Previous Next
Bağla

Osman Gündüz: Dövlət qurumları necə xidmət göstərirlər?

03-02-2022 20:00
Osman Gündüz: Dövlət qurumları necə xidmət göstərirlər?
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət indeksi” üzrə ötən ilin Hesabatını dərc edib.
 
Agentlik bununla bağlı ötən ilin sonunda 2020-2021-ci il qiymətləndirmə nəticələrinə dair onlayn təqdimat da keçirib.
 
Qiymətləndirmənin nəticəsinə görə üç nazirlik və bir icra hakimiyyəti sıfır bal toplayıb.
 
Ötən il Dövlət Agentliyi 24 mərkəzi icra orqanının 227 xidməti, 13 yerli icra hakimiyyəti orqanının 124 xidməti və 4 kommunal qurumun 48 xidməti daxil olmaqla, ümumilikdə 399 xidməti qiymətləndirilib.
 
Xeberler.az məlumat verir ki, məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib.
 
Ekspertin sölərinə görə, nəticələr heç də ürəkaçan deyil. Cari ildə də yalnız bir dövlət qurumu ən yüksək nəticəni, 5 ulduzu qazana bilib.
 
"“ASAN xidmət indeksi” üzrə dörd ildir ki, ardıcıl olaraq dövlət qurumları arasında ən yüksək nəticəni (92.8%) Dövlət Miqrasiya Xidməti göstərib. Cəmi 3 dövlət qurumu isə qiymətləndirmənin yekununa görə 4 ulduz toplayıb.
 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 79.65% nəticə ilə 4 ulduz qazanmaqla ikinci yerdə qərarlaşıb".
 
Osman Gündüzün sözlərinə görə, bu Nazirlik 2019-cu ildə aparılmış qiymətləndirmədəki 20-ci yerdən cəmi iki il ərzində 2-ci yerə yüksələ bilib.
 
"Düşünüdürücü məqam odur ki monitorinq olunan qurumların yarıdan çoxu cəmi 1 ulduz toplaya bilib. Üç nazirlik isə, Maliyyə Nazirliyi 0.00 %, Mədəniyyət Nazirliyi 0.00 %, Xarici İşlər Nazirliyi 0.00% ən aşağı nəticə, “0” bal toplayıblar.
 
Yəni, buradan belə anlaşılır ki, bu qurumlarda xidmət səviyyəsi ən elementar normalara cavab vermir.
 
Yerli icra hakimiyyəti orqanları arasında ən yüksək, 4 ulduzlu nəticə Binəqədi Rayon İcra Hakimiyyətinə (60.04 %), ən aşağı nəticə isə Nəsimi Rayon İcra Hakimiyyətinə( 0.00%) məxsusdur".
 
Kommunal xidmətlər sırasında qiymətləndirmədə isə ən yüksək nəticə, 5 ulduzla "Azərişıq"-a (83.61 %) mıxsusdur.
 
Ekspert düşünür ki bu nəticə Azərişıq üçün böyük uğurdu. Ötən il bu qurum 3 ulduzla 45% lik nəticə göstərmişdi.
 
Bu sektorda ən aşağı nəticəni Azəriqaz(22.10 %) əldə edib.
 
Qeyd edək ki, VXSİ Dövlət Agentliyi qiymətləndirməni “Dövlət Xidmətlərinin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında” Prezidentin 11 sentyabr 2014-cü il tarixli fəranı əsasında 5 ildir ki, elektron formada həyata keçirir.
 
""ASAN xidmət indeksi” əsasında qiymətləndirmə 5 ulduz sistemi üzrə 143 altmeyar olmaqla xidmətin cari vəziyyətinin yoxlanılmasını nəzərdə tutur.
 
Meyarlar internet, telefon və KİV vasitəsi ilə xidmət haqqında məlumat alma imkanı, şikayət etmə vasitələri barədə məlumatlandırma, elektronlaşma vəziyyəti, xidmət haqqının ödənilməsi, xidmətin müddəti və nəticəsi, inteqrasiya, dayanıqlılıq və təhlükəsizlik və istiqamətləri əhatə edir.
 
Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətlərində keyfiyyətin, səmərəliliyin artırılması, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Xidmət səviyyəsinə görə sıfır bal toplayan dövlət qurumları var-ŞƏRH

10-02-2023

ƏƏSMN “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci yeri tutdu

24-02-2025

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

20-02-2024

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

07-02-2023

Ekspert ASAN xidmət indeksi üzrə Reytinq Cədvəlinin nəticələrindən danışdı

28-01-2019

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

24-02-2025

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

28-11-2019

Hansı dövlət qurumun xidməti keyfiyyətlidir?-Siyahı

21-09-2017

ASAN xidmət indeksi sentyabrda təqdim olunacaq

21-07-2017

“ASAN xidmət indeksi” üzrə nəticələr açıqlanıb

23-02-2026

ASAN xidmət indeksi sabah təqdim olunacaq

20-09-2017

ASAN xidmət indeksi təqdim edildi-Foto

21-09-2017

AzMİU “QS Stars” reytinq sistemində 5 ulduz qazanıb

02-05-2025

Elektron xidmətlərin qiymətləndirilməsi davam edir

18-12-2015

“ASAN xidmət indeksi” nə vaxt istifadəyə veriləcək?-Fotolar

04-10-2016

Biləsuvar Rayon İcra Hakimiyyəti portala qoşuldu

17-03-2015

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019

Dövlət qurumlarının saytlarının şəffaflıq faizi açıqlandı

06-08-2015

Dövlət xidmətlərinin keyfiyyəti necədir?-Foto

21-09-2017

“ASAN xidmət dövlət orqanlarının bütün xidmətlərini qiymətləndirəcək”

10-06-2016

Dövlət qurumlarının rəsmi internet resurslarının İnformasiya açıqlığı üzrə monitorinqi davam edir

17-09-2013

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Elektron Reyestr ilə bağlı vəziyyət nə yerdədir?

29-12-2014

Dövlət qurumlarının onlayn şəffaflıq vəziyyəti araşdırılır

27-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə