Previous Next
Bağla

ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci yeri tutdu

24-02-2025 16:31
ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci yeri tutdu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə 2024-cü il qiymətləndirməsinin nəticələrini açıqlayıb.

Xeberler.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qiymətləndirmədə mərkəzi icra hakimiyyəti orqanları arasında 14 xidmət üzrə ən yüksək göstəriciyə (97,77 faiz) malik olmaqla növbəti dəfə 1-ci yeri tutub.

Qiymətləndirmənin nəticələrinə dair keçirilən təqdimat tədbirində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, icra hakimiyyəti orqanlarının nümayəndələri, müxtəlif qurumların rəhbər vəzifəli şəxsləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə nəticələr açıqlanıb və qiymətləndirmədə ən yüksək göstəricilərə malik qurumlar mükafatlandırılıb.

2018-ci il qiymətləndirməsində 5,15 faizlik nəticə ilə 20-ci yerdə qərarlaşmış Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1. 2019-2020-ci il üzrə 64,40 faiz nəticə ilə 5-ci yeri,
2. 2020-2021-ci il üzrə 79,65 faiz nəticə ilə 2-ci yeri,
3. 2022-ci il üzrə 88,48 faiz nəticə ilə 1-ci yeri,
4. 2023-cü il üzrə 92,38 faiz nəticə ilə 1-ci yeri,
5. 2024-cü il üzrə 97,77 faiz nəticə ilə 1-ci yeri tutub.

Göründüyü kimi, Nazirlik xidmətlərin keyfiyyətinin artırılması istiqamətində apardığı ardıcıl islahatlarla “ASAN xidmət indeksi” üzrə qiymətləndirmələrdə qısa bir müddətdə birinci pilləyə yüksəlib və artıq 3-cü ildir ki, birinciliyini qoruyub saxlayır. Nazirliyin bu qiymətləndirmədəki növbəti ən yüksək nəticəsi qiymətləndirmənin əhatə etdiyi parametrlər, yəni:

xidmət barədə məlumatlandırma və xidmətə müraciət imkanları,
xidmətin göstərilmə müddəti,
informasiya ehtiyatlarının elektronlaşdırılması və digər qurumların sistemlərinə inteqrasiya,
xidmətlərin təşkili ilə bağlı əməkdaşlara təlim keçilməsi,
vətəndaş məmnunluğunun təmin edilməsinin ölçülməsi və s. üzrə qurumun son illərdə mühüm irəliləyişlərə nail olduğunu bir daha göstərir.

Qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanının 167 xidməti, 23 yerli icra hakimiyyəti orqanının 89 xidməti və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət əhatə olunub.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

07-02-2023

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

24-02-2025

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

Osman Gündüz: Dövlət qurumları necə xidmət göstərirlər?

03-02-2022

ASAN xidmət indeksi sentyabrda təqdim olunacaq

21-07-2017

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017

ASAN xidmət indeksi sabah təqdim olunacaq

20-09-2017

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

23-02-2026

Xidmət səviyyəsinə görə sıfır bal toplayan dövlət qurumları var-ŞƏRH

10-02-2023

ASAN xidmət indeksi təqdim edildi-Foto

21-09-2017

Naxçıvan Regional DOST Mərkəzi bu il istifadəyə veriləcək

12-03-2025

Çağrı mərkəzləri "ASAN xidmət" modeli əsasında təkmilləşdiriləcək

24-04-2026

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014

Daha bir nazirlikdə islahatlar başladı - Fərman

18-01-2019

Səyyar ASAN xidmət Ağdaşda

05-02-2026

ASAN xidmət-də Apelyasiya Şurası yaradılıb

25-02-2016

Ekspert ASAN xidmət indeksi üzrə Reytinq Cədvəlinin nəticələrindən danışdı

28-01-2019

“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılıb

14-07-2012

Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12-09-2014

Dövlət xidmətləri “ASAN xidmət indeksi” üzrə qiymətləndiriləcək

09-06-2016

Koronavirusla Mübarizəyə Dəstək Fondu ASAN ödəniş sistemində

25-03-2020

Elektron xidmətlərin qiymətləndirilməsi davam edir

18-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə