquqi şəxslər 20 dəqiqə ərzində dövlət qeydiyyatına alınan biləcək

22-01-2019
Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

Hüquqi şəxslərin dövlət qeydiyyatı 20 dəqiqə ərzində həyata keçirilir

16-04-2019
İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

İslahat İcmalı hüquqi şəxslərin qeydiyyatına həsr olunub

06-02-2019
Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

Elektron qeydiyyatdan istifadə edənlərin sayı artır

22-08-2019
Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

Son aylarda e-qeydiyyatın xüsusi çəkisi artıb

25-11-2019
Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

Elektron qeydiyyata alınan kommersiya qurumlarının sayı artıb

11-09-2019
"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununa bir sıra dəyişikliklər təsdiq edilib.

08-07-2024
“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

“SİMA İmza” İnternet Vergi İdarəsi portalına inteqrasiya olunub

15-03-2024
İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

İİKTM Biznesə başlama mövzusunda təlim keçirib

20-09-2019
Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

Vergi ödəyicilərinə 270 mindən çox ASAN imza verilib

26-04-2017
Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

30-01-2019
Azərbaycanda notariuslar üçün yeni elektron xidmət

Azərbaycanda notariuslar üçün yeni elektron xidmət

30-03-2023
Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

Əcnəbi iş adamlarının elektron qeydiyyatında yeniliklər olacaq

26-09-2018
Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

Şirkətlərin dövlət qeydiyyatı və reyestri qaydaları dəyişdi

05-02-2019
Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

Vergilər Nazirliyi: Fiziki şəxslərin elektron qeydiyyatına başlanılacaq

29-03-2019
Vergi ödəyiciləri üçün elektron xidmətlər  təkmilləşdirilir

Vergi ödəyiciləri üçün elektron xidmətlər təkmilləşdirilir

25-09-2015
 “Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

“Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı 21 elektron, 3 onlayn xidmət istifadəyə verilib”

23-09-2015
Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

Azərbaycanın Doing Business hesabatında yenidən irəliləməsi gözlənilir

20-02-2019
Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

Xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı üçün informasiya sistemi yaradılacaq

08-07-2024
“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

“Elektron hökumət” portalında 5 yeni elektron xidmət istifadəyə verilib

09-01-2015
2018-ci ildə nə qədər E-imza sertifikatından istifadə edilib?

2018-ci ildə nə qədər E-imza sertifikatından istifadə edilib?

11-01-2019
Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

Vergidə yenilik - MMC-ni elektron imzasız yaratmaq olar

01-04-2019
DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

DVX, AMB və KOBİA-nın məlumat bazaları arasında elektron mübadilə olacaq

01-08-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə